27 May 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Zövqümüzü öz gözəlliyi ilə oxşayan gülləri sevməyən insana, demək olar ki, çox az hallarda rast gəlinir. Çünki güllər təravəti, zərifliyi və ətri ilə hamını məftun edir, xüsusilə də qadınları. Hər zaman güllər xanımların sevimli hədiyyələri olaraq qalır. Onlar ecazkar görünüşləri, müsbət auraları ilə bizim hisslərimizə təsir edirlər.

Əvvəllər stolun üstündə, sadəcə, yaz-yay fəslində gül-çiçəyə rast gəlmək olardı. Hətta məktəbdə oxuduğumuz zamanlarda, xüsusilə də ibtidai sinifdə, həyətimizdəki güllərin açmasını gözləyər, zamanı gəldiyində isə qoparıb sevinə-sevinə aparardıq sevimli müəllimimizə. İndi isə güllərin zamanı yoxdur. Payız, qış, yaz və yaxud yay aylarında təzə-tər çiçəklər almaq imkanımız var. Çünki indi muxtar respublikamızda gülçülük təsərrüfatları fəaliyyət göstərir, bu işlə məşğul olan insanların sayı getdikcə artır. Babək rayonunun Zeynəddin kəndində də belə təsərrüfatın yaradılmasından xəbərim olsa da, oraya yolum düşməmişdi. Bu günlərdə “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” düşüncəsi ilə yol aldım sözü­gedən ünvana.

Bizi mehribanlıqla qarşılayan sahibkarla bərabər içəri keçib təsərrüfatın sahəsini gəzirik. Gözoxşayan, xoş ovqat yaradan rəngbərəng, növbənöv güllər. Güllərin biri açıb, biri qönçə, digəri təzə pöhrədi. Geniş zolaqlar içərisində üzə gülən güllərə baxmaqdan doymaq olmur.
Sahibkar Əsəd Abbasov deyir ki, gülçülük təsərrüfatı 2014-cü ilin aprel ayında yaradılıb və 4600 kvadratmetr olan sahədə istixanaya qerber, qızılgül, lilya, qladyol, qərənfil və sair olmaqla, 11 növdə gül şitili əkilib.
Seçilib əkilən bu güllərin gözəlliyi ilə yanaşı, məhsuldarlığına görə də əlverişli olduğu hiss edilir. Diqqətlə nəzər yetirdikdə görürük ki, təsərrüfatda qərənfillərin yetişdirilməsinə daha çox yer verilib.
Gül şitillərinin haradan gətirildiyini öyrənirik. Sahibkar deyir ki, Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində gül becərib ərsəyə gətirmək xüsusi təcrübə tələb edir. Havadakı nəmliyi təmin etmək, eləcə də normal istilik yaratmaq üçün Türkiyənin gülçülük təsərrüfatlarında lazımi təcrübəyə yiyələnmişik. Odur ki, təsərrüfatda yaradılan qazanxana, havatəmizləyicinin qoyulması, güllərin damcı üsulu ilə suvarılmasının təşkili, temperaturun normada olmasının xüsusi aparatlar vasitəsilə tənzimlənməsi, torpağa göstərilən qulluq, xəstəliklərə qarşı tədbirlərin diqqətlə aparılması ailə təsərrüfatına məhsul bolluğu bəxş edir. Məhsul bolluğu isə eyni zamanda naxçıvanlıların güllərə olan tələbatının ödənilməsi və sahibkarın ailə büdcəsinə gəlir gətirməsi deməkdir. Üç qardaşın birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda ailə üzvləri həvəslə çalışırlar.
Torpaq mülkiyyətçisi bildirir ki, 14 ildir, gül satışı ilə məşğuldurlar. Əvvəlcə Bakı, İran, Türkiyədən güllər gətirib Naxçıvan şəhərində özlərinin “Al çiçəyim” mağazasında satıblar. Sonra isə Naxçıvanda sahibkarlığa yaradılan geniş şəraitin qarşılığında öz təsərrüfatlarını yaradıblar. Sonrakı illərdə isə sahibkarlara olan dövlət qayğısından bəhrələniblər. Belə ki, Sahibkarlığa Kömək Fondundan kredit götürərək təsərrüfatlarını genişləndiriblər. Torpaq isə onların zəhmətinin qarşılığını artıqlamasıyla verir. İl-ildən məhsul artımına nail olan sahibkarın dediyinə görə, burada yetişdirilən növbənöv güllər təkcə Naxçıvanda deyil, Bakı şəhərində də özünə çoxlu alıcı qazanıb.
Bəli, bayram və əlamətdar günlərdə ölkəmizə xaricdən gətirilən güllərə xeyli pul xərclənir. Lap elə götürək qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Gününü. Təkcə həmin gün ixrac etdiyi gülə görə büdcəsinə milyardlar qazandıran ölkələr var. Həmin ölkələr dünya bazarında gül ixracı ilə tanınır. Artıq ölkəmizdə də bu sahəyə diqqət artıb. Bu isə həm idxala olan ehtiyacı aradan qaldırır, həm də özümüzün əkib-becərdiyimiz güllərlə daxili bazara töhfəmizi veririk.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2484443
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3764
4918
44065
180271
2484443

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter