21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikamızda tikinti sənayesi materiallarına tələbatı ödəyəcək potensial yüksək səviyyədədir. Bu sahədə yerli xammaldan istifadəyə xüsusi diqqət göstərilir. Bunun nəticəsində son illərdə regionumuzda aparılan tikinti-quruculuq işlərində belə materiallara olan tələbat daxili imkanlar hesabına ödənilir, bu materialların keyfiyyətli istehsalına nəzarət gücləndirilir. Son illərdə isə ənənəvi tikinti materialları ilə yanaşı, plastik tərkibli yeni tikinti materiallarından da geniş şəkildə istifadə olunur.

Yarandığı gündən daim innovativ texnologiyalardan yararlanmaqla istehlakçıların diqqətini çəkən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının çiçəklənməsinə, sənayenin inkişafına və tikinti sektoruna öz töhfəsini verməkdədir.

Adıçəkilən şirkətin “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu gün həm yerli, həm də xarici bazarda geniş alıcı auditoriyası toplayıb. Müəssisədə istehsal olunan məhsullar keyfiyyəti ilə tanınır. İstehlakçısına belə məhsullar təqdim etməklə müştərilərinin rəğbət və etibarını qazanan müəssisə bu illər ərzində edilən əməkdaşlığa böyük dəyər verdiyini istehsal etdiyi yeni məhsullarla sübut edib. Məlumat üçün bildirək ki, müəssisə çox sayda məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daim yeni ideyaların ortaya qoyulması cəmiyyətin əsas prinsiplərindəndir.
Oktyabrın 25-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istilik panelləri və dam örtükləri istehsalı müəssisəsinin istifadəyə verilməsini cəmiyyətin öz fəaliyyətini genişləndirməsi istiqamətində atdığı addım kimi qiymətləndirmək olar. Xatırladaq ki, əvvəllər həmin məhsullara olan tələbat idxal hesabına ödənilirdisə, son illərdə tikinti sektoru sahəsində çalışan sahibkarlara göstərilən dövlət qayğısı bu tələbatın yerli məhsullar hesabına ödənilməsini təmin edib.

Yeni müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fikirləri hər bir əməkdaşın iş prinsipinə çevrilib: “Yeni müəssisələrin qurulması həm də yeni iş yerlərinin açılması deməkdir. İş yerlərinin açılması isə məşğulluğun təmin olunmasına və insanların yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir. Bir sözlə, dövlət-sahibkar münasibətləri, sahibkarların fəaliyyətinin tənzimlənməsi sahəsində görülən işlər ölkəmizin dayanıqlı inkişafını təmin edir. Bəzən sahibkarlar yalnız daxili bazarın tələbatını ödəmək üçün məhsul istehsal edirlər. Bu, sahibkarlığın inkişafına və müəssisələrin fəaliyyətinin genişləndirilməsinə mane olur. Hər bir sahibkar bilməlidir ki, yeni texnologiyalar tətbiq olunmadan, ixracyönümlü məhsul istehsal etmədən müəssisələrin inkişafına və keyfiyyətli məhsul istehsalına nail olmaq mümkün deyil. Ona görə də sahibkarlar yeni texnologiyaların tətbiqini və ixrac­yönümlü məhsul istehsalını daim diqqətdə saxlamalıdırlar”.
İstilik panelləri və dam örtükləri istehsalı müəssisəsində 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. İstilik panelləri sahəsinin gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlarda verilən sifarişə uyğun işlər avtomatlaşdırılmış şəkildə yerinə yetirilir. Panel-radiatorun ayrı-ayrı detalları müxtəlif mərhələlər keçməklə hazırlanıb avtomatik qaynaq edilir və qaynaq işlərinin keyfiyyəti test yoxlamasından keçirilir. Sonrakı mərhələdə boyaq işləri görülür. Birinci mərhələdə panel-radiator sulu boya ilə boyanıb xüsusi sobada istilikdə, ikinci mərhələdə isə tunel sobada istilikdə elektrostatik toz boya ilə boyanıb qurudulur. Hazır məhsul xüsusi avadanlıqlarda paketlənib sifarişçilərin ünvanlarına göndərilir.
Dam örtükləri istehsalı sahəsində isə dəmir lövhələr xüsusi qəliblərdə sıxılıb sifarişə uyğun kəsilir. Rəngli şiferlər tunel sobada xüsusi texnologiya, elektrostatik toz boya ilə boyanır.
Müəssisədə fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılıb ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarəti təmin edir. Standartların tələblərinə uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyəcək, 80 faizi isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılacaqdır.
Müəssisədə olarkən onu da öyrəndik ki, burada iş otaqları, iclas zalı, mətbəx, torna və dülgər emalatxanaları, tikinti materiallarının satış mərkəzi, hazır və ehtiyat hissələri anbarları da istifadəyə verilib. Müəssisədə təhlükəsizlik tədbirlərinə də diqqət artırılıb, video­müşahidə sistemi quraşdırılıb. Burada 135 nəfər işlə təmin olunub, işçilər üçün xidməti otaqlar yaradılıb. Onlar pulsuz nahar yeməyi, xüsusi geyim forması və nəqliyyatla təmin olunublar.
İstehsal olunan məhsullar beynəlxalq standartlara uyğundur. Bu da onu deməyə imkan verir ki, istər yerli, istərsə də xarici istehlakçılar qısa zaman ərzində Naxçıvan istehsalı olan istilik panelləri və dam örtükləri məhsullarına üstünlük verəcəklər.
Qeyd edək ki, “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsi də yaradılacaqdır. Burada istehsal prosesi ilə tanış olan muxtar respublika rəhbəri məhsulların nümunələrinə baxıb, keyfiyyətli məhsul istehsalı, işçi-sahibkar münasibətlərinin tənzimlənməsi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi ilə bağlı aid təşkilatlara tapşırıqlar verib.
Hazırda əsas tikinti işləri başa çatdırılıb. Gələcəkdə burada Türkiyə, Çin və digər dövlətlərin istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılacaq. Sonrakı mərhələdə 38 istehsal sahəsi və müasir laboratoriya istifadəyə veriləcək. Gücü ayda 1500 ton olacaq müəssisədə qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su, eləcə də polietilen suvarma boruları, lambir, saydinq və aksesuarlar, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal ediləcək. Bütün bunlar daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanlarını da artıracaq, eyni zamanda müəssisədə 285 yeni iş yerinin açılmasına şərait yaradacaq.
Sonda onu da qeyd edək ki, bu gün muxtar respublikada dövlət sifarişi əsasında tikintinin həyata keçirilməsi, əhali tərəfindən yeni mənzillərin tikilməsi, eləcə də istehsal və xidmət sahələrinin yaradılmasından sonra dam örtüklərinə və istilik panellərinə olan tələbatın artması müəssisə üçün yeni biznes imkanları açır. Müəssisənin kollektivi bu imkanlardan səmərəli faydalanmaq üçün səy göstərir, beləliklə də, muxtar respublika əhalisi keyfiyyətli məhsullarla təmin edilir, həm də xarici bazarlara məhsul çıxarılır. Təbii ki, bütün bu görülən işlər ümumi rifaha xidmət edir.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284053
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5430
18197
23627
332259
5284053

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter