19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Hər il quruculuq xəritəsi müxtəlif istiqamətlər üzrə genişləndirilən Ordubad rayonunda 2017-ci ildə də xeyli inşaat işi həyata keçirilib. Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 57616,3 min manat və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 54661,4 min manat olub.

Həyata keçirilən quruculuq tədbirləri müxtəlif sahələri əhatə edib. Onlardan biri müasir tələblər səviyyəsində inşa edilmiş 340 şagird yerlik Üstüpü kənd tam orta məktəbinin binasıdır. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir.
Üstüpüdə kompleks quruculuq tədbirləri çərçivəsində inşa olunmuş kənd və xidmət mərkəzləri sakinlərə daha bir dövlət qayğısının ifadəsidir. Kənd mərkəzi üçmərtəbəlidir. Yaşayış məntəqəsində fəaliyyət göstərən dövlət qurumları üçün burada müasir iş şəraiti ­yaradılıb.

Rabitə evində 384 yerlik ATS quraşdırılıb. Müasirliyə qovuşmuş ucqar dağ kəndində telefon və internet istifadəçilərinin sayı getdikcə artır. Burada yeni poçt bölməsi də yaradılıb, dövri mətbuatın, internet və danışıq kartlarının satışı təşkil olunub, POS-terminal qoyulub, ödənişlərin qəbulu təmin edilib.
Quruculuq tədbirləri çərçivəsində Düylün-Çənnəb-Üstüpü-Məzrə kəndlərini birləşdirən 20 kilometr yol genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində su keçidləri qoyulub, istinad divarları tikilib, 8 körpü əsaslı təmir edilib.
Kənddə abadlıq işləri də həyata keçirilib. Fiber-optik kabel, rabitə, elektrik və qaz xətləri çəkilib. Həmçinin kənddə əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli içməli su xətti də çəkilib.
Rayonun bütün kəndlərinin internetlə təmin edilməsi, məftilli telefon xətlərinin və sürətli internetin çəkilməsi diqqətdə saxlanılıb. Bu dövrdə POS-terminalların quraşdırılması davam etdirilib. Bu da əhalinin kommunal xərclərinin bankomat kartları vasitəsi ilə ödənilməsinə imkan yaradıb.
Quruculuq tədbirləri energetika sahəsini də əhatə edib. Belə ki, elektrik enerjisindən istifadə zamanı texniki itkinin normalara uyğun olaraq minimuma endirilməsi məqsədilə 2017-ci ildə müxtəlif transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılıb, yeni transformator yarımstansiyası quraşdırılıb.
Hazırda Ordubad şəhərində Rabitə evinin, Ordubad Dəmiryol Vağzalının yeni binasının və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfra­struktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binasının, Ordubad şəhərində içməli su və kanalizasiya sisteminin, Ordubad Su Elektrik Stansiyasının tikintisi və Ordubad şəhərindəki 24 mənzilli yaşayış binasının əsaslı təmiri davam etdirilir.
Belə yeniləşmə tədbirləri bağlar diyarının sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, onların qurub­-yaratmaq əzmini daha da gücləndirir, ordubadlıların 2018-ci ili də həyatın bütün sahələrində yeni nailiyyətlərlə başa vuracaqlarına əminlik yaradır.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704880
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
243
2795
3038
45972
3704880

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter