19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən il istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işini diqqətdə saxlamışdır. Bu dövrdə məhsulların 1559 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmiş, sertifikatlaşdırmaya dair elektron xidmət vasitəsilə daxil olmuş 438 müraciət icra edilmişdir. Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 259 qida istehsalı müəssisəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 1392 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların isə 82 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 160 halda laboratoriya analizləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti təşkilatların nümayəndələri ilə birlikdə Culfa, Ordubad, Şərur, Şahbuz şəhərlərində, Babək qəsəbəsində, Şahbuz rayonunun Kolanı kəndində və Batabat yaylağında, Culfa rayonunun Dəmirli yaylağında, Ordubad rayonunun Sabirkənd kəndində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, 27 təsərrüfat subyektindən götürülmüş bal nümunələrinin laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Arıçılıq məhsullarının istehsalı üçün 1 halda əmtəə nişanı qeydiyyata alınaraq ekspertizasına başlanılmış və bal məhsullarının 3 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmışdır.

Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə il ərzində 722 təsərrüfat subyektində 3205 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılmış, natamam tibbi müayinədən keçmiş 2223 işçi tibb müəssisələrində müayinələrdən keçmələri üçün maarifləndirilmiş və tam tibbi müayinə təmin edilmişdir. Komissiya tərəfindən 616 təsərrüfat subyektində 2316 obliqat qrup işçilərdən qan nümunələri götürülmüş və müvafiq tibbi nəzarət təmin olunmuşdur. 106 məktəbin bufetində, 10 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 18 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 19 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmışdır. Məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların keyfiyyət göstəriciləri, xüsusilə sintetiklik həddi yoxlanılmış, texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğundan istehsalda istifadəsinə icazə verilmişdir.
Xarici bazarlara çıxış imkanına malik məhsulların ixracının dəstəklənməsi çərçivəsində müvafiq işçi qrupu müəssisələrdə olmuş və istehsal olunan məhsulların ixrac ediləcək ölkələrə uyğun markalanması üçün tədbirlər görülmüşdür. İdxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilmiş, məhsulların üzərinə Azərbaycan dilində zəruri məlumatların vurulması təmin olunmuşdur. Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 118 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinq aparılmış, 38 müəssisədə istehsal olunan məhsulların etiketlərində orfoqrafik səhvlərin olduğu və standartların tələblərinin pozulduğu aşkarlanmışdır. Ötən il ərzində standartların tələblərinə uyğun olmayan 5896 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz, kontrafakt məhsul satışdan çıxarılmışdır.
Payız-qış mövsümünə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 122 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılmışdır. Bu zaman sənaye üsulu ilə hazırlanmayan 45 qaz başlığı satışdan çıxarılaraq götürülmüş, 429 qaz sobası isə dəm qazına qarşı təhlükəsizlik sistemi olmadığı üçün istehsalçı ölkəyə geri qaytarılmışdır.
Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına köməklik göstərilməsi üçün yeni etiket layihələrinin hazırlanması və ailə təsərrüfatlarına çatdırılması təmin edilmişdir. Məhsulların emalı və qablaşdırılması üzrə Şərur rayonunda 95 ailə təsərrüfatı nümayəndəsinin iştirakı ilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612148
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
192
3542
89288
135390
3612148

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter