21 Yanvar 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Müstəqilliyimizin ilk illərində digər sənaye müəssisələri kimi, Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyəti də özünün böhranlı dövrünü yaşamışdır. Müəssisə ildən-ilə geri gedərək, nəhayət, bağlanmışdı. Uzun illər burada çalışan yüksəkixtisaslı kadrlar, eləcə də fəhlələr işdən çıxaraq digər sahələrdə iş axtarmalı olmuşdular. Nəticədə, bu müəssisə muxtar respublikanın yüngül sənaye sektorunda öz yerini itirmişdi.
Ötən günlərdə bu müəssisədə olduq. Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyətinin direktoru Rövşən Abdinovla söhbət zamanı qeyd etdi ki, 1995-ci ildən sonrakı dövrdə muxtar respublikada özəl sektorun inkişafına göstərilən diqqət və qayğı nəticəsində müəssisə yenidən fəaliyyətini davam etdirməyə başladı. Xarici ölkələrdən qısa vaxt ərzində müasir avadanlıq gətirildi və yeni ixtisaslı kadr hazır­lığına diqqət artırıldı, müəssisədə geniş abadlıq və quruculuq işləri aparıldı. Çəkilən zəhmət qısa müddətdə bəhrəsini verdi. Hazırda fabrik muxtar respublikanın sənaye potensialında öz yerini tutub. Burada muxtar respublikanın bir sıra ümümtəhsil məktəblərinin şagirdləri üçün məktəbli, ayrı-ayrı təşkilat və qurumlarda çalışan işçilər üçün geyim formaları hazırlanır.

Fabrikdə ahəngdar iş prosesinin təmin olunmasında dövlət dəstəyinin xüsusi rolu vardır. Sevindirici haldır ki, bu gün dövlət sahibkarları dəstəkləyir, onlara maddi kömək göstərir, güzəştli şərtlərlə kreditlər verir. Təbii ki, göstərilən diqqət və qayğı sahibkarları da, kollektivləri də ruhlandırır, onları yeni-yeni uğurlara səsləyir. Bu gün biz sahibkarlar qarşısında qoyulan əsas tələb yeni iş, istehsal sahələri yaratmaq, bununla da, əhalinin məşğulluğuna töhfə vermək, ölkəmizi, eləcə də muxtar respublikamızı iqtisadi cəhətdən gücləndirməkdir.
Fabrikin istehsal imkanları haqqında da danışan müəssisə rəhbəri bildirdi ki, burada dünyanın qabaqcıl şirkətlərinin müasir avadanlıqları quraşdırılıb. Biz vaxtaşırı olaraq sifarişçiləri də fabrikə dəvət edir, onlara iş prosesi, xammalın mənşəyi haqqında ətraflı məlumat veririk. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılıb, bu yaxınlarda avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılacaq.
Müəssisədə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksəkkeyfiyyətli tekstil məmulatları istehsalına və hazır məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur.
Fabrikdə istehsal sahəsində hərbi səhra gödəkcələri, yay və qış səhra kostyumları, baş geyimləri, yataq örtükləri, hərbi köynəklər, gödəkcə və şalvarlar istehsal edilir, keyfiyyətə xüsusi diqqət yetirilir. Onu da qeyd edək ki, Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyətində işləyən işçilər, əsasən, texniki peşə məktəblərinin dərzilik kursunu bitirənlərdir.
Fabrikin təcrübəli ustalarından Sünbül Nəbiyeva, Gülnar Sadiqova, Sona Abbasova ilə söhbət zamanı onlar bildirdilər ki, Naxçıvan şəhərində bu müəssisənin fəaliyyət göstərməsi əhali tərəfindən razılıqla qarşılanır. Bu gün təkcə muxtar respublika paytaxtında onlarla istehsal müəssisəsi fəaliyyət göstərir. Təbii ki, yaxşı iş, gün-güzəran olan yerdə gələcəyə inam da vardır. Bir valideyn kimi biz də öz övladlarımızın gələcəyinə böyük ümidlə baxırıq. Görülən işlərə, bizə iş imkanı qazandırdığına görə dövlətimizə minnətdarıq.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6289614
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7188
13341
111668
339917
6289614

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter