27 May 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməklə yanaşı, demoqrafik proseslərə də müsbət təsir göstərmişdir.
1 yanvar 2018-ci il tarixə muxtar respublikada əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 60 min 994 nəfər artaraq 452 min 831 nəfər olmuşdur. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil etmişdir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olmuşdur ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir, bir kvadratkilometrə 485 nəfər düşür.

2017-ci ildə muxtar respublikada 5681 nəfər doğum qeydə alınmış, doğulanların 2899 nəfərini və ya 51 faizini oğlanlar, 2782 nəfərini və ya 49 faizini isə qızlar təşkil etmişdir. Doğulanlardan 61-i əkiz, 1-i isə üçəm olmuşdur. 2017-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Məhəmməd, Hüseyn və Uğur, qızlarda isə Zəhra, Fatimə, Zeynəb, Damla və Məryəm adları üstünlük təşkil etmişdir. Ümumilikdə, son 10 ildə muxtar respublikada 81 min 807 nəfər uşaq ­doğulmuşdur.
2017-ci ildə muxtar respublikada 2562 nikah bağlanmış, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28 yaş, qadınlarda isə 23,7 yaş təşkil etmişdir. 2008-ci ildən 1 yanvar 2018-ci il tarixə muxtar respublikada 31 min 675 nikah qeydə alınmışdır.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların say göstəricisini aşağı salmışdır. Əgər 2007-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfər hesabı ilə 5,3 nəfər olmuşdursa, ­hazırda bu göstərici 4,4 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 2007-ci ildə 2,5 nəfər qeydə alındığı halda, 2017-ci ildə bu göstərici 1,6 nəfər olmuşdur.
1 yanvar 2018-ci il tarixə muxtar respublikada gənclərin sayı 139 min 472 nəfərə çatmışdır ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin səmərəli məşğulluğu, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində və səhiyyə sahəsində həyata keçirilən tədbirlərin effektivliyi əhali artımını təmin etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2484411
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3732
4918
44033
180239
2484411

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter