19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanı ilə mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında elektron xidmətlərin təşkili üçün konkret vəzifələr qoyulmuş, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə aidiyyəti qurumlara müvafiq xidmətlərin səyyar qaydada göstərilməsinin təmin edilməsi tapşırılmışdır.
Naxçıvan Muxtar Respublika­sının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən əhaliyə göstərilən xidmətlərin daha rahat şəkildə əldə edilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Son illərdə komitənin fəaliyyət istiqamətləri üzrə xidmətlərin elektronlaşdırılması və səyyar qaydada vətəndaşlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti və səmərəliliyi artmışdır.
Hazırda komitə fiziki və hüquqi şəxslərə daşınmaz əmlak və torpaqla bağlı 27 növdə elektron, 5 növdə səyyar xidmət göstərir. Elektron xidmətlər Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalı (www.e-hokumet.nmr.az) və komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsilə istifadəçilərə təqdim olunur. Bu isə vətəndaşlara harada olmasından asılı olmayaraq, istənilən vaxt təklif olunan xidmətlərdən istifadə imkanı yaradır. Hüquqi və fiziki şəxslər internetin mövcud olduğu hər yerdən komitənin elektron xidmətlərindən istifadə etməklə rahatlıqla daşınmaz əmlak və torpaqla bağlı xidmətlərdən yararlana bilərlər.

Komitə tərəfindən göstərilən elektron xidmətlərin böyük bir qismi daşınmaz əmlaka dair əməliyyatların aparılması ilə bağlıdır. Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların, mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi, ünvanların və ünvanla bağlı müxtəlif məlumatların verilməsi, daşınmaz əmlakın ipotekasının və lizinqinin dövlət qeydiyyatı, dövlət qeydiyyatının ləğvi, daşınmaz əmlaka dair texniki sənədlərin tərtib edilməsi vətəndaşların daha sıx müraciət etdiyi xidmətlər sırasındadır. Torpaq kadastr məlumatları barədə arayışların verilməsi, kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi, geodeziya işlərinin həyata keçirilməsi, müxtəlif xəritə və atlasların tərtibatı, yer­quruluşu işlərinin, torpaq və geobotaniki tədqiqatların aparılması ilə bağlı xidmətlər isə torpaq məsələləri sahəsində lazımi əməliyyatların qısa müddət ərzində və rahatlıqla yerinə yetirilməsi üçün geniş imkanlar ­yaratmışdır.
Komitə tərəfindən göstərilən elektron xidmətlərə 2017-ci il ərzində 297 müraciət daxil olmuş və icrası təmin edilmişdir. Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün 86, daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üzrə 104, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlı 77, daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün 23, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün 4, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar 3 hüquqi və fiziki şəxsə xidmət göstərilmişdir. Xidmətlər üzrə tələb olunan dövlət rüsumunun və xidmət haqqının elektron formada ödənilməsi təmin olunmuşdur.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində operativliyin və səmərəliliyin artırılması məqsədilə muxtar respublikanın kənd yaşayış məntəqələrində komitənin fəaliyyət istiqamətləri üzrə əhaliyə səyyar qaydada xidmətlər də göstərilir. Bu məqsədlə xüsusi avtomobil ayrılmış, müasir geodeziya-ölçmə alətləri, avadanlıqlar və POS-terminalla təchiz olunmuşdur.
Səyyar xidmətin səmərəli təşkili üçün xidmət göstəriləcək kənd yaşayış məntəqələri üzrə əvvəlcədən təsdiq olunmuş qrafik vətəndaşların məlumatlandırılması üçün komitənin internet saytında yerləşdirilir, yaşayış məntəqələrində əvvəlcədən elanlar və xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı vurulur, əhali ilə maarifləndirici söhbətlər aparılır. Səyyar xidmət zamanı ahıl və sağlamlıq imkanları məhdud ­vətəndaşlara evlərində xidmət göstərilir.
İndiyədək komitənin səyyar xidmət qrupu tərəfindən 3500-dən artıq vətəndaşın müraciətinə müvafiq qaydada baxılmış və icra edilmişdir. 20-yə yaxın ahıl və sağlamlıq imkanı məhdud şəxsə evində xidmət göstərilmişdir. 56 torpaq sahəsinin, 27 fərdi yaşayış evinin ilkin qeydiyyatı aparılmış, 22 dublikat sənəd hazırlanmışdır. Hüquqların təkrar qeydiyyatı ilə bağlı 805 müraciət icra edilmiş, 2129 halda əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər dövlət reyestrindən çıxarışla əvəz olunmuşdur. Məhdudiyyət və yüklülüyə dair 564 arayış hazırlanaraq vətəndaşlara təqdim edilmişdir.
Hazırda komitənin fəaliyyət istiqamətləri üzrə yeni elektron xidmətlərin istifadəyə verilməsi və səyyar qaydada göstərilən xidmətlərin artırılması ilə bağlı işlər davam etdirilir. Məqsəd muxtar respublikamızda əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin icrasını şəffaf, çevik və səmərəli şəkildə təmin etməklə əhalinin rahatlığının yüksəldilməsinə töhfə verməkdir.

Naxçıvan Muxtar Respublikasının
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704913
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
276
2795
3071
46005
3704913

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter