23 İyun 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” MMC-nin, Babək “Sirab” ASC-nin və Ordubad “Qənnadı Məmulatları” MMC-nin istehsal etdiyi məhsullar üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan hədiyyəlik qutularda satışa çıxarılacaq. Bu isə şübhəsiz, Naxçıvana gələn qonaqlar və yerli alıcılarda rəğbət doğuracaq.

“Ləzzət Qida Sənaye” MMC-nin istehsalı olan və üzərində Naxçıvanın simvolları əks edilmiş kakaolu kokos kremli vafli, rahat lokum, peçenye, habelə qarışıq çərəz, qovurulmuş fıstıq və qarğıdalı çubuqlarından ibarət hədiyyəlik çanta yüksək zövqlə dizayn olunub. Şəhərimizin mağaza və marketlərində geniş alıcı kütləsi qazanan bu məhsullar Naxçıvandan hədiyyə ilə geri qayıtmaq istəyən turistlər üçün çox yaxşı seçimdir. Eləcə də Babək “Sirab” ASC-nin istehsalı olan 0,33 litr qazsız, 0,5 litr qazlı şüşə qablara doldurulmuş “Sirab” suyu və üzərində “Sirab” loqolu stəkandan ibarət olan hədiyyəlik çanta min bir dərdin dərmanı olan Naxçıvanın mineral sularının daha geniş tanıdılması baxımından maraqlı kompozisiyadır.
Muxtar respublikamıza xas yerli məhsulların istehsalı sahəsində uğurlu fəaliyyət göstərən digər müəssisə olan Ordubad “Qənnadı Məmulatları” MMC-nin “Ordubad nemətləri” əmtəə nişanı ilə satışa çıxarılan məhsullarının “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu ilə dizayn olunmuş hədiyyəlik çantalarda alıcılara təklif olunması bu müəssisənin istehsal etdiyi məhsulların daha həvəslə alınmasına imkan yaradıb. Müəssisənin Naxçıvan şəhərindəki satış mağazasında bildirdilər ki, burada “Ordubad nemətləri” əmtəə nişanlı mürəbbə, bəkməz, kompot və digər məhsullara tələbat böyükdür. Hədiyyəlik çantalarda qablaşdırılmış 500 qramlıq şüşə qablarda satışa verilən ərik, tut, cəviz, qızılgül mürəbbələri dəsti maraqla qarşılanıb. Artıq 500-dən çox belə hədiyyə dəstlərinin satıldığını və qarşıdakı dövrdə tələbatın artacağını da öyrəndik. Qeyd edək ki, adıçəkilən bütün məhsulları şəhərimizin ticarət şəbəkələrindən almaq mümkündür.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2623142
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4073
5032
28827
115928
2623142

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter