17 İyul 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Bu dünyada hamının Tanrı payı, ömür qisməti heç də bərabər olmur. Heç də hamımız həyatın hamar yolları, rəvan axarı ilə getməyib bəzən mənəvi sarsıntılarımız, fizioloji-psixoloji mücadilələrimizlə yaşamaq uğrunda mübarizə aparmalı oluruq. Bu mübarizədə isə taleyə boyun əyməyib həyat­sevərliliyi, intellekti, zəhmətkeşliyi, Vətənə və torpağa bağlılığı ilə özünü cəmiyyətdə təsdiq etmək gücünə qadir olanlar qalib gəlirlər. Fiziki imkanlarının məhdudluğuna rəğmən həyata dördəlli sarılmaları, qabiliyyət və səriştələri ilə cəmiyyətin ən yararlı üzvlərinə çevrilən bu insanlar, əslində, həm də ilahi ərməğan olan cansağlığını, verilən həyat fürsətini dəyərləndirmək üçün bizlərə ibrətli nümunədirlər.
Bu il 94 ton taxıl tədarük etmiş Babək rayonunun Şəkərabad kənd sakini, məhdud fiziki imkanlı fermer Aslan Məhərrəmovla görüşərkən yolboyu beynimdə dolaşan bu fikirləri özlüyümdə bir daha təsdiqlədim. O, taleyinə boyun əyməyib, kiminsə əlinə baxmaqla, təmənnalı yaşamaqla barışmayıb, sözün əsl mənasında, aslan kimi həyatla mübarizəyə qalxıb və əzmi, iradəsi ilə qalib gəlib. Yaşadığı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, həyatdan, belə desək, əlini, ümidini üzməyib. Dünəndən bu günə çətin bir yol keçib. Heç bir fiziki məhdudiyyət onu nələri isə əldə etməkdən, qazanmaqdan məhrum edə bilməyib. Əksinə, çox sağlam insandan daha artıq zəhmət çəkib, alnının təri ilə özünə gün-güzəran, yaxşı yaşayış qura bilib. Onun dediklərindən: “48 yaşım var. Elə kənddə anadan olmuşam. Gördüyünüz bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm. Bəzən düşünürəm ki, məni həyata bağlayan, yaşamağa vadar edən əsas amillərdən biri də bu üzağardan bağrı qara torpaqdır. Fiziki imkanlarım məhdud olduğuma görə daim dövlətimizin qayğısını, bu sahədə həyata keçirdiyi humanist siyasəti öz üzərimdə hiss etmişəm. 2009-cu ildə isə belə qərara gəldim ki, fiziki məhdudiyyətim əkin-biçin üçün maneə yaratmamalıdır. İlk vaxtlar qohum-qardaş qərarımı heyrətlə qarşıladı. Lakin, nəticədə, yaxşı bir ailə təsərrüfatı qurmağa müvəffəq oldum”.

Bu gün Aslan nəinki Babək rayonunun, hətta muxtar respublikanın ən nümunəvi torpaq mülkiyyətçilərindən birinə çevrilib. Bir də ki dövlətin Naxçıvan kəndlisi üçün nəzərdə tutduğu bütün stimullaşdırıcı tədbirləri göz önünə gətirəndə, düşünürsən ki, bu cür təsərrüfat qurmaq heç də çətin deyil. Dövlət sahibkarın qolundan tutur, suyunu, torpağını, toxumunu, gübrəsini verir. Deyir, ək-biç, məhsul bolluğu yarat, ərzaq təhlükəsizliyinə töhfə ver. 57 hektar sahədə əkin keçirən zəhmət adamı Aslan Məhərrəmov kimi... Bu il 47 hektar taxıl sahəsindən məhsul tədarük edən sahibkar 2 hektarlıq ərazidə günəbaxan, 8 hektar sahədə isə bostan­-tərəvəz məhsulları əkib-becərib. Naxçıvançayda quraşdırılan nasoslar vasitəsilə suvarmanı həyata keçirən müsahibimiz həm də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində 20 arı ailəsi saxlayır. Naxçıvanın satış obyektlərinə göndərdiyi məhsullar öz dadı və keyfiyyəti ilə seçilir. Torpağı ən yaxşı iş yerinə çevirən fermer aylıq əməkhaqqı 450 manat olan 4 yeni iş yeri yarada bilib. Torpaqdan əldə etdiyi gəlir hesabına özünə “Mersedes” markalı avtomobil alıb.
Torpağa tər töküb, zər qazanan həmsöhbətim deyir ki, bütün bu uğurlarımın fonunda böyük bir güc, qüvvə var: o da dövlətimizdir. Ayaqlarımı itirsəm də, həyatdakı ümidimi itirməmişəm. Əvvəllər muxtar respublikada fiziki imkanlarını itirən­lər böyük çətinliklər yaşayırdılar. Bu gün dövlətimiz bu qəbildən olan insanlara həssaslıqla yanaşır. İndi Naxçıvanda Əlillərin Bərpa Mərkəzi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi və digər dövlət qurumları fəaliyyət göstərir. Bu da həmin kateqoriyadan olan insanların sağlamlığının bərpasına, onların cəmiyyətə adaptasiya olmasına böyük stimul verir. Şükür, bu gün mən də heç kimə yük deyiləm, dolanışıq dərdi çəkmirəm. Evdə hər zaman oğul-uşağa da başa salıram ki, həyatda heç vaxt ələbaxım yaşamaq olmaz. Zəhmət bataqlıqda belə, gül bitirər. Çalışın qazandığınız bütün nailiyyətlərdə özünüzün imzanız olsun. Gördüyüm bütün təsərrüfat işlərində oğlanlarım mənə yaxından köməklik göstərirlər. Böyük oğlum Eldar Şəkərabad məktəbinin X sinfində oxuyur. Təhsil ocağının yaxşı şəraiti var. Buna görə də keçirilən sınaq-test imtahanlarında 400-500 intervalında bal toplayır. Ümumiyyətlə, kəndimizdə sosial problemlər uğurla həll olunur. Bu yaxınlarda Ali Məclis Sədrinin iştirakı ilə Şəkərabadda içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verildi. 400-ə yaxın ev birləşməsi aparıldı. İndi ekoloji cəhətdən təmiz sudan istifadə edə bilirik. Fiziki imkanları məhdud şəxslərə göstərdiyi diqqətə, torpaq mülkiyyətçiləri üçün yaratdığı şəraitə, kəndimizdə həyata keçirdiyi genişmiqyaslı abadlıq işlərinə görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.
Aslan Məhərrəmovun həyatı, doğrudan da, hər birimizə nümunə olacaq gücdədir. Uca Yaradanın ona bəxş etdiyi həyat eşqi, torpaq sevgisi, yurda bağlılıq sayəsində sabaha hər zaman böyük inam və nikbinliklə baxıb. Deməli, heç bir fiziki məhdudiyyət qarşımızda əngəl, maneə ola bilməz. Aslan kimi torpaq aşiqini görəndə Naxçıvanda dövlətimizin insan amilinə böyük diqqət və həssaslıqla yanaşmasını bir daha ­minnətdarlıqla xatırlayırsan. Muxtar respub­likamızda sahibkarlar, sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan hərtərəfli şərait, heç şübhəsiz ki, bu gözəl diyarımızın ­sosial-iqtisadi inkişafına bundan sonra da öz bəhrəsini verəcək.
P.S. Sağollaşıb yola düşmək istəyirdik ki, Aslan “Yayın bu qızmar günlərində Naxçıvanın brend məhsulu, min bir dərdin dərmanı olan bu mineral sudan dadlısı varmı?!” – deyə bizi özünün işlətdiyi xidmət mərkəzində buz kimi “Sirab” suyuna da qonaq etdi.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2741812
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3771
5092
8863
83051
2741812

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter