24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Ötən illər ərzində tarixi inkişaf yolu keçərək müasir Azərbaycan rayonuna çevrilən Babək sürətli inkişaf və tərəqqi yolundadır. Rayonda aparılan genişmiqyaslı quruculuq tədbirlərinin əhatəsi ilbəil genişlənməkdədir. 2017-ci ili quruculuq və iqtisadi irəliləyişlərlə yola salan, bu il 40 yaşını qeyd edən Babək rayonunda insanlar yeni quruculuq ünvanlarının sevincini yaşayırlar. 

 Bu ilin mart ayından başlayaraq Babək qəsəbəsindəki dövlət qurumlarının yerləşdiyi dördmərtəbəli inzibati bina əsaslı şəkildə yenidən qurulur. Burada rayon Statistika İdarəsi, Dövlət Sığorta Agentliyi, “Şərqin səhəri” qəzeti redaksiyası, Gənclər və İdman İdarəsi, Məşğulluq Mərkəzi və digər dövlət orqanları üçün iş otaqları ayrılacaq. Yenidənqurma işlərindən sonra rayon Baytarlıq İdarəsi ilə Gigiyena və Epidemiologiya Mərkəzinin də bu binada yerləşdirilməsi nəzərdə tutulub. Binanın zirzəmi qatında həmin mərkəzin laboratoriyaları fəaliyyət göstərəcək. 

Məlumat üçün bildirək ki, mart ayından etibarən qəsəbədəki məsciddə də təmir-bərpa işləri aparılır. Layihəyə əsasən ibadət ocağında kişilər və qadınlar üçün zal, eləcə də axund otağı istifadəyə veriləcək. Məscidin həyətində də yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaqdır.

*  *  *

Şahbuz rayonu muxtar respublikamızın dilbər guşələrindən, illərdən bəri çoxsaylı tikinti-quruculuq tədbirləri ilə abadlaşan yurd yerlərindəndir. Günü-gündən müasirləşən Şahbuz şəhərindəki Heydər Əliyev prospektində ötən ilin sonlarında inşasına başlanılan Şahbuz Rayon Mədəniyyət Evi üçün bina yaxın vaxtlarda istifadəyə veriləcək.
Ümumi sahəsi bir hektaradək olan ərazinin 904 kvadratmetr sahəsində inşa olunan binanın tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Qış fəslində havaların mülayim keçməsi ilə əlaqədar, bütövlükdə, dəmir-qəlib işləri aparılan obyektdə erkən yazdan işlər daha da sürətləndirilib. Bu barədə iş icraçısı Kənan Hüseynovla söhbətimiz zamanı bildirdi ki, binada hörgü işləri başa çatdırılıb. Hazırda binanın içərisində alçı-suvaq işləri aparılır, kommunikasiya xətləri çəkilir. İş icraçısı onu da vurğuladı ki, son illər yeni tikililərin hər birində olduğu kimi, burada da yerli materiallardan istifadəyə üstünlük verilir.
Qeyd edək ki, 2 mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində 278 nəfərlik zal, dekorasiya və hazırlıq otaqları, ikinci mərtəbədə işçilər, həmçinin məşq üçün otaqlar nəzərdə tutulub. Binanın zirzəmi hissəsində isə qazanxana, elektrik otağı və bufet yerləşəcəkdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2266054
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
461
5530
5991
133116
2266054

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter