19 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, səmərəli məşğulluğun və emal müəssisələrinin xammalla təchiz edilməsində mühüm yer tutan kənd təsərrüfatı sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən biri olan arıçılıq əhalinin özünüməşğulluğunun təmin edilməsində də mühüm yer tutur. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar yaradır.
Ötən dövrdə arıçılığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, o cümlədən bu sahəyə həsr olunmuş beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilib, sahibkarlar pulsuz dərman preparatları ilə təmin edilib. Təkcə 2017-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. Ümumilikdə, son üç ildə təsərrüfat subyektlərinə 907 min 900 manat məbləğində kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar yaradıb.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb.

1 yanvar 2018-ci il tarixə muxtar respublikada 71 min 66 arı ailəsi qeydə alınıb ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 3 dəfə çoxdur. Ümumi arı ailələrinin 9 min 124-ü Şərur, 9 min 812-si Babək, 13 min 635-i Ordubad, 13 min 798-i Culfa, 1625-i Kəngərli, 20 min 384-ü Şahbuz, 652-si Sədərək rayonlarının, 2 min 36-sı isə Naxçıvan şəhərinin payına düşür.
Arı ailələrinin artımı məhsul istehsalına müsbət təsir edib, 2017-ci ildə muxtar respublikada 1424 ton bal istehsalı qeydə alınıb. Bal istehsalı 2007-ci illə müqayisədə 4,3 dəfə artıb.
Muxtar respublikada arıçılığın inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal festivalı” keçirilib.
Arıçılığın kompleks şəkildə inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.
Dövlət proqramının müvafiq bəndinin icrası istiqamətində 2017-ci ildə Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın rayonlarında arıçılarla görüşlərin keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması, lizinq yolu ilə balsüzən aparatların gətirilməsi və arıçılara verilməsi, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılmasının davam etdirilməsi, eləcə də arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbəyi hesab olunan bitkilərin əkininə üstünlük verilməsi barədə ­tapşırıqlar verib.
Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən tədbirlər arıçılığın, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına geniş imkanlar yaradacaqdır.


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3427059
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2228
5012
11960
86226
3427059

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter