17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) inkişaf etdikcə insanların ondan istifadə etməsi üçün yeni imkanlar yaranır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda muxtar respublikamızda İKT-nin inkişafı xəttinin də müəyyənləşdirilməsi bu sahədə nailiyyətlərin əldə olunması üçün stimul yaradıb.
Ötən il Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə müəssisəsi olan “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətə başlaması muxtar respublikamızda yeni texnologiyaların tətbiqi və əhaliyə ­keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi baxımından İKT-nin uğuru hesab oluna bilər.

“Naxtel” MMC-nin fəaliyyətinin ilk ilində apardığı məqsədyönlü tədbirlər və yüksəkkeyfiyyətli xidmət sayəsində ­ 4-cü nəsil Naxtel operatorunun istifadəçi sayı il ərzində 20 min 700 nəfər artaraq hazırda 30 minə yaxınlaşıb. Bank ödəniş və qəbul terminallarında Naxtelin sim kartlarından kanal yaradıcı vasitə kimi istifadə olunması və hesabat sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər icra olunub, 120 pos-terminal və 10 bankomatda Naxtel sim kartlarından istifadə olunması təmin edilib.
Bu gün digər operatorlardan fərqli olaraq muxtar respublikanın bütün yaşayış ərazilərini genişzolaqlı data xidmətləri ilə təmin edə bilən 4-cü nəsil Naxtel operatoru mobil bankçılıq və bank əməliyyatları sektorunda geniş texniki imkanlara malikdir. Naxtelin beynəlxalq rominq əlaqələrinin qurulması sahəsində də işlər davam etdirilir. Hazırda Gürcüstanda Naxtelin rominq xidməti işə salınmış, digər 10 ölkə üzrə test sınaq işləri həyata keçirilir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4455003
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11622
19453
66526
119044
4455003

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter