20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

  Ötən il sentyabrın 27-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihələr üzrə rəhbəri Ronald Şulz, həmin cəmiyyətin layihələr üzrə baş meneceri Lüdmila Metzdorf və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları muxtar respublikaya səfər etmişlər. Həmin gün Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın          46 özəl sektor nümayəndəsinin iştirakı ilə “Azərbaycan biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı:        nailiyyətlər və perspektivlər” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Səfər müddətində qonaqlar muxtar respublikanın görməli yerləri, istehsal müəssisələri və iqtisadi potensialı ilə yaxından tanış olmuşlar. Səfərlə bağlı Almaniyanın İqtisadi Əlaqələr və Energetika Federal Nazirliyinin Menecer Təlim Proqramının dərc etdiyi “Almaniya ilə əməkdaşlığa uyğunlaşma Jurnalı”nın 2017-ci il 11 saylı buraxılışında Naxçıvan Muxtar Respublikası haqqında məqalə dərc edilmişdir. Həmin məqaləni təqdim edirik.

2017-ci ilin payızında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı haqqında məlumat toplamaq məqsədilə muxtar respublikaya səfər etmişlər. Azərbaycanın eksklav ərazisi olan muxtar respublikanın 450 mindən artıq əhalisi vardır. Naxçıvan sözü “məskunlaşma yeri” (“kök salma yeri”) kimi tərcümə olunur və Nuhla əlaqələndirilir.

Muxtar respublika Türkiyə, İran və Ermənistan ilə həmsərhəddir, öz Konstitusiyasına və parlamentinə malikdir. Azərbaycanın digər bölgələri ilə əlaqələrin məhdud olması səbəbindən Naxçıvanın iqtisadiyyatı qonşu Türkiyə ilə sıx əlaqədədir. İqtisadi inkişaf yolunu tutan muxtar respublikada kənd təsərrüfatı və filiz mədənçiliyi iqtisadi fəaliyyətin əsas sahələrini təşkil edir. Naxçıvan Muxtar Respublikasının rəhbəri səmərəli olmayan iqtisadi sahələrin fəaliyyətini dayandırmış və xarici investisiyaları cəlb etməklə digər sahələri modernləşdirmişdir. Burada kənd təsərrüfatı Azərbaycan dövlətinin rəsmi iqtisadi inkişaf siyasətinin hədəflərinə uyğun olaraq inkişaf edir.
Naxçıvandan olan bəzi şirkət nümayəndələri BMW-nin Menecer Təlim proqramlarında iştirak ediblər. Tərəfdaşımız olan Bakı Biznes Təlim Tədris Mərkəzinin təşəbbüsü ilə təşkil olunan tanışlıq səfəri zamanı Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri yerli sahibkarlarla görüşmüş və onların istehsal etdiyi geniş çeşiddə məhsul və xidmətlərlə tanış olmuşlar. Mərmər emalı şirkəti öz məhsullarının bir hissəsini Gürcüstan, İran və Türkiyəyə ixrac edir.
Səhiyyə turizmi də inkişaf etdirilir. Qədim duz şaxtalarında yaradılan Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq iştirakçılarda xüsusi təəssürat yaratdı. Buraya İran, Qazaxıstan, Rusiya və digər ölkələrdən çox sayda ziyarətçilər gəlir.
Sonda bir məsələni də vurğulamaq istəyirik ki, Menecer Proqramı özəl sektorun orta və yüksək idarəetmə strukturlarında çalışan ixtisaslı mütəxəssislərə və şirkət nümayəndələrinə təlimlər keçir və onlara müasir idarəetmə metodlarını öyrədir. Bu səbəbdən Menecer Proqramının Azərbaycandakı tərəfdaşları gələcəkdə Naxçıvandan daha çox iştirakçı cəlb etməklə bölgənin iqtisadi inkişafına öz töhfəsini vermək niyyətindədir.

“Almaniya ilə əməkdaşlığa uyğunlaşma Jurnalı”
2017-ci il, nömrə 11

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782767
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
829
1827
5317
47084
3782767

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter