27 May 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Son illərdə muxtar respublikada meyvə-tərəvəz istehsalına diqqət artırılıb, əhalini faraş tərəvəz və meyvə məhsulları ilə təmin etmək üçün bir sıra məqsəd­yönlü tədbirlər həyata keçirilib. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində hazırda Naxçıvan şəhəri ərazisində və bölgələrimizdə müasir istixanalar yaradılıb, meyvə bağları salınıb, məhsul bolluğu təmin edilib.
Şərur rayonunun Çəmənli kənd sakini Abdulla Adıgözəlovun Çərçiboğan kəndi ərazisində yaratdığı “Arpa­çay istixanaları” və ətrafında saldığı meyvə bağları da daxili bazara öz töhfələrini verir.
Bir hektar ərazidə yerləşən dörd istixanada pomidor, xiyar, badımcan, bibər yetişdirən torpaq mülkiyyətçisi deyir ki, 2013-cü ilin mart ayında istixana kompleksinin yaradılması üçün biznes-plan hazırlayıb Sahibkarlığa Kömək Fonduna təqdim edib və fonddan bu iş üçün ona 50 min manat güzəştli kredit ayrılıb. Ayrılan vəsait hesabına istixanaların yaradılması üçün lazımi avadanlıqlar Türkiyə Respublikasından və Bakı şəhərindən gətirilib. Qısa müddət ərzində istixanada məhsul yetişdirilməsi üçün lazımi işlər görülüb. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, ekoloji təmiz məhsul istehsalına imkan verir.

İstixana kompleksinin və ətraf sahədə salınan meyvə bağlarının suya olan tələbatı yaxınlıqda yerləşən iki artezian quyusu vasitəsi ilə ödənilir. ­Suvarma damcı üsulu ilə aparılır.
Onu da bildirək ki, sahibkarın fəaliyyəti təkcə istixana kompleksi ilə bitmir. Torpaqdan, necə deyərlər, dördəlli yapışan Abdulla istixanaların ətrafında 3 hektar ərazidə ərik, 3 hektarda heyva, 1 hektarda gavalı, ­ 0,5 hektarda üzüm bağı salıb. Yaxın günlərdə isə istixana kompleksinin yaxınlığındakı 2 hektar torpaq sahəsində 3 min şaftalı tingi əkməyi nəzərdə tutub.
Sahibkarın dediyinə görə, ötən il bağlardan 1 ton heyva, 4 ton ərik, 1 ton üzüm, 6 tona yaxın gavalı yığılıb. Təsərrüfatda yetişdirilən tərəvəz və meyvələr Şərurla yanaşı, Naxçıvan şəhərində fəaliyyət göstərən bazarlara, kənd təsərrüfatı yarmarkalarına çıxarılıb. Ötən il təşkil olunan ailə təsərrüfatları festivalında Abdullanın istixana kompleksində və meyvə bağlarında yetişdirdiyi məhsullar da xeyli alıcı qüvvəsi toplayıb.
Söhbət zamanı öyrəndik ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qayğı istehsal sahələrinin genişləndirilməsinə imkan verib. Bu qayğıdan səmərəli istifadə edən Abdulla Adıgözəlov mövcud kompleksin genişləndirilməsi ilə məşğuldur. Bu isə torpağa, onun qüdrətinə inamın və bağlılığın, bu qiymətli sərvətdən istifadəyə yaradılan şəraitin ifadəsidir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2484448
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3769
4918
44070
180276
2484448

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter