20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

   70 illik sovet hegemonluğunun acı nəticələrindən biri də o idi ki, kəndlinin iş yeri olan torpaq əlindən alınıb sovxoz, kolxozlara verilmişdi. Bu, məsələnin bir tərəfi. Digər tərəfi isə bəzi insanlarda sanki bir tənbəllik hissinin formalaşması idi. Belələri torpaqda işləməyi çətin bilib, guya ki, özlərinə asan dolanışıq yolu tapanlar idilər. Hərəsi bir “budka” adlandırılan mağaza açıb, vaxtı ötmüş ərzaq məhsullarını satmaqla camaatı aldadırdı. 

Yayın isti günlərində 30-40 dərəcə temperaturda həmin budkaların qarşısından asılan ət məhsulları, günün altında qalan mineral və sərinləşdirici sular, uşaqların sevə-sevə yedikləri kartof və qarğıdalıdan hazırlanmış ərzaq məhsulları bu cür ticarət obyektlərindən istifadə edənlərə hansı faydanı verə bilərdi? Hələ səhərin və axşamçağının sərinliklərində həmin mağazalara və onun ətrafına toplaşan insanları demirəm. Bir-birinə calanan siqaretin tüstüsündən nə bayırda göz-gözü görürdü, nə də içəridə. Həmin tüstü aldığımız məhsulların üstünə hopurdu. Hələ bu budkalardakı natəmizliyi, antisanitariyanı, vergidənyayınma hallarını demirik.

Rayon mərkəzlərində, qəsəbə və kəndlərimizdə də torpaq əkməkdən, heyvandarlıqla məşğul olmaqdan boyun qaçıraraq həyətindəki tövləni çayxanaya çevirən və digər yerlərdə icazəsiz, lüzumsuz bir “obyekt” tikib, çayxana kimi istifadə edənlər də var idi. Heç birində su və kanalizasiya sistemi olmayan, natəmiz binalarda fəaliyyət göstərən çayxanalar, antisanitariya yuvaları xəstəlik ocaqları idi. Ən pis cəhət isə onda idi ki, belə yerlər insanlarda aludəçilik yaradıb onları ailəsindən-uşağından, iş-gücündən ayrı salmışdı. Həmin çayxanaların sahibləri kimi tənbəl, səriştəsiz adamların gün ərzində “istirahət” yerinə çevrilən belə çayxanalarda da siqaret iyindən göz-gözü görmürdü. O illərdə yazı hazırlamaq məqsədilə Şahbuz rayonunun Kolanı kəndində olarkən sürücümüzdən xahiş etmişdim ki, burada fəaliyyət göstərən çayxanalardan birinə baş çəksin. O, orada dama oynayan 42 nəfəri saymış, çayxanaya girəndən bir neçə dəqiqə sonra gözü siqaret tüstüsündən ətrafı ancaq görmüş və buradakı kənd sakinlərinin üzünü güclə seçə bilmişdi.
Qeyd edim ki, bu cür çayxanalarda gün keçirənlər çaydan içib, siqarət tüstülətdikcə, sanki fərəhlənir, domino daşlarını, nərdi taxtaya elə çırpır, elə nalayiq sözlər söyləyirdilər ki, səsi qəsəbənin, kəndin ayağından da, başından da eşidilirdi. Səhər açılandan toran düşənədək çayxanalarda pensiyasını, aylıq ailə büdcəsini burda qoyanlar axşam evə nə üzlə qayıdır, onlardan çörək, yemək, paltar istəyən ailə üzvlərinə nə vəd edirdilər, bu barədə düşünmək belə, çətindir.
Bu, bir faktdır ki, işsiz, bekar adamlar uçurumun biraddımlığında dayanan və təhlükə qarşısında olanlardır. Belələri yalan da danışar, riyakarlıq da edər, kobudluq da. Çünki gündəlik həyat tərzi onları istənilən pis işə sövq edə bilər. Şahbuz rayonunun Kükü kəndindən bir qadının söylədiklərini xatırlayıram: “Bircə bu çayxanaları söküb, dağıdalar. Onda, bəlkə, bu kişinin üzünü evdə görə bilək. İnanın, kişi evə gələndə üstündən-başından gələn siqaret iyindən evdə nəfəs almaq olmur. Məcbur qalıb pencəyini saatlarla çöldə asıram”.
Bəli, vaxtilə kəndlərimizdə belələri çox idi. Evə getməmək bir yana qalsın, hələ, üstəlik, evinə çox gec və sərxoş gəlib, dava-dalaş salanlar da az deyildi. Ev işini də, çöl işini də, uşaqları da qadının üstünə töküb, gününü tamamilə çayxanalarda keçirənlər, unu nisyə alıb, evin son qəpiyini çayxana xərclərinə ayıranlar da var idi.
Yadımdadır, o dövrdə kim harda gəldi siqaret çəkirdi. İşimlə əlaqədar idarə, müəssisə və təşkilatlarda tez-tez olurdum. Siqaret çəkən müdirlərin stollarının üstündə hər şeydən vacib bildikləri külqabı olardı. Onlar siqareti elə iş otaqlarındaca heç nədən çəkinmədən çəkirdilər, həm də təklikdə deyil, işçilərinin, qonaqların da yanında. Xəstəxanada həkimin xəstəni müayinə edərkən müəllimin müəllimlər otağında siqaret çəkdiyinin də şahidi olmuşuq. Marşrutlarda sürücülərin içərini dumana bürüdüyünü də görmüşük.
...İllər ötdü. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda torpaq islahatlarına başlanıldı. İllərlə sərvəti başqaları tərəfindən mənimsənilən bərəkətli torpaqlarımız son qarışına kimi bölünüb kəndlilərə paylandı. Ona görə paylandı ki, kənddə yaşayan insanların sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, onlar torpaq sahibi olmaqdan qürur duysunlar, torpağa bağlanmaqla ailə büdcələrinə gəlir gətirib, firavan dolansınlar.
Torpaq islahatları ilə birlikdə həyata keçirilən quruculuq işlərinə ilk olaraq ucqarlardan başlandı. Bir gecənin içərisində “həyata vəsiqə alan” addımbaşı çayxana, mağaza binaları söküldü, insanların içinə dolmuş tüstünün yerinə təmiz hava hakim kəsildi. Çünki onlara bu maraqsız vərdişlərinə son qoyub torpaqlarını əkib-becərmək təklif olundu. Kreditlər verildi, torpağı becərmək üçün münbit şərait yaradıldı. Bu işlərə asanlıqla nail olunmadı. İnsanları çayxanalardan, tənbəl həyat tərzindən ayırıb torpağa bağlamaq üçün illərlə maarifləndirmə işləri aparıldı. Rayon, qəsəbə və kəndlərimizin elektrik enerjisi, təbii qaz və su ilə təchizatı, həyata keçirilən quruculuq işləri insanların təfəkküründə yeni bir dövrün başlandığını formalaşdırdı. Ətrafdakı hərtərəfli şərait – məktəb, xəstəxana binaları, kənd və xidmət mərkəzləri, abad yollar, körpülər insanlarda öz yurd yerlərində iş yeri axtarıb tapmaq meylini yaratdı ki, bu da torpaq oldu. Özünü torpaqda tapan insanlar ailə büdcələrinin burada olduğunu dərk etdikcə bu qiymətli sərvətə daha qırılmaz tellərlə bağlandılar. İndi onlarla fermer, torpaq mülkiyyətçisi, fərdi təsərrüfat sahibi var ki, onlar vaxtilə yuxarıda qeyd etdiyimiz çayxanalarda ən “fəal” siqaret çəkənlər idilər. Bu gün həmin torpaq mülkiyyətçiləri kənd təsərrüfatının müxtəlif gəlirli sahələri, o cümlədən böyük potensiala malik ixracyönümlü sahələrdən biri olan tütünçülüklə də məşğul olurlar. Onlar güzəştli kredit hesabına maşın, texnika sahibi, gözəl, bağ-bağatlı evlərdə yaşayan, bazarlarımıza çeşidli məhsullar çıxaran, hər kəsin yanında alnıaçıq, üzüağ insanlardır.
Muxtar respublikamızda quruculuq işləri davam etdikcə, rayon, qəsəbə, kəndlərimiz abadlaşdıqca insanların da məsuliyyəti artmağa başladı. Maarifləndirmə işləri, aparılan reydlər insanlarda dünən ilə bu gün arasında fərqi dərketməni də formalaşdırdı. İctimai yerlərdə siqaret çəkilməsinin qarşısı alınmağa başladı. Siqaret çəkən müdirlər istəsələr də, istəməsələr də, nəfslərinə hakim kəsilməli oldular, müasir, yaraşıqlı məktəb, xəstəxana otaqlarında siqaret çəkən müəllim və həkim hərəkətlərinə nəzarət etmək məcburiyyətində qaldı. Muxtar respublikamızda formalaşan mədəni mühit insanların fəallığı ilə nəticələndi. Həm insanların, həm də aid təşkilatların birgə işi sayəsində ictimai nəqliyyatda nə sürücülər, nə də sərnişinlər siqaret yandırmağa cürət edə bildilər. Gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılaraq elmə, təhsilə, idmana cəlb olunması istiqamətində məqsədyönlü işlər həyata keçirildi. Beləliklə, Naxçıvanda illər əvvəl başlanılan bu proses uzun zaman çəksə də, öz bəhrəsini verdi.
2017-ci il dekabrın 29-da dövlət başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunu fərmanla təsdiqlədi. Bu xəbər siqaret çəkməyən vətəndaşların hamısının ürəyincə oldu, çünki siqaret çəkəndən çox onun tüstüsünü qəbul edən insan daha çox zərər çəkir. Bu xəbəri eşidəndə, ilk növbədə, siqaret çəkənlərlə bağlı hələ illər öncədən Naxçıvanda başlanılan proses gözlərim önündə canlandı. İndi hər bir naxçıvanlı qətiyyətlə deyə bilər ki, bu qanunun icrası muxtar respublikamızda daha asan olacaq. Çünki biz naxçıvanlıların hər biri sağlamlığımız naminə təməli hələ illər əvvəl qoyulmuş prosesin iştirakçılarıyıq və bu təqdirəlayiq işin davamlı olmasına hər an nəzarət edirik.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041251
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2677
5384
18483
92582
3041251

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter