17 Avqust 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Son illər muxtar respublikamızda xeyli sayda yaşayış binası inşa edilib ki, bu da sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşmasına, sosial rifah halının yüksəlməsinə imkan verib. Ümumiyyətlə, muxtar respublikada əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə, qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunurlar. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində yeni yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər dövlətimizin vətəndaşlara göstərdiyi qayğının parlaq ifadəsidir.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində inşa olunan yeni yaşayış binası da gələcəkdə sakinləri yüksəkkeyfiyyətli rahat mənzillərlə təmin edəcək. Ötən ilin oktyabr ayından tikintisinə başlanılan binanın təməli atılıb, zirzəmi hissəsinin beton-qəlib işləri görülür. 4 giriş və 6 mərtəbədən ibarət olacaq binanın tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaat­çıları həyata keçirirlər. Layihəyə əsasən yaşayış binasında lift quraşdırılacaq. Zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaq, birinci mərtəbədə 12 mağaza istifadəyə veriləcək. İnşası aparılan obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi önəm verilir. İnşaatçılar geyim formaları və lazım olan avadanlıqlarla təmin olunublar.
Genişmiqyaslı quruculuq tədbirlərindən Naxçıvan şəhərinin “Azərbaycan” küçəsinə də pay düşüb. Belə ki, ötən ilin oktyabr ayından etibarən burada mövcud olan inzibati bina Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi üçün yenidən qurulur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada son tamamlama işləri görü­lür. Hazırda binanın qapıları salınır, daxili hissədə dekorativ işlər aparılır. Binanın həyətində abadlıq işləri görülür, gülkarlıqlar yaradılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən tikinti işlərində texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883733
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11
4507
17422
70427
2883733

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter