17 Avqust 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da aqrar sahənin inkişafı üçün hərtərəfli şərait var. Əhalinin 70 faizdən çoxunun kəndlərdə məskunlaşması, torpağın daimi iş yerinə çevrilməsi əkinçilikdə yüksək nəticələr qazanılmasına imkan verib. Torpaq mülkiyyətçilərinə göstərilən qayğının davamlı xarakter alması isə bu sahənin inkişafına marağı artıran başlıca amillərdən biridir. 

Hər il meliorasiya-irriqasiya tədbirləri həyata keçirilir, bu sahə ilə məşğul olanlara güzəştli kreditlər verilir, texnika ilə təchizat diqqət mərkəzində saxlanılır.
Torpaq mülkiyyətçiləri digər təsərrüfat sahələri ilə yanaşı, kartof və soğan məhsullarının əkilib-becərilməsində də zəngin təcrübəyə malikdirlər. Son illər bu gəlirli təsərrüfat sahələrinin inkişafına göstərilən qayğı yüksəkkeyfiyyətli məhsul istehsalına səbəb olub. Bu baxımdan ötən il də istisna deyil. Belə ki, bəhs olunan dövrdə rayonda 1064 hektar sahədə kartof, 140 hektar sahədə soğan əkini aparılıb. 16 min tona yaxın kartof, 2587 ton soğan məhsulu əldə edilib. Rayonda 10-a yaxın soyuducu anbarın olması bu məhsulların uzun müddət saxlanılmasına imkan verir.

Bərəkətli və məhsuldar torpaq sahələri olan bölgədə cari təsərrüfat ilinə uğurla başlanılıb. Sahələrdən yaxşı məhsul əldə etmək üçün torpaq mülkiyyətçiləri payız aylarından torpağı əkinə hazırlamağa başlayıblar. Torpağa üzvi və mineral gübrələr verərək şum aparıblar. İlin bol məhsulunun əsasını qoymaq üçün torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək əkinə başlayıblar. Həyətyanı və pay torpaq sahələrinə kartof toxumu basdırılıb, soğan toxumu səpilib. Adıçəkilən əkinlər, əsasən, rayonun Aralıq, Ələkli, Cəlilkənd, Zeyvə, Düdəngə, Xanlıqlar, Sərxanlı kəndlərində aparılır.
Qeyd edək ki, son illərə qədər muxtar respublikada bu məhsula olan tələbat kənardan gətirməklə ödənilirdisə, hazırda tələbatın böyük hissəsi yerli istehsal hesabına təmin edilir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883734
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12
4507
17423
70428
2883734

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter