21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Keçən əsrin ortalarında ermənipərəst sovet rəhbərlərinin apardığı siyasət nəticəsində bir çox azərbaycanlı öz torpaqlarından zorla köçürülərək deportasiyaya məruz qaldı. Öz doğma yurdları – əzəli Azərbaycan torpağı olan Vedibasardan köçürülən və Naxçıvana pənah gətirən Həsənovların ailəsi də belələrindəndir. Köçürülən bir çox ailə kimi, onlar da müxtəlif bölgələrə yerləşdirilən zaman “Biz torpaq adamıyıq. Mümkünsə, ailəliklə bizə kəndlərdən birində torpaq verin, orada yaşayaq. Torpaqdan uzaq düşsək, yaşaya bilmərik” arzuları nəzərə alınaraq onlara Şərur rayon Danyeri kəndində torpaq verilib. Beş qardaşın ortancılı olan Yaqub Həsənov həmin torpaq sahəsində ataların “Torpaq deyir: sən mənə tər ver, mən sənə zər verim” deyiminin nə qədər düzgün olduğunu subut edib. Onunla söhbətimiz də illərdir, əziyyətini çəkib, uşaq kimi qayğısına qalıb, əzizləyib bu günə gətirib çıxardığı göycə bağında baş tutdu:
– İlk vaxtlar bu yurd yerinin torpaqlarına yaxından bələd deyildik. Odur ki, istədiyimizə tam nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. İllərdir, bu bağı əkib-becərirəm, zəhmətimin qarşılığını da ikiqat alıram. Gördüyünüz bu bağdan qazandıqlarımla övladlarımı böyüdüb, onları oxudub ailə, ev-eşik sahibi etmişəm. Doqquz nəvəm var, onları da zəhmətə alışdırıram. Oğlanlarım istirahət günlərində mənimlə bərabər bu bağda çalışırlar. Ağacları budamaqda, suvarmada, meyvə yığımında mənə köməklik göstərirlər. Bağımda yarım hektar torpaqda 150 göycə ağacı var. Onların içində birillikdən tutmuş, onbeşillik göycə ağacına rast gəlmək olar. Təkcə göycə ağacı ilə də kifayətlənməmişəm. İnnab, yemişan, alma, zoğal, ərik və başqa meyvələr də becərirəm.

Yaqub dayı illərdir, göycə yetişdirməklə məşğul olduğuna görə göycə haqqında da məlumat verir:
– Göycə Naxçıvanda ən tezyetişən meyvədir. Onun adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən, alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə göy-göy yeyildiyi üçün elə “göycə” adlanır. Göycə, ancaq Naxçıvanda yetişir. Bu meyvəyə ölkəmizin digər bölgələrində az-az rast gəlmək olar. Olsa belə, meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir. Yazda ağacların ən tez oyananı göycədi, o, yarpaq açmamışdan əvvəl çiçəkləyir. Meyvələri mayın ortalarında yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Çox­illik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplayırıq. Bu meyvə ağacı şaxtaya­dözümlü olduğu üçün soyuq iqlimə malik olan muxtar respublikada yaxşı bar verir.
Onu da qeyd edək ki, Yaqub dayı ötən il Naxçıvan şəhərində keçirilən “Göycə” festivalında iştirak edib. Festivala çıxardığı məhsul I yerə layiq görülüb. Bu il mayın 19-da keçiriləcək növbəti festivala hazırlaşır.
Biz təsərrüfatda olan zaman suvarma işi gedirdi. Yaqub dayı üzvi gübrəni həm bitkilərin kökünə tökür, həm də su vasitəsilə axıdırdı. O bizə izah etdi ki, bu üsulla bitkinin gövdəsi daha dözümlü olur və sürətlə böyüyür.
Onun sözlərinə görə, ağaclar da uşaq kimidir, qayğısına qalmasan, əzizləməsən yaxşı bar götürə bilməzsən. Bu gün mən evimin ruzisini zəhmətlə əkib-becərdiyim torpaqdan çıxarıram. Yoldaşım da, mən də təqaüddəyik, günün çoxunu bağçılıqla məşğul oluruq. Çətin günlərimiz də, xoş günlərimiz də burada keçib, bu bağla bağlı xatirələrimiz çoxdu. Bizə kənddə torpaq veriləndə indi gördüyünüz bu bağın ərazisi tamam düzənlik idi. Təzə ailə qurmuşduq, ikimiz də gənc idik, boş, səhraya bənzəyən ərazidə nə edəcəyimizi bilmirdik. Amma böyüklərimizin köməkliyi, öz əzmimizlə burada heç nə bitməz deyilən torpaq sahəsini indi gözəlliyinə baxıb zövq aldığımız bağa çevirə bildik. İnsan ancaq zəhmətlə, sevgi ilə bir işdən yapışarsa, onu yarıda bilər, çünki zəhmət bəhrəsiz qalmır.
Bir neçə dəqiqədir ki, bizi dinləyən evin xanımı söhbətimizə ­qoşulur:
– Övladlarım dünyaya gələndə bu bağda hər birinin adına bir ting əkmişəm. İndi ağaclar da böyüyüb, övladlarım da. Hər dəfə torpağa əl atanda bu yurd yerinə ilk gəldiyimiz vaxtlar yadıma düşür və nəvələrimə deyirəm ki, gün gələcək bu torpağın yiyəsi siz olacaqsınız. Bax o vaxt siz də torpaqdan dördəlli yapışın. Buralar boş qalmasın ki, ona düşmən göz dikə bilməsin. Əbəs yerə demirlər ki, ruzisi torpaqdan olandan dərd-bəla uzaq qaçar.
Bu gün Danyerində gördüklərim, insanların həyat tərzi belə deməyə əsas verir ki, qayğı və zəhmət bir-birini tamamlayanda həyatda çox şeyə nail olmaq mümkündür. Təki işə ürəkdən bağlanasan, heç bir çətinlikdən qorxmayasan.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299828
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3650
4291
11596
84474
3299828

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter