18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

“İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən layihə ilə yaradılacaq yeni nağdsız ödəniş infrastrukturu sakinlərə mobil telefonlardan istifadə edərək maliyyə əməliyyatları, o cümlədən faktura ödənişlərini və pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Belə imkanların mövcud olması qloballaşan dünyaya inteqrasiya üçün xüsusilə önəmlidir”.
Bu fikirlər iyulun 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində “Naxçıvan Muxtar Respublikasında elektron və rəqəmsal maliyyə xidmətləri pilot layihəsi”nə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, müasir iqtisadi inkişafın mühüm tələblərindən biri elektron ödənişlərin həcminin daha da artırılması və nağdsız hesablaşmaların miqyasının genişləndirilməsidir. Çünki nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirməklə bu sahədə çevik idarəetmənin həyata keçirilməsinə və şəffaf­lığa imkan yaradır. Bu baxımdan muxtar respublikamızda əhaliyə müasir səviyyəli keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi həyata keçirilən prioritet tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası uğurla davam etdirilir.

Qeyd olunub ki, haqqında bəhs olunan layihə muxtar respublikada nağdsız və rəqəmsal ödənişləri gücləndirmək səylərinin bir hissəsi olaraq maliyyə sektorunun inkişafını sürətləndirməklə yanaşı, əhalinin rahatlığının təmin olunmasına da öz töhfəsini verəcək.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, hazırda muxtar respublika informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində yeni inkişaf mərhələsini yaşayır. Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulub, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənib. Muxtar respublika üzrə fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1570 kilometrə yaxındır. Bu da diyarımızda rabitə əlaqələrinin kəsintisiz həyata keçirilməsində, elektron hökumət, geniş­zolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir.
Qeyd olunub ki, nazirliyin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində də əhaliyə müasir poçt xidmətləri təqdim edir. ­ 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə baş meneceri Yesper Kyaer bildirib ki, bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın hər bir bölgəsində yaşayan insanlar üçün maliyyə xidmətlərini əlçatan etməkdir. Birgə səylərimiz Naxçıvan sakinlərinə ödənişləri daha rahat həyata keçirmək üçün şərait yaratmaq və nəticədə, maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaq məqsədi daşıyır. Həyata keçiriləcək layihəyə yerli hökumətin dəstəyi bu sahədə işlərin keyfiyyətlə və vaxtında icra olunacağına böyük ümidlər yaradır.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz üzrə direktor müavini Simana Haeberi bildirib ki, bu, mənim Naxçıvana ikinci gəlişimdir. Bundan əvvəl təmsil olunduğumuz qurum Naxçıvan Muxtar Respublikasında tarixi kəhrizlərin bərpa olunmasında uğurla iştirak edib.
Sonra Naxçıvan Muxtar Respublikasında nağdsız zona yaradılması üzrə pilot layihənin icrasına dair Beynəlxalq Maliyyə Korporasiyası və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən icra olunan “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə nağdsız ödənişlər üzrə müvafiq təlimatlar işləniləcək. Layihə muxtar respublikada mobil ödənişlər üçün şərait yaratmaq məqsədilə məlumat emalı mərkəzlərini və mobil operatorları cəlb edərək nağdsız ödənişlər sahəsində Azərbaycanı regionun lider ölkəsinə çevirəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287194
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2042
3637
24963
71840
3287194

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter