16 İyul 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və mühüm dövlət proqramlarının icrası nəticəsində dinamik inkişaf qorunub saxlanılmış, yüksək nəticələr əldə edilmişdir.
Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq 2018-ci ilin yanvar-may aylarında muxtar respublikada 959 milyon 712 min 800 manatlıq ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəricidən 4,2 dəfə çoxdur.

Yanvar-may ayları üzrə ümumi
daxili məhsul istehsalı, min manat

2018-ci ilin yanvar-may aylarında ümumi daxili məhsulun 54,8 faizi və ya 525 milyon 431 min 100 manatı məhsul istehsalından, 43,6 faizi və ya 418 milyon 615 min 700 manatı xidmətlərin istehsalından, 1,6 faizi və ya 15 milyon 666 min manatı isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2008-ci ilin müvafiq dövründə ümumi daxili məhsulun 42,1 faizi məhsul, 53,2 faizi xidmətlərin istehsalından, 4,7 faizi isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilmişdir.

2008-ci ilin müvafiq dövründə ümumi daxili məhsulun tərkibində sosial və digər xidmətlər sahəsi ilk yerdə təmsil olunurdusa, 2018-ci ilin ötən dövründə sənayenin payı daha çox olmuşdur. Sənayenin ümumi daxili məhsulun tərkibində ilk yerdə təmsil olunması muxtar respublika iqtisadiyyatının istehsal potensialının yüksəldiyini sübut edən mühüm göstəricidir.
Sənayenin artımı ilə yanaşı, bu dövrdə daxili bazarın tənzimlənməsində mühüm sahə olan kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılmış, məhsul istehsalının həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artmışdır.
İnfrastruktur quruculuğu, yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində 2018-ci ilin ilk beş ayında əsas kapitala vəsait qoyuluşu 2008-ci ilin müvafiq dövründəki göstəricini 4,3 dəfə üstələyərək 394 milyon manatı ötmüşdür. Ümumilikdə, 2008-ci ilin iyun ayının 1-dən 1 iyun 2018-ci il tarixədək muxtar respublikada bütün sahələrin inkişafına 8 milyard 240 milyon manatdan çox vəsait yönəldilmişdir ki, bunun da 7 milyard 401 milyon 926 min manatı tikinti-quraşdırma işlərinin payına düşüb.
Muxtar respublikada iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı məqsədilə təkcə 2018-ci ilin yanvar-may aylarında təsərrüfat subyektlərinə 9 milyon 399 min 900 manat dəyərində kreditlər verilmişdir. Kreditlərdən 5 milyon 666 min 300 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 733 min 600 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Ümumilikdə, 1 iyun 2008-ci ildən 1 iyun 2018-ci il tarixədək muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrinə 466 milyon manatdan artıq kredit qoyuluşu həyata keçirilmişdir.
2018-ci ilin may ayının sonuna muxtar respublikada 382 növdə məhsul istehsal olunmuşdur ki, bunun da 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilmişdir.
Artan əhali tələbatına uyğun olaraq 1 iyul 2008-ci ildən 1 aprel 2018-ci il tarixədək muxtar respublikada 38 min 548 yeni iş yeri yaradılmışdır ki, bunun da 34 min 174-ü və ya 88,7 faizi daimi iş yerləridir. Açılmış daimi iş yerlərinin 1481-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 11 min 272-si mövcud müəssisə və təşkilatlarda, 46-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 21 min 375-i isə fiziki şəxslərdə yaradılmışdır. İş yerlərinin 12 min 2-si dövlət sektorunda, 26 min 546-sı qeyri-dövlət sektorunda açılmışdır.
Məhsul istehsalı əhali gəlirlərinin artımını təmin etməklə yanaşı, xidmət sektorunun da inkişafına imkan yaratmışdır. Belə ki, 2018-ci ilin yanvar-may aylarında nəqliyyat sektorunda yük daşınması 1,8, informasiya və rabitə xidmətləri 2,3, pərakəndə əmtəə dövriyyəsi 4,7, əhaliyə göstərilən ödənişli xidmətlər isə 3,5 dəfə artmışdır.
Müqayisə olunan dövrdə yerli istehsalın inkişafını xarakterizə edən digər bir göstərici kimi ixrac 19,2 dəfə artmış, idxal isə 24,1 faiz azalmışdır.
Sənayenin üstün mövqedə olduğu rəqabətədavamlı və ixrac potensiallı məhsullar istehsal edən innovativ iqtisadiyyatın qurulması muxtar respublikanın iqtisadi gücünün möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2737327
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4378
4867
4378
78566
2737327

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter