19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Biznesdə istənilən sahənin inkişafı pərakəndə sektorunun vəziyyətindən asılıdır. Bu, istehsal sahəsi də ola bilər, xidmət sahəsi də. Son nəticədə, bütün məhsul və xidmətlərin fokuslandığı hədəf nöqtəsi istehlakçı kütləsidir. Çünki istehlakçının məhsulla ilk təması, o məhsulun keyfiyyəti, dəyəri, qiyməti haqqında ilkin təsəvvürü bu sektordan başlayır. Bu       sadaladıqlarımızı xidmət sektoruna da aid etmək olar.

Ötən yazıda da qeyd etdiyimiz kimi, pərakəndə ticarət istehsalçının düşüncə və ideyalarının son nəticəsi olaraq istehsal etdiyi məhsulların istehlakçı ilə “görüşdüyü” son nöqtədir. Bundan əlavə, marketoloqlar öz işlərini ən yaxşı burada nümayiş etdirə bilir, sahibkarlar məhsullarının keyfiyyətini, reklamçılar reklamlarının təsirini məhz pərakəndə ticarətdə öyrənirlər. Əbəs yerə demirlər ki, güclü sahibkarlar sinfi pərakəndə ticarətdə formalaşır. Bu, o deməkdir ki, əsl sahibkarlar istehlakçının nə istədiyini elə bu sektorun köməyi ilə müəyyən edirlər. Nəyi, necə və nə zaman etməyi yalnız biznesin bu sahəsi diktə edir. Fərqi yoxdur, istehsal edilən neft olsun və yaxud adicə bir qələm. Elə buna görədir ki, pərakəndə ticarəti ölkə biznesinin aynası da adlandırırlar. Digər tərəfdən, müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafını iki təməl prinsip üzərində müəyyənləşdirirlər: tikinti sektorunun inkişafı və pərakəndəçilik atmosferi. Əgər bu iki sahədə irəliləyiş hiss olunursa, demək ki, iqtisadi inkişafdan danışmaq olar. Bu yanaşma iqtisadi nəzəriyyələrdə öz əksini tapmasa da, praktik baxımdan özünü çoxdan isbat edib. Pərakəndəçilik sektoruna bu qədər həssas yanaşmağımızın səbəbi odur ki, biznesin bu sahəsi olmasa, hərtərəfli inkişafdan danışmaq, sadəcə, mümkün deyil. Sevindirici haldır ki, son illərdə muxtar respublikamızda da pərakəndə ticarətin sürətlə inkişaf etdiyinin şahidi oluruq. Bu inkişafın gözlə nəzərəçarpan tərəfi muxtar respublikada yerli istehsal məhsullarının növ və çeşidinin artması, yeni ticarət və xidmət obyektlərinin fəaliyyətə başlaması, ixracyönümlü məhsul bazarlarının genişlənməsi və sairdir. Son illərdə bu sahədə görülən işləri pərakəndəçilər üçün uğurlu saymaq olar.

Qeyd edək ki, son 10-15 ildə dünya pərakəndəçilik sektorunda ortaya çıxan bəzi trendlərin tətbiqi hər yerdə olduğu kimi, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində də hiss olunur. Bu trendlər, əsasən, bunlardır: yeni tikilən ticarət obyektlərinin anbar-lojistika sisteminin təkmilləşdirilməsi, obyektə yaxın ərazidə parkinqin təşkili, istehlakçının seçim imkanlarının artırılması, alış-verişin istirahət və əyləncə ilə birlikdə təqdim olunması və sair. Məsələn, “Cahan Holdinq” Şirkətlər İttifaqına məxsus “Cahan” Alış-Veriş Mərkəzi 2011-ci ildən fəaliyyətə başlayıb. Ötən illər ərzində mərkəz tikinti materiallarının, ev əşyalarının, ərzaq məhsullarının satışından tutmuş yeni xidmət sahələrinin yaradılmasınadək böyük bir yol keçib. İstehlakçı xidmətləri müasir standartlara uyğun qurulub. 10 min kvadratmetr sahəsi olan mərkəzdə yerli məhsullarla yanaşı, dünyanın tanınmış şirkətlərinin də məhsulları alıcılara təklif edilir. Burada çalışan əsas xidmət heyəti Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliklərində kurs keçməklə marketinq xidmətlərinin ən yüksək səviyyədə təqdim olunmasına çalışır. Eyni zamanda ticarət obyektinin yerləşdiyi ərazidə əyləncə və istirahət mərkəzi də yaradılıb, burada iaşə xidməti təşkil olunub, avtomobillər üçün geniş meydan ayrılıb. Bu da şəhər sakinlərinin və qonaqların alış-veriş mərkəzinə rahat şəkildə gəlməsinə və buradakı xidmətlərdən lazımınca yararlanmasına imkan verir.
Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi pərakəndə ticarətdə istehlakçı üçün ən mühüm amil seçim imkanıdır. Bu isə müasir dövrdə biznesdə dar ixtisaslaşmanı labüd edir. Çünki bu cür ixtisaslaşmaya getmədən istehlakçı üçün əlçatan olmaq mümkün deyil. 2016-cı ildə Naxçıvan şəhərinin Atabəylər məhəlləsində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qarajın istifadəyə verilməsi muxtar respublikada avtomobil satışı və təmiri sektorunda dar ixtisaslaşmanın əsl nümunəsidir. Yaxın keçmişə nəzər salsaq, iki-üç il bundan əvvəl avtomobilini təmir etdirən və ya satmaq istəyən şəxs bir çox problemlərlə və əlavə olaraq vaxt itkisi ilə qarşılaşmalı olurdu. Getdiyi təmir xidməti sexində (halbuki bu kimi təmir sexləri avtomobil markalarına görə qruplaşmayıb) hər hansı ehtiyat hissəsi almaq üçün əlavə xərc çəkməklə şəhərin müxtəlif yerlərinə səpələnmiş mağazalara baxmalı idi. İndi isə avtomobilini satmaq, ona müxtəlif ehtiyat hissəsi almaq və digər xidmətlər üçün bir mərkəzə getmək kifayətdir. Eyni zamanda alqı-satqı zamanı avtomobillərin dövlət qeydiyyatı və sığorta olunması məqsədilə mərkəzdə səyyar xidmətin təşkili də təmin edilib.
2016-cı ildə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində istifadəyə verilən 19 nömrəli yeni ictimai yaşayış binası gözəlliyi ilə yanaşı, birinci mərtəbəsində yerləşən ərzaq mağazası ilə də istehlakçı marağını əhatəli təmin edən bir satış obyekti kimi diqqəti cəlb edir. Ümumi sahəsi 687 kvadratmetr olan ərzaq mağazası “Sizin market” adı ilə qısa müddətdə hər kəsin marketi olduğunu göstərə bilib. İstehlakçılar üçün bu obyektin cəlbediciliyi münasib qiymət, çoxsaylı növ və çeşid, yerli məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsulları da əldə edə bilməsi ilə də bağlıdır. Etiraf etmək lazımdır ki, indiyədək şəhər mərkəzində yalnız yerli və idxal ərzaq məhsullarını növ və çeşidlilik baxımından bu qədər geniş sahədə təqdim edəcək ticarət obyekti mövcud olmamışdı. İki ilə yaxındır, fəaliyyət göstərən bu ticarət obyekti müştərilərin bu sahədəki tələbatlarını ödəyir.
Naxçıvan şəhərində ötən il istifadəyə verilən ticarət obyektləri də pərakəndəçilik sektorunun uğuru kimi qiymətləndirilə bilər. Bunlardan biri “İdeal” ətriyyat və kosmetika mağazasıdır ki, bu mağaza öz məhsulları ilə yanaşı, dünyanın məşhur firmalarının istehsal etdikləri məhsulları da alıcılara təqdim edir. Biz bu mağazanın simasında da dar ixtisaslaşmanın şahidi oluruq. Çünki bundan əvvəl yerli istehlakçılar dünyanın brend ətriyyat və kosmetika vasitələrini almaq üçün etibarlı mağaza tapmaqda çətinlik çəkirdilər. İndi isə “İdeal” bu vəzifəni yerinə yetirməklə sektordakı boşluğu doldurmağa çalışır.
2017-ci ildə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində istifadəyə verilən “Danyeri” istehsal və xidmət sahəsi isə hər iki sahəni özündə birləşdirən ticarət obyekti kimi diqqət­çəkicidir. Daha doğrusu, bu ticarət obyektində işə kompleks yanaşmanın şahidi oluruq. Buradakı zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada gündəlik istehsal gücü 500 kiloqram olan dondurma, istehsal gücü saatda 800 çörək olan milli çörək və istehsal gücü saatda 80 kiloqram olan unlu-qənnadı sahələri, 40 və 96 yerlik iki kafe, 114 yerlik restoran, uşaqlar üçün zal, ixtisaslaşmış mağaza, mebel salonu, 2 ədəd soyuducu kamera, xammal və hazır məhsul anbarları, iş və xidməti otaqlar vardır. Obyektdə istehsal olunan məhsullar “Danyeri” əmtəə nişanı ilə muxtar respublikadakı ticarət mərkəzlərində satışa çıxarılır. Buradakı ərzaq mağazasında isə muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Bundan əlavə, obyektin xidmət sahəsində yerli və idxal mənşəli mebel dəstləri də alıcılara təklif olunur.
Ötən ilin oktyabr ayında Naxçıvan şəhərinin Atatürk küçəsində Türkiyə Respublikasının “Koton” Moda və Satış firmasının yeni mağazasının istifadəyə verilməsi pərakəndə ticarətdə yüngül sənaye məhsullarına olan tələbatı ödəməyə xidmət edir. Nəzərə alsaq ki, Türkiyənin bu məşhur firması hər il dünyanın müxtəlif ölkələrində 50-dən artıq kolleksiyada alıcılarına 30 min fərqli çeşiddə məhsullar təklif edir, o zaman muxtar respublikada turizmin inkişafı üçün atılan zəruri addımlar çərçivəsində belə bir mağazanın fəaliyyətə başlaması əhəmiyyətlidir.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, pərakəndə ticarət biznesin aynası olduğu kimi, həm də bir ölkənin, regionun iqtisadi inkişafının göstəricisidir. İnkişaf isə o zaman mümkündür ki, orada sabitlik, insanların qurub-yaratmaq həvəsi olsun. Muxtar respublikada son iki-üç il ərzində açılan yeni ticarət, xidmət və istehsal sahələrinin təhlili də onu göstərir ki, pərakəndə ticarət özünün yeni inkişaf mərhələsindədir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612261
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
305
3542
89401
135503
3612261

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter