16 Dekabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən verilmiş tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsi, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılması üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə növbəti belə tədbir qlobal ödəniş texnologiyalarının lideri olan “Mastercard” ilə birlikdə pilot bölgə olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün kampaniyaların təşkil edilməsidir.
Naxçıvan şəhərində keçirilən belə kampaniyaların təqdimatı üzrə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov son illər ərzində muxtar respublika rəhbərinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. O qeyd edib ki, nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi, inkişaf etdirilməsi və hesablaşmaların həcminin artırılması muxtar respublikada daim diqqət mərkəzində olub, ötən dövr ərzində bu istiqamətdə iki dövlət proqramı təsdiq olunaraq icra edilib. 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planına və “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

“Görülmüş tədbirlər çərçivəsində banklar tərəfindən Naxçıvan şəhəri, rayonlar və kənd mərkəzlərində POS-terminalların quraşdırılması işi davam etdirilib, onların sayı 1 may 2018-ci il tarixə 1266 ədədə çatdırılıb”, – deyən maliyyə naziri bildirib ki, əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Vergilər Nazirliyinin dəstəyi ilə müxtəlif mükafatlandırma tədbirləri keçirilib. Bu tədbirlərdə nağdsız ödənişə üstünlük verən 1537 nəfər muxtar respublika sakininə 100 min manat dəyərində müxtəlif hədiyyələr paylanılıb. Təkcə 2017-ci il ərzində 481 şəxsə 30 min manat dəyərində hədiyyələr verilib. Aparılan işlərin uğurlu nəticəsi olaraq nağdsız ödəniş dövriyyəsi illər üzrə dinamik şəkildə artaraq 2014-cü ildə 12 milyon 512 min, 2015-ci ildə 18 milyon 874 min, 2016-cı ildə 27 milyon 701 min, 2017-ci ildə 30 milyon 798 min və 2018-ci ilin ilk 4 ayı ərzində 12 milyon 223 min manat olub. Hazırda aylıq ödəniş dövriyyəsi orta hesabla 3 milyon manat təşkil edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə Mərkəzi Banka verilmiş rəqəmsal ödənişlərin daha geniş tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. O, “Mastercard” beynəlxalq kart təşkilatı ilə birgə ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün institusional mühitin yaxşılaşdırılması, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində ötən il ərzində həyata keçirilmiş “Nağdsız Azərbaycan” layihəsi barəsində danışaraq qeyd edib ki, bu layihə, bütövlükdə, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan işləri əhatə edir.
Alim Quliyev verilmiş tapşırığın icrası çərçivəsində hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən Ani Ödənişlər Sisteminin yaradılması üzrə Mərkəzi Bank tərəfindən görülən işlər barədə də məlumat verib. Belə ki, sistemin yaradılması ilə ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olmasına və əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırılmasına nail olunacaqdır.
“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar yerli bazarda uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bu kampaniyanı Naxçıvan Muxtar Respublikasında həyata keçirməkdən qürur duyduqlarını vurğulayıb. O, çıxışında Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini qeyd edib. Son layihələri arasında əsas yeri “Mastercard” və Mərkəzi Bank tərəfindən birgə hazırlanan, ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan” layihəsinin tutduğunu bildirib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonra layihə çərçivəsində 28 may-28 iyun 2018-ci il tarixləri üçün “Cahan” AVM-də təşkil olunmuş hədiyyə kampaniyasının da tanıtımı olub. Kampaniyaya əsasən “Mastercard”la buradan 30 manat məbləğində alış-veriş edən hər bir alıcı ödəniş qəbzini Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib ola bilər.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3411038
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
831
3748
30868
70205
3411038

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter