15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı qarşıya qoyulmuş məsələlər uğurla həll olunur. Belə ki, hər il Naxçıvanda yeni istehal sahələri fəaliyyətə başlayır, daxili bazar yerli məhsullarla təmin olunur, iş yerləri açılır. Özəl sektorun hərtərəfli dəstəklənməsi, yaradılan əlverişli sahibkarlıq mühiti Babək rayonunda da yeni emal müəssisələrinin yaradılmasına stimul verir. Dövlətin sahibkara dəstək verməsi iqtisadiyyatın dinamik inkişafına, eləcə də əhali gəlirlərinin artımına müsbət təsir göstərib. Digər tərəfdən, muxtar respublikanın uğurlu inkişaf modeli xarici investorların da bura vəsait qoymasına şərait yaradıb.

Babək rayonunun Araz kəndində tullantı yağlarının yenidən emalı, bərk sürtkü yağlarının istehsalı sahəsi və quşçuluq təsərrüfatının fəaliyyətə başlaması istiqamətində görülən işlər də muxtar respublikanın bölgələrində sahibkarlığın uğurla inkişaf etdirilməsinin bariz nümunəsidir. Bərk sürtkü yağları istehsal olunacaq müəssisədə hazırda xaricdən gətirilən dəzgahların qurulması prosesi başa çatmaq üzrədir. İstifadə müddətini başa vurmuş yağlar burada təkrar emal olunaraq bazara çıxarılacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, qardaş Türkiyə Respublikasında da satışı nəzərdə tutulur. Burada yeni iş yerləri yaradılacaq və gələcəkdə müəssisəsinin ixrac imkanları genişləndiriləcəkdir.
Həmin ərazidə sahibkar Zəka Mirzəyevə məxsus yeni quşçuluq təsərrüfatı da fəaliyyətə başlayacaq. 800 kvadratmetr ərazini əhatə edən istehsal sahəsinə 20 min quş gətiriləcək. Burada dərman və dən deposu, eləcə də işçilər üçün otaqlar ayrılıb. Müəssisədə işıq, su və havalandırma sistemlərinin çəkilişi başa çatdırılıb. Müsahibim deyir ki, bu gün Babək rayonunda bir neçə kənddə quşçuluq təsərrüfatları fəaliyyət göstərir. Biz də daxili tələbatı ödəmək və xaricə valyuta axınının qarşısını almaq məqsədilə yeni istehsal sahəsi yaratmışıq. Gələcəkdə müasir texnologiyaların imkanlarından da istifadə etməklə məhsul istehsalına başlayacağıq.
Ümid edirik ki, hər iki emal sahəsi keyfiyyətli məhsulları ilə həm Naxçıvan, həm də ölkə səviyyəsində tanınacaq, Babək rayonunun, eləcə də muxtar respublikanın iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.

Muxtar RZAZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407621
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1162
4561
27451
66788
3407621

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter