24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın müasir sosial-iqtisadi inkişafının əsas faktorları arasında sahibkarlıq fəaliyyəti mühüm yer tutur. Bu sahənin genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi diqqət mərkəzindədir. Belə ki, sahibkarlığın daha da inkişaf etdirilməsi, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verib və Naxçıvan Muxtar Respublikası ölkəmizdə investisiya cazibədarlığı baxımından liderdir. Qazanılmış müsbət təcrübə ilə cari ildə muxtar respublikamızda sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi davam etdirilməkdədir. 

Tarixi təcrübə sübut edir ki, iqtisadiyyatda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi mühüm şərtlərdəndir. Muxtar respublikamızda müasir inkişaf mərhələsində sahibkarlıq fəaliyyətinin təşviq olunması, məhsulların ixrac imkanlarının genişləndirilməsi və yeni layihələr üçün kredit dəstəyinin verilməsi bu sahənin uğuru üçün vacib məsələlər kimi daim diqqətdə saxlanılır. Bu baxımdan muxtar respublikamızda iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə yeni sahibkarlıq sahələrinin yaradılması və onlara kredit dəstəyinin göstərilməsi davam etdirilir.

Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsidir. Belə bir lokomotiv gücə sahib olan sahibkarlıq qarşısında isə yeni tələblər qoyulmaqdadır. Belə ki, cari ilin fevral ayının 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı dediyi kimi yerli məhsulların daxili və xarici bazarlarda rəqabətə­davamlı olması üçün keyfiyyət standartlarına ciddi əməl edilməlidir. Sahibkarlar istehsal prosesində ən müasir texnologiyaların tətbiqinə və keyfiyyətli xammaldan istifadəyə xüsusi diqqət yetirməlidirlər. Onların səmərəli fəaliyyəti üçün isə hərtərəfli şərait yaradılıb. Belə ki, torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsi, ixracyönümlü məhsul istehsalının təşviq olunması, habelə mövsüm ərzində yarmarka və festivalların təşkili, satış yerlərində yerli məhsullara üstünlük verilməsi məhsul istehsalçılarının işinə stimullaşdırıcı təsir edən amillərdəndir. Bütün bunlar muxtar respublikada ailə təsərrüfatlarının inkişafına və saylarının artmasına da xüsusilə təsir etməkdədir.
Naxçıvanda sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısı, onlara verilən güzəştli kredit dəstəyi bu il də davam etdirilir. Naxçıvan Biznes Mərkəzində keçirilən görüş zamanı 11 sahibkara verilmiş toplam 5 milyon manatdan çox kredit vəsaiti sənaye və kənd təsərrüfatı məhsulları istehsalı üzrə müxtəlif sahibkarlıq qurumlarının, habelə ailə təsərrüfatlarının fəaliyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Təqdim olunmuş kreditlərin həcmi ilə yanaşı, onlardan istifadə edəcək sahibkarlıq sahələrinin fəaliyyət profilləri də diqqəti cəlb edir. Belə ki, kredit almış sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen” Məhdud Məsuliyyətli ­Cəmiyyəti plastik boru, profil və aksesuarlar istehsal edəcək, daxili tələbatdan artıq məhsul xarici ölkələrə də ixrac olunacaq. Ayrılmış 5 milyon manatlıq güzəştli kreditin istifadə olunması ilə yeni müəssisədə 285 yeni iş yeri yaradılacaq.
Kredit dəstəyi göstərilmiş digər bir müəssisə “Naxçıvan Tikiş” Açıq Səhmdar Cəmiyyətidir. Bu fabrik istehsal etdiyi geniş çeşiddə geyimlər, müxtəlif idarələrdə çalışanlar, məktəbli və tələbələr üçün formalarla muxtar respublikada əhalinin tələbatını ödəyən mühüm yüngül sənaye müəssisələrindəndir. Hazırda 40 nəfərdən artıq işçisi olan bu müəssisə ötən dövr ərzində iki dəfə Sahibkarlığa Kömək Fondu tərəfindən verilən güzəştli kreditlərdən bəhrələnib, Rusiya, Almaniya və Çin mənşəli avadanlıqlar alınıb quraşdırılıb. Müəssisə üçün ayrılmış 100 min manatlıq yeni kredit vəsaiti onun gələcək fəaliyyəti üçün çox mühüm stimul olacaqdır. Alınacaq rəqəmsal avadanlıqların köməyi ilə kəsim, tikim və pres işlərinin kompüterlə idarə olunması, eyni zamanda enerjiyə, xammala daha çox qənaət etmək və məhsulun keyfiyyətini yüksəltmək mümkün olacaqdır.
Nehrəm özünün yüksəkkeyfiyyətli kənd təsərrüffatı məhsulları ilə tanınır. Elə fiziki şəxs Məhərrəm Niftəliyev də aldığı 25 min manat kredit dəstəyi ilə xırdabuynuzlu heyvandarlıq təsərrüfatını genişləndirməyi qarşısına məqsəd qoyub. Sahibkar damazlıq heyvanlar almaqla heyvanların baş sayını 250-yə çatdırmaq istəyir. O deyir ki, bunun üçün onun hər cür şəraiti vardır.
Şərur rayonunun Arpaçay kəndindən olan sahibkar Abdulla Adıgözəlov istixana təsərrüfatının fəaliyyətinin genişləndirilməsi üçün bu il Sahibkarlığa Kömək Fondundan 50 min manat güzəştli kredit alıb. Sahibkar bu vəsaitlə 3 min kvadratmetr sahədə mövcud olan istixana kompleksini əlavə olaraq 4 min kvadratmetr artırmağı planlaşdırır. O deyir ki, fəaliyyətini genişləndirmək üçün yaxşı imkanlar vardır. Belə ki, indiyə qədər mövsüm ərzində istehsal etdiyi 150-200 ton tərəvəz məhsulunu Şərur, Naxçıvan və Bakı bazarlarında satışa çıxarıb. İstixana təsərrüfatı ilə yanaşı, bağçılıqla da məşğul olan sahibkar biznesi ilə 8 nəfər üçün də iş yeri yaradıb.
Fiziki şəxs Hafizə İsmayılbəyli Kəngərli rayonunun Yeni Kərki kəndində fəaliyyət göstərir. O, meyvə­-tərəvəz məhsullarının konservləşdirilməsi üçün aldığı 10 min manatlıq vəsaitlə ailə təsərrüfatını genişləndirmək istəyir. Əsasən, yabanı meyvə və giləmeyvə məhsullarının konservləşdirilməsi üzrə fəaliyyət göstərən bu ailə təsərrüfatında həmərsin, yemişan, zirinc, gilənar kimi yüksəkkeyfiyyətli giləmeyvələrin konservləşdirilməsi həyata keçirilir. Sahibkar deyir ki, ailə təsərrüfatı məhsulu etiketi ilə satışa çıxarılan bu məhsullara böyük tələbat vardır. Onlar Kəngərli və Naxçıvan bazarlarına məhsul çıxarıb əldə edəcəkləri mənfəətlə gələcəkdə fəaliyyətlərini genişləndirmək istəyirlər.
Arıçılıq gəlirli sahədir. Xüsusən Naxçıvan balının keyfiyyəti bu sahəni fəaliyyət növü kimi seçənlər üçün çox cazibədar edir. Babək rayonunun Aşağı Buzqov kəndində yaşayan fiziki şəxs Məhərrəm Eyvazov da bu fikirdədir. O aldığı 10 min manatlıq kreditlə öz arıçılıq təsərrüfatını genişləndirmək istəyir. Sahibkar deyir ki, göstərilən dövlət dəstəyi hesabına arı ailələrinin sayını 120-yə, bal məhsulunun həcmini isə mövsümdə 600-650 kiloqrama çatdırmaq istəyir. Bunun üçün yaxşı imkanlar vardır. İstehsal etdikləri keyfiyyətli məhsula olan yüksək tələbat da onları bu işə həvəsləndirib.
Göründüyü kimi, Naxçıvanda fəaliyyət göstərən bütün sahibkarlar üçün hərtərəfli imkanlar, əlverişli daxili bazar və maliyyə resurslarına çıxışlar vardır. Bunu həmsöhbət olduğumuz sahibkarların fikirlərindən də görmək mümkündür. Yaradılmış şəraitə görə dövlətimizə minnətdarlıq edən sahibkarlar məqsədlərinə çatmaq üçün həvəslə işə girişiblər. Məqsəd isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bu gün əsas məqsəd ondan ibarətdir ki, sahibkarlıq mühiti daha da genişlənsin. Daxili bazarda yerli məhsullar hesabına bolluq yaradılsın. Yeni iş yerləri açılsın, məşğulluq təmin edilsin. Muxtar respublikanın ixrac imkanları artsın”.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2268801
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3208
5530
8738
135863
2268801

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter