25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda yeni nəsil avtomat telefon stansiyalarının qurulub istifadəyə verilməsi davam etdirilir.
Ötən il Naxçıvan şəhərinin Zərifə Əliyeva küçəsində 720, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində 384, Qarahəsənli kəndində 512, Babək rayonunun Payız kəndində 384, Gərməçataq kəndində 64, Ordubad rayonunun Üstüpü kəndində 384 nömrəlik yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilib. Naxçıvan şəhərinin Tumbul kəndində 448, Qaraxanbəyli kəndində 640, Şərur rayonunun Ələkli kəndində 512 nömrəlik mövcud avtomat telefon stansiyalarının yeni istifadəyə verilən kənd mərkəzlərinə köçürülməsi və xətt təsərrüfatının yenidən qurulması təmin edilib.
Şahbuz rayonunun Türkeş və Şada kəndlərinin hər birində 160 nömrə tutumlu kareltipli yeni avtomat telefon stansiyaları quraşdırılaraq əhalinin istifadəsinə verilib.

2017-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında Ordubad rayonu ərazisində yeni nəsil telefon stansiyalarının qurulması ilə bağlı imzalanmış müqaviləyə əsasən rayon ərazisindəki mövcud 29 ədəd ­Daewoo və kareltipli avtomat telefon stansiyaları dəyişdirilərək yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub. Bundan əlavə, əvvəllər avtomat telefon stansiyası olmayan Azadkənd, Vələver, Kələki, Qoşadizə, Xanağa kəndlərində və Ordubad şəhərinin Nəcəfqulu Rəfiyev küçəsində, ümumilikdə, 34 yeni nəsil avtomat telefon stansiyası montaj olunaraq istifadəyə hazırlanıb. Yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə bağlı Dəstə Radio Televiziya Verici Stansiyasının binasında yerləşən qovşaqdakı optik multipleksorlar daha müasir yeni SDH avadanlığı ilə əvəz olunub. Ordubad rayonunda NGN şəbəkəsi və avadanlıqların quraşdırılması, yeni prefikslərin ayrılması ilə əlaqədar avadanlıqların muxtar respublikanın telekommunikasiya sisteminə inteqrasiyası işləri icra edilib.
Yeni ATS-lərin qurulması və mövcud stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ötən il ərzində 2562 ədəd yeni telefon nömrəsi istismara verilib. Yeni ATS qurulan ərazilərin kabelləşdirilməsi, kabel təsərrüfatının normativə uyğunlaşdırılması və cari təmir işlərinin icrası üçün, ümumilikdə, 2017-ci ildə 193 min 836 metr rabitə kabellərinin və 70 min 155 metr ­fiber-optik kabel xətlərinin tikintisi həyata keçirilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128844
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1648
4356
6004
92444
4128844

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter