10 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də ucqar yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir.
Bazar iqtisadiyyatı şəraitində yeni iş yerlərinin yaradılmasında özünüməşğulluq modelindən istifadə dünya təcrübəsində geniş tətbiq olunur. Muxtar respublikamızda da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla bu sahənin inkişaf etdirilməsi son dövrlərdə daha intensiv şəkildə həyata keçirilir. Belə ki, ailə təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, bunun vasitəsilə də belə təsərrüfatlarda məşğul olan insanların gəlirlərinin artırılması deməkdir. Bazarda formalaşmış tələbə çevik uyğunlaşan, biznesini günün tələbləri səviyyəsində qura bilən, iqtisadi resurslara, xüsusən enerji, xammal və maliyyə ehtiyatlarına qənaətlə yanaşan belə təsərrüfatçılıq subyektləri inkişaf etmiş ölkə­lərdə ümumi daxili məhsulun yaradılmasında mühüm paya malikdir.

Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı bu rolunu nəzərə alaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, cari ildə güzəştli kerditlər təqdim olunan sahibkarlıq subyektləri arasında 5 ailə təsərrüfatı da vardır. Onlara, ümumilikdə, 50 min manatdan artıq həcmdə kredit verilib. Hazırda isə muxtar respublikamızda 1000-ə yaxın ailə təsərrüfatı vardır ki, onların da 200-ə yaxını iri təsərrüfatçı hesab olunur. Heyvandarlıq, quşçuluq, arıçılıq məhsullarının istehsalı, bağçı­lıq və bostançılıq, istixana, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi üzrə ixtisaslaşmış və sair bu kimi sahələrdə ailə təsərrüfatları ilin bütün mövsümlərində bazara məhsul çıxarırlar.
Ailə təsərrüfatları təkcə özünüməşğulluq vasitəsi sayılmır. Onlar həm də geniş biznes üçün ilk təcrübə deməkdir. Bu təcrübə, xüsusən ucqar yaşayış məntəqələrində yaşayan insanların iş qurması ilə məskunlaşdığı ərazilərə məxsus olan yeni biznes imkanlarının reallaşmasına səbəb olur. Bu gün ailə təsərrüfatı ilə kiçik biznesə başlayanlar sabah fiziki şəxs, sonra isə daha böyük sahibkarlar kimi mühüm biznes layihələri reallaşdırmağa başlayırlar. Bu da sahibkarlığın daha da genişləndirilməsi və iqtisadi sahələrin şaxələndirilməsi deməkdir. Muxtar respublikamızda bütün bu müsbət cəhətlər nəzərə alınaraq ailə təsərrüfatları məşğulluq probleminin həll olunmasında, əhali gəlirlərinin həcminin artmasında müsbət bir amil kimi qiymətləndirilir. Buna görə belə təsərrüfatların yaradılmasına üstünlük verilmişdir.
Naxçıvan özünün yüksəkkeyfiyyətli yerli məhsulları ilə tanınır. Bu məhsulların həcm və çeşidinin artması muxtar respublikanın istehsal və ixrac imkanlarını daha da genişləndirir. Regiondakı ailə təsərrüfatları da bu sahədə fəaliyyətlərini genişləndirməklə yaradılmış şəraitdən səmərəli istifadə edirlər.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3380657
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
487
4120
487
39824
3380657

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter