17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

 Naxçıvan şəhərindəki Mərkəzi bazardan reportaj 

Müstəqillik qazandığımız illərdə muxtar respublikamız ölkəmizin digər zonalarına nümunə olacaq bir inkişaf yolu keçib. Bu inkişafın başlıca səbəblərindən biri sahibkarlıq fəaliyyətinə yaradılan münbit şərait, onlara göstərilən dəstək və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsidir. Artıq naxçıvanlı sahibkarların öz məhsullarını bir neçə ildir ki, xarici bazarlara çıxarmaları təmin edilir. Qarşılıqlı olaraq xarici ölkələrdən də muxtar respublikaya müxtəlif emal və istehsal məhsullarının gətirilməsi diqqətdə saxlanılır. Naxçıvan şəhərindəki Mərkəzi bazarda İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin daha bir sərgi-satışının təşkil edilməsi də bunun ifadəsidir.
Qeyd edək ki, Qərbi Azərbaycan Vilayəti İran İslam Respublikasının inkişaf etmiş böyük bölgələrindəndir. Vilayətin mərkəzi qədim yaşayış məntəqələrindən biri olan Urmiya şəhəridir. Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında mövcud olan əlaqələr sırasında ticarət əlaqələri xüsusi yer tutur. 2011-ci ilin payızında Urmiya şəhərində 5 gün müddətində Naxçıvan Muxtar Respublikasının ilk ticarət və sənaye sərgisi təşkil edilib. Qərbi Azərbaycan Vilayətinin isə muxtar respublikada ilk ticarət və sənaye sərgisi 2015-ci ilin 14-17 avqust tarixlərində keçirilib. Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan növbəti sərgi-satış naxçıvanlılar tərəfindən maraqla qarşılanıb. Cari ilin 8-11 mart tarixlərində isə daha bir sərgi-satış naxçıvanlılara təqdim olunub. Sərgidə 17 şirkət 37 növdə, 98 çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları ilə iştirak edib.

Sərgi-satışın son günü iranlı sahibkarlarla həmsöhbət olduq. Urmiya şəhərinin “Ofog Ticarət Vasegi Kooperativ Şirkəti” və “Elena Faxr” istehsal müəssisəsindən sərgi-satışa tomat, xurma, kişmiş və digər məhsullar gətirmiş Məryəm Azəri və həyat yoldaşı Məhəmməd Rza Vasiqi burada onlar üçün yaradılmış şəraitdən razılıqla danışdılar. Məryəm xanım bildirdi ki, beş ildir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Naxçıvana ikinci dəfədir gəlir. Burada yüksək alıcılıq mədəniyyəti görür. Naxçıvanlıların səmimiyyəti, qonaqpərvərliyi də diqqətindən yayınmayıb. Gətirdiyi malları satıb qurtarmaq üzrədir. Məhəmməd Rza Vasiqi isə deyir ki, sərgi-satış başa çatdıqdan sonra Qərbi Azərbaycan Vilayətinə Naxçıvanda istehsal olunan məhsullar aparacaqlar. Çünki həmin məhsullar öz keyfiyyəti ilə seçilir. Sonda hər iki müsahibim belə sərgi-satışların gələcəkdə də davam etdiriləcəyi arzusunda olduqlarını bildirdi, təşkilatçılara minnətdarlıqlarını ifadə etdi.
Sərgi-satışda “Nhtaş” şirkətinin məhsulları da həvəslə alınırdı. Şirkətin rəhbəri Poldəşt şəhərindən gələn Abbas Məhəmmədi ilə söhbət zamanı bildirdi ki, o, Naxçıvanda bir neçə dəfə olub. Naxçıvanlıların keyfiyyətli məhsula qiymət vermək bacarıqlarından danışan sahibkar dedi ki, burada yüksək təşkilatçılıq da sahibkarlara xoş təsir bağışlayıb. Bir neçə naxçıvanlı sahibkarla işbirliyi qurmaq barədə razılığa gəliblər. Arzu edirlər ki, gələcəkdə də belə sərgi-satışlar təşkil olunsun. Naxçıvanlıların istehsal etdikləri məhsullar Urmiyada, onların məhsulları isə Naxçıvanda satılsın, ticarət əlaqələri daha da genişləndirilsin.
Digər bir sahibkar Məcid Haqqı özünün meyvə bağlarında yetişdirdiyi meyvə-tərəvəz məhsulları ilə sərgi-satışda iştirak edib. Deyir ki, bundan sonra Naxçıvana tez-tez gələcək. O, burada olarkən Naxçıvanda sahibkarlığın inkişafına dövlətin xüsusi qayğı göstərdiyini görüb: “Naxçıvanlı sahibkarlar qürur duya bilərlər ki, dövlət onların fəaliyyətinə belə yüksək şərait yaradıb. Bu şəraitdə rəqabətyönümlü məhsul istehsal etmək heç də çətin deyil. Naxçıvan şəhərinin gözəlliyinə isə söz ola bilməz. Naxçıvanlılar öz şəhərlərini ürəkdən sevirlər ki, onu belə təmiz saxlayırlar”.
Bukani şəhərinin “Sənaye Xatəm Bukani” əl işləri istehsalı müəssisəsinin rəhbəri deyir ki, metaldan düzəldilmiş məmulatlar, həmçinin hədiyyələr, çantalar, gətirib. Xüsusi zövqlə işlənmiş bu məmulatlara naxçıvanlıların böyük maraq göstərməsini təbii sayan sahibkar onu da vurğuladı ki, bir neçə gün ərzində naxçıvanlıların sənətə yüksək qiymət verdiklərinin şahidi olub.
Mərkəzi bazarda təşkil edilən sərgi-satışda alıcılarla da görüşdük. Naxçıvan şəhər sakini Elmira Həsənovanın dediklərindən: Bu günlərdə insanları düşündürən başlıca məsələ Novruz bayramını layiqincə keçirmək üçün zəruri olan məhsullar almaqdır. Düzdür, bu sahədə vaxtilə mövcud olan problemlər artıq aradan qaldırılıb, dükan-bazarlarımızda nə istəsən, tapmaq olar. Bununla yanaşı, dövlətimiz bayram süfrələrinin daha zəngin, daha rəngarəng olması üçün digər məqsədyönlü tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri də qonşu İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilmiş ərzaq və sənaye məhsullarının Naxçıvan şəhərində sərgi­-satışının təşkil edilməsidir. Bu, çox gözəl haldır.
Onu da bildirək ki, martın 3-dən 6-dək İran İslam Respublikasının Urmiya şəhərində də beynəlxalq sərgi keçirilib. Sərgidə Naxçıvan Muxtar Respublikasının iş adamları da iştirak ediblər. Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə qida sənayesi məhsulları, dərman preparatları, yüngül sənaye, mebel və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. Ümumilikdə, muxtar respublikada fəaliyyət göstərən 27 şirkətin 249 adda məhsulu və naxçıvanlı sənətkarlar tərəfindən hazır­lanan 62 əl işi sərgiyə gələnlərin böyük marağına səbəb olub.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149208
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
672
4297
9373
63755
3149208

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter