21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

İqtisadiyyatın inkişafı çoxşaxəli olduğundan, bu inkişafın nəticəsini bütün sahələrdə görmək və hiss etmək mümkündür. Pərakəndə ticarətin inkişafı isə istənilən ölkədə iqtisadi inkişafın ümumi mənzərəsini göz önündə canlandırır. Çünki istehlakçının hansısa məhsulla ilk təması pərakəndə ticarətdən başlayır. Bir məhsulun keyfiyyəti, dəyəri, qiyməti haqqında ilk düşüncələrimiz həmin məhsulların satıldığı mağazalarda, ticarət obyektlərində, bir sözlə, pərakəndə ticarətdə gördüyümüzdən sonra formalaşır.

Pərakəndə ticarət istehsalçının düşüncə və ideyalarının son nəticəsi olaraq istehsal etdiyi məhsulların istehlakçı ilə “görüşdüyü” son nöqtədir. Bununla yanaşı, marketoloqlar öz işlərini burada daha yaxşı nümayiş etdirə bilirlər, sahibkarlar məhsullarının keyfiyyətini, reklamçılar reklamlarının təsirini məhz pərakəndə ticarətdə öyrənirlər. Eyni zamanda brend məhsullar öz liderliklərini burada sübut edirlər. Bu mənada, iqtisadçıların qənaətinə görə, pərakəndə ticarət ölkə biznesinin aynasıdır. Bəzən deyirlər ki, istehsalçılar məhsulu necə istehsal etməyi istehsal müəssisələrində deyil, pərakəndə ticarətdə öyrənirlər. Yəni istehlakçının necə məhsul istədiyini bu sektor vasitəsilə öyrənib təmin edirlər.
Ötən yazılarımızın birində qeyd etmişdik ki, ölkəmizdə pərakəndə ticarətin inkişafı müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Azad bazar iqtisadiyyatına yeni keçidin formalaşdığı həmin dövrdə ölkəmizin hər tərəfində olduğu kimi, muxtar respublikamızda da ümumi iqtisadi vəziyyət ürəkaçan deyildi. Yaşayış məntəqələrinin yaxınlığında çoxsaylı kiçik satış obyektlərinin (“budka” ticarəti) yaranması, qonşu ölkələrdən ərzaq və qeyri-ərzaq məhsullarının idxal olunaraq fərdi şəkildə satışının təşkil edilməsi pərakəndə ticarətin ilk işartıları idi.

Muxtar respublikada iqtisadi sahələrin iflic vəziyyətinə düşməsi əhalinin kütləvi işsizliyinə səbəb olmuş, pərakəndə ticarət bir çoxları üçün əsas məşğuliyyətə çevrilmişdi. Ancaq biznesin öz qaydaları var. Pərakəndəçilik sektorunun inkişafı da bu qaydalara əsaslanır. Bu sektor o zaman inkişaf edir ki, aid olduğu ölkədə iqtisadiyyatın bu və ya digər sahələri üçün lazımi şərait yaradılsın, yeni istehsal sahələri fəaliyyətə başlasın. Əldə olunan məhsullar əvvəlcə daxili bazarın tələbatını ödəsin (yəni pərakəndəçilik sektoru inkişaf etsin), sonra ixrac üçün yeni imkanlar yaransın. Hamımızın yadındadır; müstəqillik illərində fəaliyyət göstərən mağazalarımızın piştaxtalarında qida və yuyucu məhsulları, məişətdə istifadə olunan əşyalarla müxtəlif geyim növləri yanaşı satılırdı. Məhsullarda çeşid və növ seçimi olmadığından keyfiyyətdən, qiymətlərin tarazlığından söhbət gedə bilməzdi. Üstəlik, belə satış obyektlərinə antisanitariya vəziyyətini də əlavə etsək, mənzərə hər birimiz üçün daha aydın olar. Hər halda pərakəndəçilik sektorunun bu dövrünü heç birimiz unutmamışıq. Ancaq nəzərə alaq ki, ötən dövrdə ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlər, məqsədyönlü işlər bu sektora da öz təsirini göstərdi. Şəhər infrastrukturunda yeni layihələrin həyata ke­çirilməsi mağazaçılıqda da yeni mərhələnin yaranmasına təkan verdi. Təxminən, 2000-ci illərdən sonra yeni açılan satış obyektlərində idxal məhsulları ilə yanaşı, yerli məhsulların da həcmi artmağa başladı.
Hər ötən il muxtar respublikada yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması paralel olaraq pərakəndə sektorunun inkişafına öz təsirini göstərir. Pərakəndə sektorunun qızıl qaydalarından biri də budur ki, satılan məhsulların növü və çeşidi artdıqca alıcılıq qabiliyyəti də yüksəlir. Belə də bir sual yarana bilər ki, axı alıcılıq qabiliyyəti aşağıdırsa, məhsulların çeşidinin artmasının nə faydası ola bilər? Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, istehsalçı yeni, yaxud fərqli növ və çeşidlərdə məhsul istehsal edirsə, satacağı bazarın tələblərinə uyğunlaşdırmaqla qərar verir. Çünki istehsalçı sahibkar bunu etməzsə, öz istehsalının davamlılığını təmin edə bilməz.
Təcrübə göstərir ki, pərakəndəçilik sektorunda müştəriyə təqdim edilən məhsulların növ və çeşid müxtəlifliyi təmin olunursa, bu, zaman keçdikcə yeni istehlakçı trendlərinin yaranmasına gətirib çıxarır. Yəni, belə deyək, 10-15 il bundan əvvəl idman ayaqqabısı almaq istəyən bir gənc, sadəcə, ona təqdim olunan tək çeşiddən almaq məcburiyyətində qalırdısa, bu gün o, bu ayaqqabının qaçış və ya piyada gəzintisi üçün, qış və ya yay mövsümü üçün nəzərdə tutulduğu ilə maraqlanır. Belə fərq müxtəlifliyini istənilən məhsul üçün söyləmək olar. Bu isə, öz növbəsində, pərakəndə ticarətdə mağazaların ixtisaslaşmasına gətirib çıxarır. Sevindirici haldır ki, mağazalarda ixtisaslaşma prosesini bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində də görürük. Son illərdə “Fərda” şirniyyat istehsal edən müəssisənin yeni mağazalarının yaradılması, “Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək qəsəbəsində ət və ət məhsullarının, “Koton”, “İdeal” mağazalar şəbəkələrinin yeni satış mərkəzlərinin fəaliyyətə başlamasını sektorun uğurları kimi qiymətləndirmək mümkündür. Bundan əlavə, şəhərimizdə kiçikhəcmli olsa da, musiqi alətlərinin, yuyucu məhsullarının, çilçıraqların və digər növ məhsulların satıldığı mağazalar da mağaza ixtisaslaşması yönündə atılan ilkin addımlardır.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində ixtisaslaşmış mağazalar pərakəndəçilik sektorunun öndə gələn seqmentidir. Bu seqment, eyni zamanda istehlakçı mədəniyyətinin formalaşmasına şərait yaradır. Digər tərəfdən, güclü pərakəndə şəbəkəsinə malik olmadan güclü şirkət olmaq mümkün deyil. Ümumilikdə götürsək, pərakəndə ticarətdə ixtisaslaşma yenilikləri mənimsəmə və istifadəetmə imkanlarını ortaya çıxarır ki, bu da iqtisadi inkişafın göstəricisi kimi xarakterizə oluna bilər.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284039
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5416
18197
23613
332245
5284039

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter