18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

  Muxtar respublikada aqrar sahədə qazanılan uğurların səbəbi çoxdur. Bu baxımdan dövlət tərəfindən təsərrüfat sahiblərinə güzəştli kreditlərin, subsidiyaların verilməsi, eləcə də onların texnika, gübrə və kimyəvi vasitələrlə təmin edilməsi xüsusi qeyd olunmalıdır. Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının həcminin genişlənməsinə, eyni zamanda yerli məhsulların rəqabət qabiliyyətinin artmasına imkan verib. Ötən ilin statistik nəticələri deyilənləri əyani sübut edir. Belə ki, 2017-ci ildə 453 milyon 364 min 500 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da bir il öncəyə nisbətən 4 faiz çoxdur. Məhsul istehsalında fermer təsərrüfatlarının rolu böyükdür.

Bu baxımdan Şərur rayonunda fəaliyyət göstərən belə təsərrüfatlar çoxdur. Yaradılan təsərrüfatlar birgə ailə və kollektiv əməyinə əsaslanır. Ötən il noyabr ayının 18-də “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində təşkil edilən “Ailə təsərrüfatı məhsulları” festivalında da gördük ki, fermer təsərrüfatları daxili bazarda xüsusi çəkiyə malikdir. Təqdirəlayiq haldır ki, həmin festivalda qadın sahibkarlarımızın da iştirakları təmin olunmuşdu.

Budəfəki yazımız məhz adıçəkilən festivalda fərqlənən qadın təsərrüfat sahiblərindən biri haqqındadır. Şərur rayonunun Aşağı Aralıq kəndində yaşayan Fərqanə Muxtarova bizimlə söhbətində dövlətimizin sahibkarlar üçün yaratdığı imkanlardan ürəkdolusu danışdı. O dedi ki, bu gün muxtar respublikada əlverişli biznes mühitinin formalaşması qadınların da sahibkarlığa olan meyillərini xeyli artırıb. Festivalda uğurlu iştirak edərək qalib adını qazanmasında dövlətimizin sahibkarlara göstərdiyi qayğı əsas rol oynayıb. Müsahibim hər bir təsərrüfat sahəsinin böyük zəhmət tələb etdiyini vurğulayaraq bildirir ki, bu gün çəkdiyimiz zəhmət hədər getmir. Bölgəmizdə təsərrüfatla məşğul olanlar kifayət qədərdir. Biz isə yetişdirdiyimiz məhsulları konservləşdirərək satmaqla məşğuluq. Hazırladığımız məhsulun təmiz və keyfiyyətli olmasına çalışırıq. Bunun nəticəsidir ki, ildən-ilə məhsullarımızı alanların sayı da artır.
Təsərrüfat sahibi deyir ki, festivala, əsasən, zirinc bitkisindən hazırladıqları məhsulları çıxarmışdı. Belə ki, vitrində bu qiymətli bitkinin mürəbbəsi, kompotu, şirəsi, turşusu xüsusi qablaşdırma halında nümayiş etdirilib. Məhsulların hazır­lanması prosesi isə heç də asan başa gəlməyib. Başqa sözlə, təsərrüfat sahibi öz işçiləri ilə zirinc bitkisini toplamaq üçün Şərur rayonunda yerləşən dağətəyi zonalara üz tutub. Çəkilən zəhmət hesabına 80 kiloqram zirinc toplayıb, qurudaraq konservləşdiriblər. Bundan başqa, il ərzində həmərsin, kəklik­otu, solmazçiçəyi və digər müalicəvi xüsusiyyətlərə malik bitkilərdən yığıb qurudurlar. Həmin bitkilərin bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunduğu məlumdur. Buna görə də həmsöhbətimiz bu bitkilərdən toplayıb həm özlərinin sağlamlığını təmin edir, həm də satışa çıxararaq yaxşı qazanc sahibi olur.
Fərqanə Muxtarova bildirdi ki, məşğul olduğu təsərrüfat işi təkcə müalicəvi bitkilərlə bağlı deyil. Belə ki, fermerə məxsus olan 0,5 hektar torpaq sahəsində küncüd, qarğıdalı, pomidor, badımcan, bibər, xiyar və digər tərəvəz məhsulları da yetişdirilir. Su sarıdan problemin olmaması bol məhsul tədarükünə imkan verir. Gələcəkdə əkin sahəsini genişləndirmək fikrində olduğunu vurğulayan təsərrüfatçı dedi ki, hansı sahədə çalışmağından asılı olmayaraq, gərək qarşına məqsəd qoyub o məqsəd uğrunda çəkdiyin zəhmətdən qorxmayasan. Qazanılan uğurun əsasında böyük zəhmət və yaradılan əlverişli şərait durur. İndi dövlətimiz bunun üçün təsərrüfat sahiblərinə hərtərəfli imkanlar yaradıb. Bizə isə zəhmətə qatlaşıb çalışmaq qalır.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153527
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
587
4404
13692
68074
3153527

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter