25 Fevral 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda həyatın ayrılmaz ritminə çevrilən tikinti-quruculuq işlərinin coğrafiyası böyüdükcə regionumuzun siması daha da gözəlləşir, mövcud çətinliklər aradan qaldırılır, insanların sosial-rifah halı yüksəlir. Bu proseslərin daimi xarakter alması bütün bölgələrimizə müasirlik bəxş edir. Bu gün həyata keçirilən tədbirlərin paytaxt şəhərimizdən tutmuş rayon mərkəzlərini, ən ucqar dağ və sərhəd məntəqələrini əhatə etməsi qədim yurd yerinə bağlılığın, sabaha cavabdehlik hissinin, insanların layiq olduğu səviyyədə yaşamasına qayğı amalının ifadəsi kimi diqqəti çəkir. Bu baxımdan 2017-ci il də muxtar respublikamızın tarixinə uğurlu illərdən biri kimi yazılıb. Şərur rayonu da həmin inkişafın ön sırasındadır. Bəhs olunan dövrdə bölgədə həyata keçirilən inşaat tədbirlərinə diqqət yetirsək, xeyli tikinti-quruculuq işlərinin görüldüyünün şahidi olarıq.

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 563 min manat və ya 2016-cı illə müqayisədə 0,6 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 1,4 faiz artaraq 73 milyon 571,2 min manat olub.

Bu dövrdə, ənənəvi olaraq, təhsil sahəsi diqqət mərkəzində saxlanılıb. Belə ki, Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Çəmənli kəndində 380, Qarahəsənli və Ələkli kənd­lərinin hər birində 234, Ərəbyengicədə 192 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilib. Təhsil ocaqlarında müasir iş şəraiti yaradılıb. Məktəb binaları informasiya-kommunikasiya texnologiyaları, idman qurğuları, dərslik və bədii ədəbiyyat, metodik vəsait­lərlə təchiz olunub. Bütün bunlar isə həmin tədris müəssisələrində təhsil səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərib.
Bəhs olunan dövr ərzində rayonda kənd və xidmət mərkəzlərinin tikintisinə də ciddi önəm verilib, Arpaçayda, Ərəbyengicədə, Qarahəsənlidə kənd və xidmət mərkəzləri, Ələklidə xidmət mərkəzi və mərasim evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bundan başqa, Ələklidə musiqi məktəbi və Ərəbyengicədə həkim ambulatoriyası üçün yeni binalar inşa olunub.
Rayon Mərkəzi Xəstəxanasında, Şərur şəhərindəki Heydər Əliyev prospektində yerləşən 35 nömrəli 60 mənzilli yaşayış binasında və Dəmirçi kəndində futbol meydançasında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Hazırda Yengicə kəndindəki qədim hamam binası, Şərur şəhərində Tarix-Diyarşünaslıq Muzeyi və Qarxun kəndi ərazisində Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastruktur binalarında tikinti və yenidənqurma işləri davam etdirilir.
Bəhs olunan dövrdə rayon Yol Təmir-Tikinti İdarəsi inşaatçılarının da bölgədə həyata keçirilən qurucu­luq tədbirlərində böyük əməyi olub. Belə ki, 5,3 kilometr uzunluğunda Ələkli, 2,9 kilometr məsafədə Qarahəsənli kənd avtomobil yoluna, 9,7 kilometr uzunluğunda Dərvişlər, Arpaçay, Çəmənli və Babəki kənd­lərini birləşdirən avtomobil yollarına, Aşağı Aralıq və Yuxarı Aralıq kənd­lərini, 10,8 kilometr məsafədə Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə kəndlərini birləşdirən avtomobil yollarına isə asfalt örtüyü salınıb. Ümumilikdə, 2017-ci ildə kənd yaşayış məntəqələrinin avtomobil yollarında 22,2 kilometr uzunluğunda asfaltlama işləri aparılıb. 13,7 kilometr uzunluğunda əsaslı, 8,5 kilometr uzunluğunda kəndarası, 24,2 kilometr uzunluğunda isə kənddaxili yollarda cari təmir işləri aparılıb, çınqıl və asfalt qırıntısı verilib.
İl ərzində rayonda elektrik enerjisi ilə təchizat sahəsində də müəyyən işlər görülüb. Belə ki, rayonun yaşayış məntəqələrini, istehsal və qeyri-istehsal sahələrini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 26 transformator əsaslı, 70 transformator cari təmir olunub, 3 müxtəlif gücə malik yeni transformator quraşdırılıb, 50,6 kilometr uzunluğunda 10 kilovoltluq, 60,7 kilometr uzunluğunda 0,4 kilovoltluq hava xətti əsaslı təmir edilib, 5,5 kilometr uzunluğunda yeni və 1650 metr uzunluğunda yeraltı kabel xətti çəkilib. İstismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz edilib, 505 mənzilə yeni sayğac quraşdırılıb, 838 ədəd sıradan çıxmış sayğac dəyişdirilib.
Ötən il ərzində rayon Qaz İstismar İdarəsinin fəaliyyəti də qənaət­bəxş olub. Belə ki, il ərzində 150 abonentə və 15 qeyri-yaşayış sahəsinə yeni qaz xətti çəkilib, 125 qaz sayğacı yenisi ilə əvəz edilib.
Bəhs olunan dövrdə rayonun Ələkli, Çəmənli, Arpaçay, Qarahəsənli kəndlərində aparılan abadlıq işlərinə uyğun olaraq rabitə şəbəkəsi tamamilə yenidən qurulub və bir sıra kəndlərdə köhnətipli ATS-lər yeniləri ilə əvəz olunub. Bu dövrdə Rabitə İdarəsi tərəfindən təmir-tikinti işləri zamanı 370 ədəd rabitə dirəyi dəyişdirilib. 36 min 620 metr müxtəlif tutumlu kabellərdən istifadə olunub. 14 min 350 metr yeraltı kabel, 22 min 270 metr uzunluğunda isə hava xətti çəkilib. Həyata keçirilən tədbirlər sayəsində kənd ATS-lərinin tutumu 704 ədəd artaraq 16996-ya çatdırılıb.
Onu da qeyd edək ki, bölgədə həyata keçirilən tədbirlər tikinti-quruculuq işləri ilə məhdudlaşmır. Müxtəlif sahələrin inkişafına göstərilən dövlət qayğısı həmin sahələrdə də yeniləşməni daha yüksək müstəviyə çıxarıb. Bu isə, təbii ki, insanların yaşam tərzinə öz müsbət təsirini göstərib.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6914435
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2858
20122
119155
451173
6914435

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter