19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda sosial-iqtisadi inkişaf tempinin yüksəlməsi, əhali gəlirlərinin çoxalması vergilər sahəsində də irəliləyişlərə gətirib çıxarıb. Aparılan islahatlar, görülən tədbirlər nəticəsində vergi ödəyənlər bu sahəyə daha çox diqqət yetirirlər. Əsas vergi isə sahibkarlıq subyektlərinin, eləcə də iri şirkətlərin payına düşür. Mağazalarda, ictimai iaşə obyektlərində və digər müəssisələrdə bu məqsədlə nəzarət-kassa aparatları quraşdırılıb və istifadəsi təmin edilib. Ümumilikdə, 896 obyektdə 893 nəzarət-kassa aparatı quraşdırılıb, 3 obyektdə isə yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulur. Əvvəllər bu sahə ilə bağlı xeyli sayda nöqsanlar var idi. Ancaq son illərdə istər yüksək dövlət orqanları, istərsə də tabeli qurumlar tərəfindən bu halların aradan qaldırılması istiqamətində bir sıra işlər görülüb. Bu tədbirlərin nəticəsidir ki, hər bir vergi ödəyicisi öz üzərinə düşən məsuliyyəti yaxşı dərk edir.
Onu da qeyd edək ki, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə olunmaqla əhali ilə pul hesablaşması qaydalarına əməl olunmaması, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılmasına görə vergi ödəyicisinə müəyyən məbləğdə maliyyə sanksiyası tətbiq edilir.

Bəs alıcıların kassa çekini tələb etməsi nə üçün lazımdır? İlk olaraq ona görə ki, bəzi sahibkarlar hansısa cüzi maddi gəlir üçün vergidən yayınmağa cəhd göstərirlər. Belə olan halda onlara kim kömək edir? Təbii ki, alıcılar. Çünki bəzi müştərilər kassa çekini tələb etməyə lüzum görmür. Halbuki bu, əhalinin vergiyə bağlı təbəqəsinin sosial təminatı ­deməkdir.
Bəs bu gün bu sahədə vəziyyət necədir? Ticarət obyektlərində bu aparatlardan istifadə edilirmi? Elə bu suallara cavab tapmaq üçün şəhərimizdə fəaliyyət göstərən bir neçə ticarət obyektində olduq, müşahidələr apardıq. Görünən o idi ki, satıcılar istehlakçılara düzgün xidmət göstərir, alış-veriş zamanı nəzarət-kassa aparatlarını işə salır, alınan mallar müqabilində çeklər təqdim edilirdi. Düzdür, bəzi mağazalarda xırda problemlər də müşahidə olunurdu. Bu da, əsasən, nəzarət-kassa aparatlarında yaranan nasazlıqlarla bağlı idi. Alıcılardan Abbas Həsənov və Vaqif Quliyev söhbət zamanı bildirdilər ki, əvvəllər mağazalara üz tutarkən bəzi xoşagəlməz hallarla rastlaşırdıq. Bu məqamlardan biri də həmin obyektlərdəki nəzarət-kassa aparatları ilə bağlı olurdu. Düzdür, böyük ticarət mərkəzlərində bu sahədə hər zaman aktivlik olur, yəni müştərinin tələbindən asılı olmayaraq, çek təqdim edilir. Ancaq eyni sözləri xırda ticarət obyektləri haqqında demək olmazdı. Həmin ünvanlarda ya nəzarət-kassa aparatı olmur, ya da bəzi satıcılar bu aparatdan istifadə etməyə maraq göstərmirdilər. Sevindirici haldır ki, aidiy­yəti təşkilatların səyi ilə bu hallar artıq aradan qaldırılıb.
Müşahidələrimiz zamanı gördük ki, ticarət obyektlərinin böyük əksəriyyətində nəzarət-kassa aparatları işlək vəziyyətdədir. Beləliklə, son nəticədə, belə qənaətə gəldik ki, vergidən yayınma halları elə biz vətəndaşların səhlənkarlığı nəticəsində baş verir. Ona görə hər bir vətəndaş bu problemin aradan qaldırılmasına xidmət etməlidir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612311
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
355
3542
89451
135553
3612311

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter