18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Qış aylarında muxtar respublikamızda daxili bazarın yerli tərəvəz məhsulları ilə təmin olunmasında yaradılmış istixanaların mühüm rolu vardır. Əhalinin gündəlik istehlak tələbatında geniş paya sahib olan təzə tərəvəz məhsullarının yetişdirilməsi və alıcılar üçün münasib qiymətlərə satışını təşkil edə bilmək mövsümün bu aylarında istixanalar qarşısında duran əsas vəzifələrdəndir.
Son illərdə istixanaların yaradılması muxtar respublikada tərəvəz məhsulları sarıdan idxaldan asılılığın aradan qaldırılması istiqamətində həyata keçirilmiş mühüm layihələrdəndir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən hazırda regionun müxtəlif yerlərində tərəvəz istehsalı üzrə 21 istixana təsərrüfatı fəaliyyət göstərir. Bu müəssisələrin yaradılması davamlı dövlət dəstəyi sayəsində mümkün olub.

Muxtar respublikamızda istixana təsərrüfatı ilə məşğul olan sahibkar­lardan biri də Naxçıvan bağları MMC-nin direktoru Elçin Bağırovdur. O artıq dörd ildir ki, istixana təsərrüfatı ilə məşğul olur və Naxçıvan şəhərində 1,2, Kəngərli rayonunun Böyükdüz kəndində 4,6 hektar sahədə istixanaları vardır. Sahibkar deyir ki, ilin soyuq günlərində bazarı təzə tərəvəzlə təmin etmək nə qədər çətin olsa da, bu işin öhdəsindən gəlməyə çalışırıq. Çünki indi ekoloji təmiz tərəvəz məhsullarına olan tələbat yüksəkdir. Hamı istəyir ki, geni təmiz, yerli qida məhsulları əldə etsin. Naxçıvanda da dad-tamı ləzzətli, kimyəvi tərkibi də saf olan yerli tərəvəzlər həvəslə alınır.
“Naxçıvan bağları” istixanalarında hava-iqlim şərtləri, torpağın kimyəvi tərkibi, temperatur, nəmlik, bakterioloji şərait tam avtomatlaşdırılmış şəkildə tənzimlənir. İspaniya, Türkiyə, İsrail istehsalı olan bu avadanlıqlar kompüterlə idarə edilir. İstixananın illik istehsal həcmi 1000 tondur. Burada 8 sort pomidor və 3 sort xiyar yetişdirilib satışa verilir. Satış işləri də sürətlənib. Bazara çıxarılmamışdan əvvəl ekotester avadanlığı ilə yoxlanılıb satışa göndərilən tərəvəzlər muxtar respublikanın istənilən yerinə təchizatlı avtomobillərlə daşınır. Yerli bazarın tələbatından artıq istehsal olunmuş tərəvəzlər Bakı, Sumqayıt, Gəncə, habelə Rusiyanın müxtəlif şəhərlərinə də göndərilir. “Naxçıvan bağları” etiketi və “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsullar muxtar respublikamızdan kənarda da həvəslə alınır. Hər halda, digər yerli məhsullarımızda olduğu kimi, Naxçıvanda yetişən tərəvəzlərin də keyfiyyətinə bu torpağın zəngin minerallarının, təmiz suyu və bol günəşli günlərinin təsiri vardır.
İstixanada 50-dən çox işçi iş yeri ilə təmin olunub. Burada çalışan işçilərin keyfiyyətli məhsul istehsal etmələri üçün onlara hər cür şərait yaradılıb. Bu, onların məsuliyyətini də artırır. Çalışırlar ki, Naxçıvan Biznes Mərkəzində geniş stenddə sərgilənən, “Naxçıvan bağları” etiketi ilə satışa çıxarılan və “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsullar həmişə yüksək keyfiyyətə və ekoloji standartlara cavab versin.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866173
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3688
4264
14563
56564
3866173

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter