23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Müasir cəmiyyətin iqtisadi və mədəni inkişafının əsas faktorları arasında olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsi diqqət mərkəzindədir. Sahibkarlığın inkişaf etdirilməsi, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən dövlət tənzimlənməsi bu sahədə hüquqi bazanın yaradılması və beynəlxalq təcrübəyə uyğun cəlbedici investisiya mühitinin formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

İqtisadiyyatda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi mühüm şərtlərdəndir. Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin təşviq olunması, məhsulların ixrac imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması məqsədilə kredit dəstəyinin verilməsi bu sahənin uğuru üçün vacib məsələlər kimi daim diqqətdə saxlanılır. Bu baxımdan muxtar respublikamızda iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün sahibkarlığa göstərilən dövlət dəstəyi həmişə öz bəhrəsini verib.
Hazırda muxtar respublikamızda 368 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Naxçıvanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın ümumi istehsal potensialının güclənməsinə səbəb olub. Həyata keçirilən bu tədbirlər, o cümlədən yeni emal-istehsal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına əhəmiyyətli təsir göstərib. Nəticədə, ötən il muxtar respublikada 880 milyon manata yaxın həcmdə sənaye məhsulu istehsal olunub ki, bu da regionda yaradılan 2 milyard 357 milyon manatdan çox həcmdə olan ümumi daxili məhsulda ilk yeri tutur.

Sənayenin inkişafı müasir dövrün tələblərindən biri olan iqtisadiyyatın şaxələndirilməsinin əsas yollarındandır. Bu istiqamətdə görülən tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikamızda yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül, yeyinti və kənd təsərrüfatı məhsullarının emalı üzrə xeyli sayda istehsal sahələri yaradılıb, sahibkarlara konkret maliyyə dəstəyi göstərilib. Sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi, əsasən, Naxçıvan Muxtar Respublikasının daxili imkanlarına və sosial-iqtisadi inkişafın prioritetlərinə görə diqqəti cəlb edir. Belə ki, muxtar respublika iqtisadiyyatına investisiya qoyuluşunu sürətləndirmək, ənənəvi sahələrin işini canlandırmaq üçün görülən işlər çox qısa zaman içində öz bəhrəsini göstərib. Artıq Naxçıvan Muxtar Respublikası özünün investisiya cazibədarlığı ilə ölkə­mizin digər regionları arasında birinci yeri tutur ki, bu da sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onlara real kredit dəstəyi göstərilməsi nəticəsində mümkün olub. Belə ki, hazırda muxtar respublikada kreditlər üzrə tətbiq edilən faiz dərəcələrinin ən aşağı səviyyədə olması muxtar respublikanın kredit bazarında canlanma yaradıb. Rəqəmlərə diqqət etsək, görərik ki, ötən il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara 8 milyon 664 min manatdan çox kreditlər verilib ki, nəticədə, bu dövrdə 60 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb və daha 36 hüquqi və 2015 fiziki şəxs dövlət qeydiyyatına alınıb.
Sahibkarlıq iqtisadiyyatın lokomotivi hesab edilir. Şübhəsiz, cəmiyyətin inkişafı hər sahədə olduğu kimi, sahibkar­lıq fəaliyyətinə qarşı da yeni tələblər qoyur. İnsanların yüksələn həyat səviyyəsini təmin edə bilmək üçün sahibkar­larımız da yaradılan şəraitdən maksimum dərəcədə istifadə etməyə, öz fəaliyyətlərini genişləndirib minlərlə yeni iş yerləri yaratmağa çalışırlar. Bu nailiyyətlərin əldə olunmasında isə onların maraqlarının qorunmasının, hərtərəfli dəstək göstərilməsinin də əhəmiyyəti böyükdür. Bu gün muxtar respublikamızın bütün sahibkarları məhz bu qayğı ilə əhatə olunublar.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055485
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2679
3998
32717
106816
3055485

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter