19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Daxili imkanlar hesabına yeni istehsal müəssisələrinin yaradılması iqtisadiyyatın şaxələndirilməsinin əsas yollarından biridir. Bu mənada, tikinti-quruculuq işlərində istifadə edilən müxtəlif növ inşaat materialları istehsalı muxtar respublikamızda daxili bazarın tələbatlarının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Mövcud tələbat və dövlətimiz tərəfindən yaradılmış əlverişli biznes mühiti bu baxımdan yeni sahibkarlıq subyektlərinin yaranmasına və uğurlu fəaliyyətinə imkan verir. Ötən ilin mart ayında işə başlayan “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyəti də belə müəssisələrdəndir. 

 “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bəhrələnib. Ötən il Sahibkar­lığa Kömək Fondu tərəfindən bu müəssisənin yaradılması üçün 480 min manat vəsait verilib. Bu barədə müəssisənin rəhbəri Zamin Abbasovla söhbət zamanı o bildirdi ki, yaradıldığı qısa müddət ərzində uğurlu fəaliyyət göstərib, bazardakı tələbata uyğun, dünya standartlarına cavab verə bilən məhsulların istehsalına nail olublar. İstehlakçılar istehsal olunan məhsullar sarıdan indiyə qədər heç bir problemlə qarşılaşmayıblar. 

Hazırda müəssisədə 12 çeşiddə məhsul istehsal olunur. Bunlar “Az-NaxKim” əmtəə nişanı ilə qeydiyyatdan keçmiş kimyəvi quru qarışıqlar – kafel, metlax, məsaməli beton-blok yapışdırıcıları, hazır suvaq qarışığı, beton səth sərtləşdirici, özüyayılan döşəmə qarışığı, təmir suvağı, aralıq doldurma qarışığı kimi tikinti-­quruculuq işlərində çox istifadə olunan məhsullardır. Bunlardan əlavə, müəssisədə “Azelektrod” əmtəə nişanı ilə 2,5, 3,2 və 4 millimetr qalınlıqda, beynəlxalq standartlara uyğun, polad və normal dəmir qaynağı üçün elektrodlar da qablaşdırılır. İstehsal prosesi Türkiyə Respublikasından alınmış avadanlıqlar vasitəsilə həyata keçirilir. Onların istehsal gücü quru qarışımlar üçün saatda 5 ton, elektrod üçün saatda 1 tondur. Burada işçilər üçün də normal iş şəraiti yaradılıb. Hazırda 8 nəfərin çalışdığı müəssisədə işçilər xüsusi geyim, yemək, çay, nəqliyyat servisləri ilə təmin olunublar. Yaxın aylarda əməkhaqlarının da plastik kartla ödənişi təmin olunacaq. Müəssisədə keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Bu məqsədlə, istehsal prosesinə bu sahə üzrə mütəxəssis olan 3 nəfər ali təhsilli işçi cəlb olunub. Xammal kimi istifadə olunan materialların yerli məhsullar olması da keyfiyyət amilində mühüm rol oynayır. Belə ki, quru qarışıqlar istehsalı üçün istifadə olunan sement, əhəng, kalsid, gips və qumun hamısı yerli məhsullardır. Bu həm də istehsal olunan məhsulların idxal analoqları ilə müqayisədə daha ucuz olması deməkdir. Gələcəkdə istehsal olunan məhsulların çeşidinin artırılması və Gürcüstan, Türkiyə, İran bazarlarına ixrac olunması nəzərdə tutulur. Bunun üçün “Azelektrod” məhsullarının reklamına da ciddi fikir verilir. Müəssisənin fəaliyyəti və istehsal olunan məhsulların reklamları muxtar respublika mətbuatı ilə yanaşı, ölkə televiziya kanallarında da yayımlanır. Reklam məqsədilə Facebook sosial şəbəkəsində “Azelektrod MMC” səhifəsi və Naxçıvan Biznes Mərkəzində müəssisənin stendi yaradılıb. Bütün bunlar isə müəssisənin qarşıdakı dövrdə də uğurla fəaliyyət göstərəcəyini deməyə imkan verir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612233
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
277
3542
89373
135475
3612233

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter