19 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Biznes Təlim Akademiyası 2017-ci ildə fəaliyyətə başlayıb. O, şirkətlərə və fərdi şəxslərə müxtəlif növ təlimlər və konsaltinq xidmətləri təklif edir. Burada biznesə yeni başlamaq istəyənlər üçün məsləhət xidməti, biznes planların hazırlanması, təqdimat mərasimlərinin təşkili qaydaları, fərdi inkişaf təlimləri, eləcə də gənclər və qadınlar üçün müxtəlif inkişaf proqramları öyrədilir. Akademiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün yeni qurumun təlimçisi Sevinc Cabbarova ilə həmsöhbət olduq.

O bildirdi ki, insanlar, eyni zamanda individual kouçinq xidmətlərdən də yararlanır. Kouçinq şəxsin potensialının kəşf olunması, özünə­inamın və motivasiyanın artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin aradan qaldırılması deməkdir.
İslahatlar nəticəsində son zamanlar Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının yeni müstəviyə qədəm qoyduğu müşahidə olunur. İstər kiçik və yeni qurulmuş, istərsə də böyük təcrübəyə malik bütün şirkətlərin hər zaman biznes təlimlərə ehtiyacı vardır. Biznes dinamik dəyişən mühit olduğu üçün yeniləşmədən geri qalmamaq, yenilikləri mənimsəmək vacib amillərdir.

“Heç şübhəsiz ki, hər bir insanın daxilində özünəməxsus qabiliyyət və bacarığı vardır. Amma insanların çoxu özünəinamı bərpa etməkdə çətinlik çəkir, həyatda böyük hədəflər qoymaqdan qorxurlar. Bunun səbəbi, əsasən, gündəlik maddi qayğılar, ailəvi problemlər və sair olur” – deyən Sevinc Cabbarova qeyd edir ki, hamı öz bacarığının fərqinə varmalı, onu inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü yetişdirməlidir. Özünə­inam, motivasiya, düzgün peşə seçimi, böyük uğurlar qazanmaq, məqsədyönümlü olmaq və əlaqədar mövzularla maraqlanan və bunları praktik tətbiq etmək istəyən insanlar üçün də akademiyada təlimlər təşkil edilir. İstəyən şəxslər bu təlimlərdə iştirak edə bilərlər.
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, iqtisadi durumu və tərəqqisi əhalinin, xüsusən də gənclərdə fərdi mədəniyyətin və təfəkkürün inkişafını şərtləndirir. Yeniliyə, insan potensialının inkişafına ehtiyacı olan bu təbəqəyə gələcək fəaliyyətlərinin genişləndirilməsi məqsədilə vacib olan biliklərin təlimlər yolu ilə mənimsədilməsi bir şərt kimi meydana çıxır.
Sevinc Cabbarova onu da vurğuladı ki, fəaliyyətimizin məqsədi ölkəmizdə aparılan gənclər siyasətinə əsasən gənclərin özünü inkişafetdirmə qabiliyyətini artırmaq, daim inkişaf edən cəmiyyətimizdə öz yerini tapmaq və muxtar respublika üçün müasir dinamik həyata uyğunlaşmaq və nəticədə, öz potensialından daha səmərəli istifadə etməklə iqtisadi baxımdan güclü cəmiyyət formalaşdırmaqdır. Buna görə gənclər üçün fərdi inkişaf təlimləri keçirilir. Kiçik biznesə başlamaq istəyənlər üçün biliklərin dərinləşdirilməsi, biznes-planın hazır­lanması, kompüter proqramlaşdırılması üzrə bacarıqların formalaşdırılması, gənclərdə ünsiyyətqurma bacarığının təkmilləşdirilməsi, özünü­ifadəetmə qabiliyyətinin formalaşdırılması, düzgün hədəf seçmək və ona çatmaq üçün maneələrin aradan qaldırılması bacarıqlarının inkişaf etdirilməsi, iş yerlərinə müraciət və özünü təqdimetmə, komanda şəklində işləmək bacarıqlarının və işgüzarlıq keyfiyyətlərinin formalaşdırılması həmin inkişaf ­təlimlərindəndir.
Akademiya tərəfindən muxtar respublikamızda fəaliyyət göstərən ali və peşə təhsili ocaqlarının tələbə elmi cəmiyyətləri ilə gəncləri maarifləndirmək məqsədilə görüşlər təşkil edilir. Təlimlər, əsasən, istirahət günlərində, hər biri 3 saat olmaqla keçirilir.
Bəs insanlar bu təlimlərin faydasını necə görür və özlərində nə kimi dəyişikliklər hiss edirlər? – sualımızı Sevinc Cabbarova belə cavablandırdı: Gənclərdə fərdi inkişaf naminə elm və biliyə həvəs artır, təlimlər onların kreativ bacarıqlarının inkişaf etdirilməsinə təkan verir. Qısa zaman ərzində gənclər onlarda aktiv həyat tərzinə və özünü inkişaf yollarının aşılanmasına maraq oyandığını hiss edirlər.
Öyrəndik ki, akademiyanın kollektivi öz fəaliyyət istiqamətlərini genişləndirmək barədə də düşünür. Təlimlərin mövzu dairəsini bir qədər də şaxələndirib muxtar respublikanın digər bölgələrində də insan potensialının inkişafının təbliği məsələlərinə dair maarifləndirmə işlərini davam etdirmək üçün buklet və bülletenlərin hazırlanıb paylanmasını nəzərdə tutub. “İnkişaf etmiş cəmiyyət inkişaf etmiş gənclərdən başlayır” şüarını əsas tutan bu layihə gənclərin maariflənməsi baxımından çox əhəmiyyətlidir. Bölgələrdə yaşayan gənclərin məşğələ və təlimlərdə iştirakının məhdudluğunu nəzərə alıb, bu seminar çərçivəsində əldə olunan təcrübəni və təhlilləri dəyirmi masa və görüşlərdə tətbiq etməyi qarşıya məqsəd qoyub. Bu isə gənclərin ictimai dialoqlarda və güclü cəmiyyət formalaşdırma proseslərində fəal iştirakını təmin etməklə bərabər muxtar respublikamızın insan potensialının inkişafını təmin etməyə stimul yaradacaqdır.
Təlimlərdə milli-mənəvi dəyərlərin təbliği diqqət mərkəzində saxlanılır. Məsələn, hədəf və düzgün məqsəd qoyma təlimində iştirakçılar hədəf yazarkən, mütləq belə sualla qarşılaşırlar. “Sənin hədəflərin içində milli dəyərlərimizə uyğun olanlar hansılardır?” Sevinc Cabbarova deyir ki, kollektiv gənclərlə onların başa düşdüyü tərzdə danışmağa, yəni interaktiv, mobil və aktiv təlimlər keçirməyə üstünlük verir. Buna görə də yaxşı nəticələrə nail olunur. Bu nəticə ilə muxtar respublikamız üçün fəal gənclərin müxtəlif sahələrdə öz potensialından səmərəli istifadə etməklə, iqtisadiyyatımıza və regionu­muza fayda verəcəklərinə əminlik yaranır.
Təlimçinin sözlərinə görə, 5 moduldan ibarət olan “Fərdi inkişaf” proqramı davam edir.
Qeyd edək ki, “Fərdi inkişaf” Sevinc Cabbarova tərəfindən hazırlanmış müəllif proqramıdır. Burada 20 faiz nəzəriyyə, 80 faiz isə praktik cəhətdən iş nəzərdə tutulub. Keçən il bu proqramı 10 nəfərə yaxın iştirakçı bitirib, setrifikat alıb.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3427116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2285
5012
12017
86283
3427116

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter