23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvanda bu təamın ləziz növləri istehsal edilir


   Bu gün şəhərimizin ticarət obyektlərini rəngarəng görünüşlü dondurma çeşidləri bəzəyir. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ictimai iaşə obyektlərində də müştərilərə ləziz dondurmalar təklif olunur. Diqqətçəkici məqam həm də ondadır ki, əvvəllər ticarət obyektlərində yerli dondurma növləri tək-tük gözə dəyirdisə, indi Naxçıvanda istehsal olunan dondurma çeşidləri çoxluq təşkil edir. Sakinlərin əksəriyyəti yerli istehsal növlərinə üstünlük verirlər. Bunu isə həmin dondurmalara qatqının az vurulması, tərkibinin daha çox təbii məhsullarla zənginliyi ilə izah edirlər.

 Naxçıvanda dondurma istehsalı ilə məşğul olan ixtisaslaşmış müəssisələr fəaliyyət göstərir. Həmin ünvanlardan biri də Naxçıvan şəhərindəki “Nur qida”dır. 2003-cü ildə yaradılan müəssisədə keyfiyyətli məhsul istehsalı üçün hər cür imkanlar vardır. Burada yaradılan şərait və istehsal prosesi ilə yaxından tanış olmaq üçün ötən günlərdə adıçəkilən ünvanda olduq. Dondurma mövsümünün başlanması burada iş prosesini də sürətləndirib. İşçilər gündən-günə artan tələbatı dolğun ödəmək üçün səylə çalışırlar. 

Müəssisənin rəhbəri Razim Rzayev bizimlə söhbətində bildirdi ki, muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində mühüm addımların atılması təqdirəlayiq haldır. Yaradılan əlverişli biznes mühiti onun da müəssisə quraraq sahibkarlıq fəaliyyətinə başlamasına stimul olub. Artıq uzun illərdir ki, keyfiyyətli məhsul istehsal etməklə həm əhaliyə yüksək xidmət göstərir, həm də muxtar respublika iqtisadiyyatına töhfə verməyə çalışır. “Nur qida”nın ləziz dondurmaları 15 ildir, süfrələrin bəzəyinə çevrilib. Çünki bu dondurmalar həm keyfiyyəti, həm də sərfəli qiyməti ilə seçilir.
Müəssisədə xammal və hazır süd məhsullarının istehsalı üçün müasir standartlara uyğun texnoloji avadanlıqların quraşdırılması rəqabətqabiliyyətli məhsul istehsalına imkan verir. Dondurma çeşidlərinin ayrı-ayrı ünvanlara vaxtında çatdırılması işi də diqqətdə saxlanılır. Belə ki, tələbata uyğun istehsal edilən məhsullar gün ərzində marketlərə, iaşə obyektlərinə paylanılır. Daşınmalar zamanı soyuducu kameralarla təmin olunmuş nəqliyyat vasitələrindən istifadə edilir, mütəmadi olaraq istehlakçıların tələbləri və fikirləri öyrənilir.
Müəssisədə olarkən istehsal prosesini də izləmə imkanı əldə etdik. Burada istehsal avtomatik şəkildə mərhələlərlə həyata keçirilir. Qəbul edilən təbii süd əvvəlcə nasos vasitəsilə qazanlara vurulur, daha sonra 82 dərəcə temperaturda bişirilir. Sonrakı mərhələdə soyuq su vasitəsilə temperatur 60 dərəcəyə endirilir. Xüsusi avadanlıqla parçalanan süd saxlama qazanlarına ötürülür. Burada mənfi temperaturda 12 saatdan az olmayaraq saxlanılır. Daha sonra taralara qablaşdırılır, üzərinə tərkibi, istehsal tarixi və istifadə müddəti göstərilən etiket vurulur. Müəssisədə, ümumilikdə, 5 çeşiddə dondurma istehsal olunur. 0,35, 0,55, 0,65, 0,5 qram və 1 kiloqram çəki taralarda bazara çıxarılan dondurmalar geniş alıcı kütləsi qazanıb.
İstehsal prosesi ilə tanışlığımızda sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl edildiyinin şahidi olduq.
Müəssisə rəhbəri onu da bildirdi ki, hər bir alıcı dondurma alarkən mütləq məhsulun saxlanma şəraitini, tərkibini, istehsal müddətini göstərən etiketi oxumalıdır. “Nur qida” dondurmaları mənfi 18 dərəcəyədək temperaturda saxlanılmalı və istifadə müddəti ən çox 60 gün olmalıdır. Müəssisənin istehsal etdiyi dondurmaların üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş çərçivədə göstərilir. İstehsal olunan dondurmaların uyğunluq sertifikatı da vardır.
Bu gün hər kəsin sevimli təamına çevrilən dondurmanın faydalı xüsusiyyətləri çoxdur. Belə ki, mütəxəssislərin sözlərinə görə, dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə birlikdə A, B, C, D və E qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, dəmir və sair minerallar olur. Bunların da orqanizmə çox böyük xeyri var. Həmçinin onlar ağ və qəhvəyi rənglərdə olan dondurmalara üstünlük verilməsini məsləhət görürlər. Çünki bu tip dondurmaların tərkibində rəng qatqıları çox olmur. Dondurma alarkən onun iyinin və dadının bu növ məhsula xas olmasına da diqqət edilməlidir.
Dondurma isti yay günlərində məişətimizdə geniş istifadə olunur. Dondurma süfrəsi indi mehribanlıq, dostluq, səmimi sirdaşlıq masasıdır. Dondurma bizim milli kulinariyamızın bir elementinə çevrilib.
Ən ləziz dondurma ilə yayın istisində ürəklərini sərinlətmək istəyənlər isə “Nur qida” kimi keyfiyyətli Naxçıvan dondurmalarına üstünlük verirlər.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055371
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2565
3998
32603
106702
3055371

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter