20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Sahibkarlığın inkişafı muxtar respublikada qarşıya qoyulmuş iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, onların işgüzar əlaqələrinin inkişafı kimi kompleks tədbirlər dövlət-­sahibkar münasibətlərinin inkişafında yeni mərhələnin başlanmasına səbəb olub.
Qeyd edək ki, ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılıb, onların vergi yükü azaldılıb, elektron xidmətlərin tətbiqi genişləndirilib, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunub. Eyni zamanda sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılıb. Göstərilən sistemli dövlət dəstəyinin nəticəsidir ki, son zamanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında artım müşahidə edilir. Belə ki, 2017-ci ildə 36 hüquqi və 2015 fiziki şəxs dövlət qeydiyyatına alınıb.

Özəl sektorun hərtərəfli dəstəklənməsində sahibkarlar yardım və təşviq mexanizmi kimi, əsasən, muxtar respublikada düzgün qurulmuş kreditləşmə siyasətindən bəhrələnirlər. Çünki düzgün kreditləşmə siyasəti aparılmadan sahibkarlıqda dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Hazırda muxtar respublikada kreditlər üzrə tətbiq edilən faiz dərəcələrinin ən aşağı səviyyədə olması kredit sektorundan yararlananlar üçün yeni imkanlar açıb. Güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artıb, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənib. Bunun nəticəsidir ki, 2017-ci ildə muxtar respublikada fəaliyyət göstərən sahibkarlara 8 milyon 664 min manatdan çox kredit verilib. Göstərilən güzəştli maliyyə dəstəyi nəticəsində 60 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Məlumdur ki, biznes mühitinin inkişafında sahibkar üçün xarici bazarlara çıxışın təmin edilməsi əsas prioritetlərdəndir. Bu, əlaqələrin genişləndirilməsinə, eyni zamanda ixrac potensialının artmasına birbaşa təsir edən mühüm amildir. Qeyd edək ki, sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaradıb. Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 415 milyon 628 min ABŞ dolları təşkil edib. Bu əməliyyatların 92 faizi, yaxud 382 milyon 549 min ABŞ dolları ixracın payına düşüb ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən çoxdur.
Qeyd edək ki, 2017-ci ilin oktyabrında Türkiyə Respublikası hökumətinin qəbul etdiyi qərara əsasən Türkiyəyə ixracatda Naxçıvan Muxtar Respublikasında istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarına sərbəst ticarət imkanının verilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı, ticarət dövriyyəsini də artıracaq. Bu baxımdan cari ildə muxtar respublikanın xarici ticarət dövriyyəsində əhəmiyyətli dəyişikliyin olacağını da indidən proqnozlaşdırmaq mümkündür.
Ümumilikdə isə sahibkarlığın inkişafı üçün kreditləşmə siyasətinin uğurla aparılması və xarici ticarət əlaqələrinin təşviqi məqsədilə atılan addımlar muxtar respublikada biznes mühitinin inkişafına yeni töhfələr verəcək.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782773
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
835
1827
5323
47090
3782773

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter