16 Avqust 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

İdarə, müəssisə və təşkilatlarda çalışan mühasiblərin iştirakı ilə “Büdcə təşkilatlarında vergi uçotu” mövzusunda maarifləndirici tədbir ilk olaraq Naxçıvan Şəhər Vergilər İdarəsində keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açıb. Bildirib ki, büdcə təşkilatlarında mühasibatlıq sahəsində çalışan şəxslər üçün vergi bəyannamələrinin, hesabatların, ərizə, arayış və digər sənədlərin tərtib edilməsi və göndərilməsi, vergilərin hesablanması üzrə praktik vərdişlərin daha da artırılması, bilik və bacarıqların təkmilləşdirilməsinə xidmət edən bu təlimin muxtar respublikanın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi aparatının rəhbəri Əli Şabanov vergi uçotu və mühasibat uçotunun oxşar və fərqli xüsusiyyətləri, nazirliyin Vergi ödəyicilərinə xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Babayev “Büdcə təşkilatlarında vergi uçotu” bəyannamə tərtibatı proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Bildirilib ki, son illər vergi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində aparılan işlər ölkənin maliyyə resurslarının səfərbər edilməsini, dövlət büdcəsinin parametrlərinin köklü dərəcədə yaxşılaşmasını təmin edib. Buna uyğun olaraq Azərbaycan Respublikasında Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə 2005-2007-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. Həmin proqramın icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib, vergilər sahəsində xeyli irəliləyişlərə nail olunub.
Qeyd edilib ki, Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi istiqamətində 2013-2020-ci illəri əhatə edəcək tədbirlər planı qəbul olunub, bu plana uyğun olaraq elektron auditin tətbiqinə başlanılıb, ASAN imzanın tətbiqinə keçid reallaşdırılıb, transfer qiyməti və bunun kimi innovativ məsələlər öz aktuallığını qazanıb.
Diqqətə çatdırılıb ki, vergi sahəsində son dövrlərdə aparılan islahatların əsas məqsədi vergi xidmətinin bütün sahələrində uğura nail olmaq, bununla da vergi ödəyicilərini daha şəffaf, müasir standartlara cavab verən vergi xidməti ilə təmin etməkdən ibarətdir.
Tədbirdə təlim iştirakçılarının sualları cavablandırılıb, onlara “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin doldurulması qaydası” adlı izahat vərəqələri paylanılıb.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2880371
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1156
4351
14060
67065
2880371

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter