23 İyun 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə idxal istiqamətində muxtar respublikamıza gətirilən malların keyfiyyətinə, standartlara uyğunluğuna xüsusi diqqət yetirilir, müvafiq dövlət orqanlarının rəyi olmadan gətirilən, idxalı qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülür.
Bu istiqamətdə görülən işlərin davamı olaraq noyabrın 29-da keçirilən növbəti məhvetmə tədbirindən öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və digər dövlət qurumlarının əməkdaşlarından ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirmiş, 4479 ədəd közərmə lampası, 420 dəst hərbi təyinatlı köynək, 226 ədəd ov mərmisi, 73 ədəd elektroşok-fənər, 76 ədəd suvenir, 8 ədəd bıçaq, 8 ədəd balıqçı toru, 7 ədəd dəyənək, 1 ədəd qandal, 1 ədəd durbin, 1 ədəd DVD, 7611 tablet dərman preparatı və 15 kiloqram kalium-permanqanat maddəsi akt əsasında aidiyyəti qurumlara təhvil verilmişdir.

Birgə komissiyanın rəyinə əsasən məhvinə qərar verilmiş mallar isə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılmışdır. 2025 ədəd meyvə şirəsi keyfiyyəti standartlara cavab vermədiyindən və üzərində istifadə müddəti göstərilmədiyindən, 240 litr üzüm sirkəsi istifadə müddəti bitdiyindən, 790 ədəd oyuncaq yumurta yararsız olduğundan yandırılmışdır. 13 ədəd gözyaşardıcı qaz balonu, 3320 ədəd pirotexniki vasitə müvafiq dövlət orqanlarından xüsusi icazə sənədi alınmadan gətirildiyi, 10 min tablet dərman preparatı yararsız olduğu üçün məhv olunmuşdur. Milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan ədəbiyyat və vasitələrin muxtar respublikaya gətirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 9 adda müxtəlif vasitələr və 327 ədəd CD də yandırılmışdır.
Məhv edilən mallar arasında kontrafakt, başqa sözlə, saxta mallar da yer almışdır. Məhz 425 kiloqram yuyucu və təmizləyici vasitələrin istehsalının və qablaşdırılmasının saxta yolla aparıldığı müəyyən olunmuş, üzərində “Ariel” əmtəə nişanı olan 2 rulon polietilen paket, müxtəlif geyim firmalarına aid ümumi çəkisi 31 kiloqram kağız etiket və 8 ədəd plomb saxta olduğundan yandırılmışdır. Xarici ölkələrdən muxtar respublikamıza köhnə avadanlıqların və geyim əşyalarının gətirilməsinin qarşısının alınması məqsədilə saxlanılmış 4 ədəd qaz sobası, 2 ədəd qaz ocağı, 4 ədəd suqızdırıcı, 3 ədəd dijital aparatı da məhv edilmişdir.
Cari ildə gömrük orqanları tərəfindən milli və iqtisadi təhlükəsizliyin, ictimai asayişin və insanların sağlamlığının qorunması istiqamətində tədbirlər də davam etdirilmişdir. Gömrük sərhəd-buraxılış məntəqələrində ayrı-ayrı şəxslərdən saxlanılmış 102 ədəd beşbarmaq, 20 ədəd bıçaq və 11 ədəd qılınc və mənfur Ermənistan Respublikasına aid 6 adda, ümumilikdə, 352 ədəd kağız və dəmir pullar, mobil nömrə kartları, 206 qutu siqaret və sair xüsusi qaydada məhv olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əmin edir ki, qanunvericiliyin tələblərinin, istehsalçıların və istehlakçıların hüquqlarının müdafiəsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təminatı, insan sağlamlığının və ətraf mühitin qorunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək, gömrük qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər görüləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2621770
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2701
5032
27455
114556
2621770

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter