12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

2018-ci ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 37 vergi­ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 3 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 14 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergiödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 1 şəxsdə isə malların Vergi Məcəlləsi ilə tənzimlənən qaimə­-faktura və ya elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilib.

Əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 12 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Aparılan operativ vergi nəzarəti işləri zamanı tərtib edilmiş 2840 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin büdcəyə ödənilməsi təmin olunub.
2018-ci ilin müvafiq dövründə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 8 vergiödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb, bu zaman əvvəlki dövriyyələr ilə müqayisədə 11 min 587 manat dövriyyə artımına nail olunub. Bu da hər bir obyekt üzrə orta hesabla ay ərzində 29 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.
Qeyd olunan dövr ərzində Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırılmaların aparılması mütəmadi olaraq davam etdirilib. Belə ki, 2018-ci ilin 5 ayı ərzində 124 işəgötürəndə aparılan araşdırmalar zamanı 127 yeni əmək müqaviləsinin bağlanması və 412 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunub.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3394873
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3638
5851
14703
54040
3394873

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter