18 Yanvar 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Sədərək rayonu 1990-cı il avqustun 28-də ölkəmizin sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq yaradılıb. Ümummilli lider Heydər Əliyevin “Naxçıvanın qeyrət qalası” adlandırdığı bu rayon Azərbaycanın 3 dövlətlə həmsərhəd olan yeganə inzibati ərazi vahididir. Cənub-qərbdən Türkiyə Cümhuriyyəti, şimal-qərbdən Ermənistan, cənub-şərqdən İran İslam Respublikası ilə həmsərhəd olan rayon Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir. 1990-cı il yanvarın 16-da Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən rayon əhalisi 3 yaşayış məntəqəsində cəmləşib.

Ata-baba torpaqlarını qayğı ilə əkib-becərən, təknələrini bol və halal çörəklə təmin edən bu yaşayış məntəqəsinin sakinləri Sədərək uğrunda gedən döyüşlərdə uşaqdan böyüyə kimi silaha sarılıb erməni işğalçılarına qarşı mərdliklə döyüşüblər. 1990-1993-cü illərdə Sədərək üzərinə 14 dəfə güclü hücuma keçən erməni silahlı birləşmələrinin qarşısı alınıb. Həmin illərdə Sədərəyin müdafiəsində 108 nəfər şəhid olub. Lakin bütün bunlar əhalinin qətiyyətini sındıra bilməyib.

Hələ 1992-ci ildə ulu öndər Heydər ­Əliyev tərəfindən əsası qoyulmuş aqrar islahatlar Sədərəkdə 1996-cı ildən etibarən daha da sürətləndirilərək, 1999-cu ildə tam başa çatdırılıb. Rayon əhalisi torpaq payları ilə təmin olunub. Kənd təsərrüfatı məhsulları istehsalının həcmini və məhsuldarlığını yüksəltmək üçün özəl təsərrüfatların inkişaf etdirilməsi istiqamətində fermerlərə, torpaq mülkiyyətçilərinə xeyli güzəştlər edilib.
1992-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən “Ümid” körpüsünün istifadəyə verilməsi, gömrük-keçid məntəqəsinin yaradılması da bu rayonun iqtisadiyyatına öz müsbət təsirini göstərib. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramlarında Sədərəyin tərəqqisi ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlər, eləcə də Ali Məclis Sədrinin bu bölgəyə göstərdiyi diqqət və qayğı sədərəklilərdə əzmkarlıq, işgüzarlıq ruhunu daha da yüksəldib. Bunu son illər ərzində muxtar respublikamızın ucqar sərhəd rayonunda əldə olunan nailiyyətlər bir daha sübut edir.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin səmərəliliyini artırmaq üçün böyük həcmdə meliorasiya və irriqasiya tədbirləri həyata keçirilib. Belə ki, əsas su mənbəyi sayılan Bulaqbaşı kəhrizi əsaslı şəkildə təmir olunub, 5 kilometr məsafədən içməli su xətti çəkilib, 7 subartezian quyusu qazılıb, dördpilləli nasos stansiyasında əsaslı şəkildə yenidənqurma işləri aparılıb. Ərazidə 15 bulaq-abidə tikilərək istifadəyə verilib.
Hazırda Sədərək rayonunda 16374 hektara yaxın torpaq sahəsi var. Onun 3581 hektarı əkinəyararlı torpaqlardır. Həyata keçirilən tədbirlər nəticəsində rayonda əkinəyararlı bütün torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Bu torpaqların 3258 hektarı xüsusi mülkiyyətə verilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazasının istifadəyə verilməsi isə bölgənin becərilməyən digər bərəkətli torpaqlarının da əkin dövriyyəsinə daxil edilməsinə şərait yaradıb.
Ümumiyyətlə, Sədərəkdə görülən işlər muxtar respublikada kənd təsərrüfatı sahəsində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Rayonda 98 hektarlıq meyvə bağı da var. Ancaq sədərəklilər bununla kifayətlənmir, ilbəil bağların ərazisini genişləndirirlər. Son ağac əkini mövsümlərində 5 hektar sahədə meyvə bağları salınıb, əkilən sahələrə müntəzəm olaraq aqrotexniki qulluq göstərilib. Rayonda üzümçülük və arıçılıq da xüsusi diqqət göstərilən sahələrdəndir. İndi Sədərəkdə 245 hektar üzüm bağı, 645 arı ailəsi var.
Son illər ərzində regionda aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində bu sərhəd rayonunun da siması tanınmaz dərəcədə dəyişib. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Vergilər və Maliyyə nazirliklərinin rayon şöbələri, Kapital Bankın rayon filialı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi, əhalinin sosial müdafiəsi və məşğulluq mərkəzləri, rabitə, qaz istismar idarələri, rayon polis şöbəsi və sair üçün yeni inzibati binalar tikilib. Mübariz, qədirbilən Sədərək sakinlərinin ulu öndərə olan sonsuz hörmət və ehtiramının məntiqi nəticəsi olaraq Heydərabad qəsəbəsində görkəmli dövlət xadimi Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Qəsəbə müasir şəhərsalma ənənələrinə uyğun olaraq tamamilə yenidən qurulub. Rayonda yaşayan hər bir vətəndaşın rifah halının yaxşılaşdırılması ümdə vəzifə kimi qarşıya qoyulub. Bunun nəticəsidir ki, erməni daşnaklarının günahı ucbatından ev-eşiyindən didərgin düşmüş köçkün ailələri və Sədərək uğrunda gedən döyüşlərdə iştirak edərək sağlamlıqlarını itirmiş əlil ailələri yeni yaşayış binaları ilə təmin ediliblər.
Rayonda aparılan tikinti-qurucu­luq tədbirləri sabahın kamil vətəndaşlarını yetişdirən təhsil müəssisələrindən də yan keçməyib. Rayon mərkəzi sayılan Heydərabad qəsəbəsində 635, Qaraağac kəndində 136 yerlik məktəb binaları əsaslı təmir edilib. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə Sədərək rayonundakı 630 şagird yerlik 2 nömrəli tam orta məktəbin yeni binasının açılışı olub. Hazırda 4 ümumtəhsil məktəbin, 3 məktəbdənkənar müəssisənin fəaliyyət göstərdiyi rayonun təkcə ümumtəhsil məktəblərində 1287 şagird təhsil alır. Ötən tədris ilində bu məktəbləri 77 nəfər bitirib. Onlardan 63 nəfəri ali məktəblərə sənəd verib və nəticədə, 35 nəfər respublikamızın müxtəlif ali məktəblərində təhsil almaq hüququ qazanıb. Rayon məktəblərinin 145 ədəd kompüterlə təmin olunması hesabına hər 9 şagirdə 1 kompüter düşür. Məktəb kitabxanalarının fondu son illərdə latın qrafikası ilə çap olunmuş yeni kitablar hesabına xeyli zənginləşdirilib. Hazırda kitabxanalarda 30 min 858 dərslik, 15 min 846 ədəd bədii ədəbiyyat var.
Əlbəttə ki, bütün bunlar ümumtəhsil məktəblərinin maddi-texniki bazasını daha da gücləndirərək tədrisin səmərə və keyfiyyətinin yaxşılaşmasına şərait yaradıb.
Abad diyar yolundan tanınar. Bu, yüzilliklərin sınağından çıxmış bir məsəldir. Elə Sədərəyə yolu düşənlər bu məsəlin nə qədər yerində söyləndiyinin bir daha şahidi olurlar. Belə ki, nəqliyyatın gediş-gəlişini tənzimləmək məqsədilə mərkəzi və ara yollarda mütəmadi olaraq təmir-bərpa işləri aparılıb. Prezident İlham Əliyev­in muxtar respublikaya səfəri çərçivəsində əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışı olub. Ümumi uzunluğu 81,95 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metr olan dördzolaqlı yolun kənarlarında xüsusi suötürücülər və arxlar çəkilib, magistralın üzərində bir neçə yol­ötürücü tikilib. Bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək Yolunun bir hissəsini təşkil edir. Bir vaxtlar möcüzə kimi görünən qaz xətlərinin evlərə çəkilişi də burada yaşayanların böyük sevincinə səbəb olub. Hamı ucuz və keyfiyyətli olan bu yanacaq növündən istifadə edərək gündəlik məişət qayğılarının böyük bir qismindən azad olub. Hazırda rayonun Heydərabad qəsəbəsindəki, Sədərək və Qaraağac kəndlərindəki mənzillərdə mavi qaz şölələnir.
Yalnız muxtar respublikamıza xarakterik olan xüsusiyyətlərdən biri də rayonlararası telefon danışıqlarının pulsuz olmasıdır. Bu, blokada şəraitində yaşayan regionumuz üçün böyük dövlət qayğısıdır. Sədərək rayonunda da bu, belədir. Qəsəbə ilə kəndlər, o cümlədən Naxçıvan şəhəri ilə digər rayonlar arasında rabitə əlaqəsini daha da yaxşılaşdırmaq məqsədilə bu gün də məqsədyönlü işlər görülür.
Ölkə başçısının bu sərhəd bölgəsinə səfəri zamanı Sədərək Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət 26 çarpayılıq bu səhiyyə müəssisəsində müasir tibbi avadanlıqlar quraşdırılıb. Stasionar, Poliklinika və Təcili yardım şöbələrinin fəaliyyət göstərdiyi xəstəxanada 14 həkim, 20 orta tibb işçisi çalışır. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılıb.
Bu bir həqiqətdir ki, diqqət olan yerdə tərəqqi labüddür. Doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Sədərək rayonu əsl vətəndaşlıq yanğısı ilə yenidən qurulub. Məqsədin aydınlığı, niyyətin saflığı sədərəklilərin ürəklərinə sonsuz təpər, qollarına yenilməz güc, qüvvət verib. Bir vaxtlar işğalçı Ermənistanın zəbt etmək istədiyi bu rayon günü-gündən inkişaf edərək düşmən üçün gözdağına çevrilib. Doğma Naxçıvanımızın bu qeyrət qalası bundan sonra da dövlət qayğısı və dəstəyi, əzmkar sakinlərinin səyi ilə durmadan inkişaf edəcək, öz abad, firavan günləri ilə düşmənə meydan oxuyacaq.

Sərxan İSMAYILOV
“Oğuz yurdu” qəzetinin redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6245036
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10262
22591
67090
295339
6245036

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter