19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın davamlı inkişafı paytaxt Naxçıvan şəhəri də daxil olmaqla, bütün bölgələrin ­simasını dəyişmiş, insanların rahat yaşayış şəraitini təmin etmişdir. Regionun quruculuq salnaməsinin səhifələrində diyarın ən gənc bölgəsi olan Kəngərli rayonunun da öz yeri var. Yaradılmasına 14 il bundan əvvəl qərar verilmiş bu qədim rayon Naxçıvanın tarixində mühüm izi olan kəngərlilərin adını yaşatmaqla bərabər, həm də müstəqillik dövründə Azərbaycanda həyata vəsiqə almış ərazi vahidi kimi tarixin yaddaşına keçib. Bir zamanlar heç bir infrastrukturu olmayan, çöllük ərazilərdən ibarət indiki rayon mərkəzi ötən dövrdə görülmüş böyük işlərin nəticəsində müasir yaşayış məntəqəsinə çevrilib. Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən rayon mərkəzindəki  ümummilli liderin abidəsi bir-birindən gözəl inzibati binalar, rahat yollar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi və digər ünvanlar indi bu əraziyə möhtəşəm bir gözəllik bəxş edir.

Qıvraq qəsəbəsi də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələrinin abadlaşdırılması, burada müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi, rayondaxili və kəndarası avtomobil yollarının yenidən qurulması, yaşıllıq zolaqlarının ya­radılması Kəngərli rayonunda həyata keçirilən mühüm tədbirlərin əsasını təşkil edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunda yenidən qurulan yol yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin olmasına öz töhfəsini verib. Belə ki, uzunluğu 39 kilometr olan və 13 min nəfərə yaxın əhalinin yaşadığı 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asan və rahat edib. Həyata keçirilən bu quruculuq tədbiri ­sakinlərin sevincinə səbəb olub. Belə tədbirlər ötən il də uğurla davam etdirilib. 

Kəngərli rayonunun quruculuq mənzərəsinə nəzər salsaq, görərik ki, 2017-ci ildə bu bölgəyə investisiya qoyuluşları dinamik inkişafı sürətləndirən mühüm amillərdən olub. Bu istiqamətdə ötən il bütün maliyyə mənbələrindən əsas kapitala 41 milyon 208 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 38 milyon 636 min 700 manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci ildə Kəngərli rayonunda 21 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 7 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri, eyni zamanda bir yaşayış binasının tikintisi də davam etdirilib.
Qeyd edək ki, rayonda əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması sakinlər tərəfindən fərdi yaşayış evlərinin tikintisinə də öz təsirini göstərib. Ötən ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 14 min 693 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2016-cı ildəki göstəricidən çoxdur. Eyni zamanda 2017-ci ildə Kəngərli rayonunda meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb, Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi və suvarma boru xəttinin bərpası başa çatdırılıb.
Təbii ki, Naxçıvan Muxtar Respublikası aqrar region olduğundan kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsi də rayonda diqqətdə saxlanılan məsələlərdəndir. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin “Kənd təsərrüfаtı məhsullаrı istеhsаlçılаrınа dövlət dəstəyi hаqqındа” 2007-ci il 23 yаnvаr tаriхli Sərəncаmı ötən dövrdə rаyоndа əkinçiliyin inkişаfınа stimul vеrib, tоrpаq mülkiyyətçilərinin əzmini dаhа dа аrtırıb. 2017-ci ilin məhsulu üçün rayonda 8261 hektar sahədə əkin aparılıb. Bu da 2016-cı ilin məhsulu üçün əkilmiş sahədən 5 hektar çoxdur.
Taxılçılıq bu bölgədə ən üstün istiqamət kimi diqqət mərkəzindədir. Ötən ilin məhsulu üçün 4364 hektar sahədə taxıl əkilib ki, bunun da 2314 hektarını buğda, 2050 hektarını isə arpa təşkil edib. 2016-cı illə müqayisədə taxıl əkini sahəsi 399 hektar artıb. Ümumilikdə isə 2017-ci ildə taxıl zəmilərindən 12 min 134 ton məhsul toplanılıb.
Torpaq mülkiyyətçilərinin ötən il diqqət göstərdiyi əkin növlərindən biri də qarğıdalı olub. 2017-ci ildə 249 hektar sahədə qarğıdalı əkini aparılıb, zəmilərdən 1506 ton məhsul yığılıb. Bu məhsulun tədarükü əvvəlki illə müqayisədə 78,2 faiz artıb. Yaradılmış şərait, torpaq mülkiyyətçilərinə hərtərəfli dəstək, onların lazımi biçin avadanlıqları ilə təmin olunması məhsulun vaxtında sahələrdən toplanmasına imkan verib. Bundan əlavə, kartof tədarükündə də 2016-cı illə müqayisədə 8,4 faiz artım müşahidə olunub. Belə ki, ötən ildə 234 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2016-cı ildə əkilmiş sahədən 18 hekar çoxdur. Sahələrdən isə 3192 ton kartof ­yığılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvə­çiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Kəngərli rayonunda əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradıb. 2017-ci ildə meyvə istehsalı bir il öncəyə nisbətən 1,1 faiz, tərəvəz istehsalı isə 3,1 faiz artıb. Bununla yanaşı, yaşıllaşdırma, o cümlədən yeni meyvə bağlarının salınması tədbirləri də uğurla davam etdirilib. Belə ki, rayonda meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində ötən ilin əvvəlindən 41 hektar sahədə meşəsalma və 10,7 hektarda meşəbərpa işləri aparılmış, ümumilikdə, rayonun müxtəlif yerlərində 24 min 956 ədəd meyvə, o cümlədən 9 min 400 ədəd badam tingi, 3 min 360 ədəd meşə ağacı, 3 min 37 ədəd dekorativ ağac əkilmişdir.
Hamımıza məlumdur ki, ötən il muxtar respublikamızda tütünçülüyün inkişaf etdirilməsi məqsədilə bir sıra addımlar atılıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2017-ci ildə Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb. 2,5 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Təsərrüfatında şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılıb, müxtəlif texnika və texnoloji avadanlıqlar alınıb. İlkin olaraq 9 hektar sahədə tütün əkini aparılıb. 2017-ci ildə 9 hektar sahədən 11,1 ton qurudulmuş tütün tədarük olunub.
Son illərdə Kəngərli rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın da inkişafı diqqət mərkəzində saxlanılır. Bu sahəyə marağın ildən-ilə artması bu aqrar sektorda qazanılmış uğurların əsasını təşkil edir. Rayon Statistika İdarəsinin məlumatına görə, 1 yanvar 2018-ci il tarixə bütün təsərrüfat kateqoriyalarında iribuynuzluların sayı 8 min 397, xırdabuynuzluların sayı isə 96 min 547 baş olmuşdur ki, bu da 1 yanvar 2017-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,3 və 1,5 faiz üstələmişdir. Eyni zamanda həmin tarixə Kəngərli rayonunda arı ailələrinin sayı 1625-ə çatdırılmışdır ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. 2017-ci ildə bal istehsalı bir il əvvələ nisbətən 5,1 faiz artaraq 41 ton təşkil etmişdir. Ümumilikdə isə ötən il rayonda 44 milyon 258 min 700 manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 2016-cı ildəki göstəricidən 4,5 faiz çoxdur.
Kəngərli rayonu aqrar region olmasına baxmayaraq, bu bölgə, həm də sənaye məhsullarının istehsalı baxımından diqqətçəkicidir. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması sənaye sahəsinin dinamik inkişafını təmin etmiş, məhsul istehsalı artmışdır. 2017-ci ildə rayonda 16 milyon 771 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ildəki göstəricidən 1,3 faiz çoxdur.
Muxtar respublikamızda əhalinin məşğulluğunun təmin edilməsi hər zaman prioritet sahələrdən olub. İndiyədək bununla bağlı müxtəlif dövlət proqramları qəbul edilərək uğurla icra olunub. Hazırda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası Kəngərli rayonunda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır. Bu istiqamətdə görülən işlər ötən il də uğurla davam etdirilib. 2017-ci ildə Kəngərli rayonunda 197 yeni iş yeri yaradılıb ki, bunun da 193-ü və ya 98 faizi daimi iş yerləridir.
Təbii ki, əldə olunmuş nailiyyətləri rayonda təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, nəqliyyat, rabitə sahələrinin simasında da görmək mümkündür. Lakin ümumi olaraq qeyd edək ki, təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində ötən il Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib. İdmana göstərilən dövlət qayğısının, həmçinin Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın inkişafı üzrə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi kimi bəhs olunan dövrdə Qarabağlar kəndində kikboksinq bölməsi fəaliyyətə başlayıb. Mədəni quruculuq sahəsində aparılan kompleks işlərin davamı olaraq rayonun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyinin yenidən qurulması başa çatdırılıb, Qarabağlar kəndində isə Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilib.
Vurğulamaq lazımdır ki, ya­radıldığı gündən indiyədək görülən işlər nəticəsində Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı də­yişikliklər baş verib, bir sıra mühüm infra­struktur layihələri reallaşdırılıb. Təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək vətəndaşların istifadəsinə verilib. 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.

Bu gün fəxrlə demək olar ki, Kəngərli muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Bu bölgədə inkişaf və yüksəliş davamlı xarakter alıb. Rayon sakinlərinin əhval-ruhiyyəsi də yaradılan bu şərait hesabına daha da yüksəlib, insanların sabaha olan inamı artıb. Bu inamın əsasını isə ulu öndər Heydər Əliyevin siyasi yoluna dönməzlik, insanların doğma yurduna böyük sevgisi təşkil edir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704899
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
262
2795
3057
45991
3704899

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter