10 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə idxal olunan tütünçülük məhsulları ilə bağlı ölkə iqtisadiyyatının məruz qaldığı valyuta itkisini azaltmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” bu sahədə mühüm vəzifələr qarşıya qoyur. Bu məqsədlə bir zamanlar ölkəmizdə və muxtar respublikamızda mühüm məşğulluq sahələrindən biri olmuş tütünçülüyün inkişafına verilən diqqət iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və idxaldan asılılığın azaldılması baxımından əhəmiyyətlidir.

Məlum olduğu kimi, artıq ötən ildən başlayaraq muxtar respublikamızda yenidən tütün əkilməsinə başlanılıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, 11 tondan artıq quru tütün istehsal olunub. Bu isə torpaq mülkiyyətçilərinin və sahibkarların bu sahəyə marağını artırıb. “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti torpaq mülkiyyətçilərinin yetişdirdikləri tütünü münasib qiymətlərlə qəbul edir. Qeyd edək ki, müəssisənin istehsal etdiyi məhsulun 10 faizi Naxçıvanın tütün məhsullarına olan tələbatını ödəyir, qalan 90 faiz isə ixrac üçün nəzərdə tutulur.

“Cahan Tabak Beynəlxalq” MMC-dən aldığımız məlumata əsasən cari ildə də tütün əkini davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Babək rayonunun Şıxmahmud kəndi ərazisində yerləşən “Kəhrəba” nümunəvi fermer təsərrüfatında 2 hektar sahədə tütün şitili əkilib. Əkini “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri Türkiyədən dəvət olunan mütəxəssislərlə birlikdə müasir texnikaların köməyi ilə həyata keçiriblər. Sahələrə, əsasən, məhsuldarlığı və aromatlı olması ilə fərqlənən “Oriental” tütün sortu əkilib. Buradan əldə ediləcək məhsulun isə təxminən, 2,5-3 ton olması gözlənilir. Əkin kampaniyası üçün “Cahan Tabak Beynəlxalq” MMC-nin nəzdində yaradılmış Tütünyetişdirmə Mərkəzinə 6 traktor, 5 hidravlik qoşqu, 5 su çəni, 2 kağlama, 2 şitilvuran, ­ 1 şumlama, 1 şırımaçan maşın cəlb olunub. Bu texnikalardan 4 traktor, 4 hidravlik qoşqu “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən alınıb. Əlavə olaraq məhsul yığımında istifadə olunacaq 2 ipədüzmə, 2 “Oriental” tütün sortu üçün qurutma, 1 doğrama, 3 qurutma aparatı da alınıb.
“Cahan Tabak Beynəlxalq” MMC-dən onu da bildirdilər ki, bu il muxtar respublikada, ümumilikdə, 50 hektar sahədə tütün əkini nəzərdə tutulub. Hazırda fermerlərlə 42 hektar sahədə əkin üçün müqavilə bağlanılıb ki, həmin fermerlərdən də 12-si Şərur, 11-i isə Kəngərli rayonundandır. “Kəhrəba” nümunəvi fermer təsərrüfatı ilə yanaşı, cəmiyyətə məxsus Tütünyetişdirmə Mərkəzində də 2 hektar sahədə tütün əkini aparılır. Buradakı əkinin 1 hektarında ənənəvi “Virciniya”, digərində isə “Oriental” tütün sortu əkilməsi nəzərdə tutulur. Mövsümün sonuna əkilən sahələrdən, təxminən, 60-70 ton məhsul tədarükü gözlənilir. Bütün bunlar isə tütünçülüyün genişləndirilməsi istiqamətində verilmiş tapşırıqların yerinə yetiriləcəyini deməyə əsas verir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3380873
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
703
4120
703
40040
3380873

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter