24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada daşınmaz əmlak və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2018-ci ilin birinci rübündə də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Qaraxanbəyli, Qaraçuq və Bulqan, Şərur rayonunun isə Düdəngə və Zeyvə kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmışdır. Ümumilikdə, birinci rübdə muxtar respublikada 3910 daşınmaz əmlak obyekti plana alınmışdır.

Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə edilməsinə dair torpaq balansı təsdiq edilmişdir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Babək rayonunun Yarımca, Şahbuz rayonunun Daylaqlı, Culfa rayonunun Əlincə, Şərur rayonunun Cəlilkənd və Ordubad rayonunun Aşağı Əylis kəndlərində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir. Babək rayonunun Yarımca, Cəhri, Kalbaoruc Dizə, Məmmədrza Dizə və Qaraqala, Şahbuz rayonunun Daylaqlı, Kiçikoba, Ayrınc, Badamlı və Kolanı, Culfa rayonunun Əlincə, Xoşkeşin, Bənəniyar və Xanəgah, Şərur rayonunun Dəmirçi, Maxta, Şəhriyar, Qarxun, Tumaslı, Vərməziyar, İbadulla və Ərəbyengicə, Ordubad rayonunun Yuxarı Əylis, Aşağı Əylis və Dəstə kəndlərinin torpaqların qida maddələri ilə təmin olunmasına dair yeni hazır­lanmış kartoqramları müvafiq bələdiyyələrə təqdim edilmiş, onlara kartoqramlardan istifadə qaydaları izah edilmişdir.
“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnaməyə uyğun olaraq Culfa rayon inzibati ərazi vahidinə daxil olan Culfa və Gülüstan bələdiyyələrinin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazır­lanmışdır. Babək rayonunun Nehrəm, Araz, Çeşməbasar, Güznüt, Göynük, Nəhəcir, Nəzərabad, Didivar, Qahab, Naxışnərgiz, Məmmədrza Dizə, Sirab, Aşağı Buzqov, Yuxarı Buzqov, Kərimbəyli, Payız, Zeynəddin və Şıxmahmud bələdiyyələrinin xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanaraq rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Rayonun Yuxarı Uzunoba, Gərməçataq, Cəhri və Şəkərabad bələdiyyələrinin xəritələri və yerquruluşu sənədləri isə elektron variantda hazırlanaraq məlumat bazasına yığılmışdır. Şərur rayonunun Kürkənd, Şəhriyar, Qorçulu, Muğanlı, Alışar, Yengicə, Çomaxtur, Xələc, Məmmədsabir və Arbatan bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır.
Bu ilin birinci rübündə muxtar respublika üzrə 566 torpaq sahəsi, 8 qeyri-yaşayış binası, 25 qeyri-­yaşayış sahəsi, 236 mənzil, 496 fərdi yaşayış evi, 4 əmlak kompleksi kimi müəssisə olmaqla, ümumilikdə, 1335 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 195 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. 200 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Vətəndaşlara səyyar xidmətin göstərilməsi də davam etdirilmiş, muxtar respublika üzrə 23 yaşayış məntəqəsində 322 vətəndaşın müraciətinə baxılmışdır. Həmçinin 70 əmlak real bazar dəyərinə uyğun olaraq qiymətləndirilmiş, 402 əmlakın bazar dəyəri məlumat bankına daxil edilmişdir.


Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058437
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1370
4261
1370
109768
3058437

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter