21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada iqtisadi artımın yüksələn dinamikasının qorunub saxlanılması qarşıya qoyulmuş ən mühüm vəzifə kimi diqqəti cəlb edir. Aparılan təhlillər göstərir ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması bu məqsədlərə çatmaqda mühüm amillərdəndir. Naxçıvan Muxtar Respublikasında cari ilin ilk 9 ayının sosial­-iqtisadi inkişaf mənzərəsi belə deməyə əsas verir.

Muxtar respublikanın iqtisadi inkişafında ən mühüm göstəricilərdən biri olan ümumi daxili məhsulun həcminin artım dinamikası bəhs edilən dövrdə yüksələn templə müşahidə olunub. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1 milyard 949 milyon manatdan artıq ümumi daxili məhsul istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,6 faiz çoxdur. Bu dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafının digər göstəriciləri arasında sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, ixracat və xidmət sahələrində də artım dinamikasının təmin olunduğunu görürük. Əhali gəlirlərinin artması alıcı­lıq qabiliyyətini təmin edib, mal və xidmətlərdən istifadə səviyyəsini yüksəldib. Belə ki, bəhs olunan dövr ərzində muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 331 milyon 097 min 400 manat, onun hər bir nəfərə düşən məbləği isə 2954,7 manat təşkil edib.

Muxtar respublikada əhali gəlirlərini təmin edən ən mühüm amillərdən biri sahibkarlıq fəaliyyətinin genişləndirilməsi ilə yeni iş yerlərinin yaradılmasıdır. Sahibkarlığın dəstəklənməsi, xüsusən kiçik və orta sahibkarlığa göstərilən qayğı ötən dövr ərzində də regionda məşğulluğun səviyyəsinin artırılmasına və əhali gəlirlərinə öz təsirini göstərib. Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının davamlı olaraq yaxşılaşdırılması nəticəsində muxtar respublikada 2017-ci ilin yanvar-sentyabr aylarında sahibkarlara 7 milyon 934 min 100 manat məbləğində kreditlər verilib. Bu dövr ərzində 32 hüquqi və 1745 fiziki şəxs qeydiyyata alınıb. Məhz belə kreditləşmə mexanizminin təmin edilməsi yolu ilə region üçün çox mühüm olan yeni istehsal və xidmət sahələrinin yaradılması və bunun da nəticəsində əhali gəlirlərinin artırılması mümkün olur. Belə ki, bu gün muxtar respublikada 371 növdə məhsul istehsal olunur ki, onların da 121 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. Muxtar respublikada 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Nəticədə, əldə olunan davamlı inkişaf sosial rifahın zəmanətçisi kimi özünü göstərir.
Muxtar respublikada istehsal edilən ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Müasir dövrdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında çoxşaxəliliyin təmin olunmasında müxtəlif sənaye sahələrinin mühüm əhəmiyyəti vardır. İxracyönümlü məqsədlər üçün və yüksək texnologiyaların tətbiqi ilə istehsal olunan sənaye məhsulları əhali gəlirlərinin və muxtar respublikanın iqtisadi potensialının artırılmasında əsas mənbə kimi çıxış edir. Belə ki, cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 781 milyon 430 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyib. İstehsal olunan sənaye məhsulunun 95,5 faizi özəl sektorun payına düşüb.
Görülən tədbirlər insanların rifah halının yüksəlməsində də özünü göstərir. Əhalinin həyat səviyyəsinin yaxşılaşması əhali gəlirlərinin artmasına və fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Belə ki, bəhs olunan dövrdə muxtar respublikada əhalinin gəlirlərinin artması ilə fərdi mənzillərin tikintisi də geniş vüsət alıb. Belə ki, bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 368 min 840 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur. Sosial rifahın yüksəlməsi əhalinin sayının artmasında da özünü göstərib. Bu baxımdan cari il may ayının 4-də muxtar respublikanın 450 mininci sakininin dünyaya gəlməsi mühüm hadisə olub. Ümumiyyətlə isə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3 min 931 nəfər artaraq 1 sentyabr 2017-ci il tarixə 451 min 500 nəfəri ötüb.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada sosial-iqtisadi sahələrin kompleks inkişafı uğurla davam etdirilir. Əldə olunan nəticələr uzunmüddətli dövr üçün iqtisadi artımın və dayanıqlılığın təmin edilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına zəmin yaradır.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284066
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5443
18197
23640
332272
5284066

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter