10 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvanda istehsal olunan yerli məhsullar muxtar respublikamızdan kənara da çıxarılır. Elə bu yaxınlarda paytaxt Bakı şəhərində Naxçıvan məhsullarının satıldığı yeni mağazanın açılması da nəinki naxçıvanlıların, həm də paytaxt sakinlərinin ən çox üz tutduğu ünvanlardandır. 

Muxtar respublikada istehsal müəssisələrinin sayının artması yerli məhsulların ixracı məsələsini də aktuallaşdırıb. Bu istiqamətdə ən mühüm addımlardan biri 2014-cü ildə atılıb. Belə ki, 25 iyun 2014-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Cəmiyyətin yaradılmasında əsas məqsəd muxtar respublikamızda kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi, yerli məhsulların qablaşma vəziyyətinin müasirləşdirilməsi, keyfiyyətin yüksəldilməsi, həmin malların xarici bazarlara çıxışının təmin olunması, ticarət sövdələşmələrinin aparılması, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsidir. Müəssisənin fəaliyyəti üçün Naxçıvan şəhərində 8 min kvadratmetr torpaq sahəsi və Sahibkarlığa Kömək Fondundan 260 min manat güzəştli kredit ayrılıb. Ötən dövr ərzində cəmiyyət tərəfindən bazar araşdırmaları aparılıb, bir neçə istiqamətdə pilot layihələri həyata keçirilib. Bu layihələrdə muxtar respublikada fəaliyyət göstərən kiçik istehsalçıların fəal istehsalat prosesinə cəlb edilməsi məqsədilə sifariş əsasında məhsul istehsalına üstünlük verilib. Görülən işlərin nəticəsidir ki, hazır­da Naxçıvan məhsulları həm ölkəmizdə, həm də ölkəmizdən kənarda alıcılara təqdim olunur. Bakı şəhərinin Nizami rayonunda yeni fəaliyyətə başlayan “Naxçıvan məhsulları” mağazası da bu sahədə görülən işlərin məntiqi davamıdır.

İki aya yaxın müddətdə özünə kifayət qədər alıcı toplayan mağazanın məhsulları paytaxt sakinləri tərəfindən sevilərək alınır.
“Naxçıvan məhsulları” mağazasının Bakı şəhəri üzrə satış nümayəndəsi Emin Məmmədov bildirdi ki, mağazamızın paytaxt Bakıda fəaliyyətdə olan digər mağazalardan fərqi, burada məhz muxtar respublikada istehsal olunan məhsulların satışının təmin olunmasıdır. Mağazada olan məhsullardan yüksək keyfiyyəti ilə daha çox alıcı kütləsi qazanan “MM” əmtəə nişanı ilə tanınan ət və ət məhsulları xüsusi yer tutur. Hazırda mağazada “Nахçıvаn” və “Dоğmа tаm” adı ilə hisə vеrilmiş və bişirilmiş kоlbаsа, eləcə də sоsiskаlara tələbat daha çoxdur. Burada dadı dillər əzbəri olan bu məhsullar ilə yanaşı, konservləşdirilmiş Naxçıvan qovurması, Naxçıvan duzu, müalicəvi əhəmiyyətə malik mineral suaları, baldırğan və çaşır turşuları, pendiri və başqa məhsulları əldə etmək olar. Mağazada, həmçinin hər kəs tərəfindən sevilən kəklikotu, həmərsin, quru meyvələr və digər məhsullar da alıcıların rəğbətini qazanıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3380702
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
532
4120
532
39869
3380702

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter