18 İyul 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda yaradılmış əlverişli mühit, enerji və nəqliyyat infrastrukturunun yenilənməsi, xammal resurslarının mövcudluğu iqtisadiyyatın əsas hissəsi olan sənayenin davamlı inkişafını təmin etmişdir.

Həyata keçirilən məqsədli investisiya siyasəti, sahibkarlıq subyektlərinin inkişafına hərtərəfli dövlət dəstəyi iri sənaye komplekslərinin və istehsal sahələrinin fəaliyyətə başlaması ilə nəticələnmişdir. Belə ki, ötən dövrdə vəsait qoyuluşuna görə ən böyük layihələrdən olan Naxçıvan Avtomobil Zavodu, Naxçıvan Sement Zavodu, özündə 4 zavodu birləşdirən Sənaye Kompleksi yaradılmışdır.
Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörək və çörək-bulka məmulatı, un, ət və süd məhsulları, makaron, qənd, duz, şirniyyat, meyvə şirəsi, spirtli içkilər, mineral sular, dekorativ daşlar, travertin, gips, gips lövhələr, əhəng, məsaməli beton, plastik materiallar, karbon qazı, metaləritmə, müxtəlif çeşidli mebellər, dam örtüyü, istilik panelləri və onlarla digər istehsal sahələri olmaqla, müxtəlif növdə və çeşiddə məhsul istehsal edilir ki, bu da istehlak bazarında məhsullara olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məqsədi daşıyır.
Sənaye sahəsində atılan mühüm addımlar məhsul istehsalının artımına müsbət təsir göstərmişdir. 2017-ci ildə muxtar respublikada 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 7,9 dəfə çoxdur.
Sənaye məhsulu, min manat
Əldə olunmuş uğurların nəticəsi kimi hazırda ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Ümumi daxili məhsulun sahə strukturunda sənayenin xüsusi çəkisi 2007-ci ildə 14,9 faizdən yüksələrək 2017-ci ildə 27,6 faiz təşkil etmişdir. 2017-ci ildə hər bir nəfərə düşən sənaye məhsulunun həcmi 2144,3 manat dəyərində olmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 6,8 dəfə çoxdur.
Muxtar respublikada sahibkarlığın dəstəklənməsi istiqamətində 2007-2017-ci illərdə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 93 milyon 858 min 700 manat həcmində kreditlər verilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2007-ci ildə qeyri-dövlət sektorunda 85 milyon manatlıq sənaye məhsulu qeydə alınmışdırsa, 2017-ci ildə bu göstərici 917 milyon manatı ötmüşdür. 2007-ci ildə istehsal olunan sənaye məhsulunda özəl bölmənin xüsusi çəkisi 69,3 faiz təşkil etmişdirsə, 2017-ci ildə bu göstərici 94,8 faiz olmuşdur.
2017-ci ildə istehsal edilmiş sənaye məhsulunun 95 faizi emal sənayesinin payına düşmüşdür. Emal sənayesi üzrə istehsal olunan sənaye məhsulunun dəyəri 2007-ci ildəki göstəricini 10,7 dəfə üstələyərək 918 milyon 228 min 600 manat təşkil etmişdir. Emal sənayesi ilə yanaşı, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat və su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrinin də inkişafı diqqətdə saxlanılmışdır.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2017-ci ildə muxtar respublikada 321 milyon 841 min 600 ABŞ dolları dəyərində sənaye məhsullarının ixracı qeydə alınmışdır ki, bu da ümumi ixracın 76 faizini təşkil etmişdir.
Sənayenin dinamik inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da təsir göstərmişdir. Belə ki, 2017-ci ildə sənaye sektorunda 16 min 235 nəfər işçi çalışmışdır ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 2,7 dəfə çox olmuşdur. Bu dövr ərzində sənaye sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2007-ci ilə nisbətən 2,3 dəfə artaraq 2017-ci ildə 381,9 manat təşkil etmişdir.
Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada sənayenin davamlı inkişafı istiqamətində cari ilin ötən dövründə Naxçıvan şəhərində qızıl-gümüş zinət əşyaları istehsalı fabriki, plastik boru, profil və aksesuarların istehsalı sahələri fəaliyyətə başlamış, elektrod və kimyəvi tərkibli tikinti materialları istehsalı, qarışıq yem istehsalı sahələri və Şahbuz rayonunun Badamlı qəsəbəsində mineral su istehsalı sahəsinin yaradılması hazırda davam etdirilir. Həmçinin sənayenin inkişafı istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı daha bir sahənin inkişafına və ixrac potensialının yaranmasına öz töhfəsini verəcəkdir. Görülən işlər isə bunu deməyə əsas verir ki, sənayeləşmə siyasəti muxtar respublikada uğurla həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2748256
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4964
5251
15307
89495
2748256

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter