25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ələkli kəndi növbəti belə ünvandır

Bir neçə il əvvəl Sədərək rayonunda yeni bir obyektin açılış mərasimində yaşlı nəslin nümayəndələrinin birinin söylədiyi fikri tez-tez xatırlayıram: Ulu öndərimiz Heydər Əliyev Naxçıvanı düşmən işğalından qorudu, Ali Məclisin Sədri isə Naxçıvanı yenidən qurdu. Bu fikirdə olan həqiqəti bu gün hər birimiz təsdiq edərik. Naxçıvanla əlaqəsi olan, buraya ara-sıra qonaq gələn insanlar da həmin qənaətin doğruluğunu görürlər. 

El ağsaqqalının dediklərini təsadüfən xatırlamadım. Ötən günlərin birində Şərur rayonunun Ələkli kəndində gördüklərim ağsaqqalın sözlərinə canlı misal olan reallıqdan bir nümunə, adıçəkilən yaşayış məntəqəsində kənd tam orta və uşaq musiqi məktəblərinin, kənd və xidmət mərkəzlərinin, mərasim evinin yeni binaları, yaşayış məntəqəsində yolların yenidən qurulması, digər tədbirlər isə quruculuğun növbəti səhifələridir.
Budur, kənddə aparılan kompleks quruculuq tədbirləri ərəfəsində salınmış böyük alma bağının əhatəyə aldığı yeni ünvanlardan ikisi: Ələkli kənd tam orta məktəbinin binası və kənd mərkəzi. Ələkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elşən Bayramovla məktəb binasına daxil oluruq. Tənəffüs vaxtıdır. Şagirdlərin şaqraq gülüş səsləri bizi qarşılayır. Müəllimlər otağına daxil oluruq.
Bütün fəaliyyətini Ələkli məktəblilərinin təhsilinə sərf etmiş 91 yaşlı təqaüdçü-müəllim Aqiyə Qurbanova ilə burada tanış oluram. Nurani sifətindən təbəssüm süzülür. Hiss etmək çətin deyil ki, yeni məktəb binası ona da böyük sevinc bəxş edib. Deyir ki, tədris ocağının yeni binasının istifadəyə verilməsi münasibətilə doğma kollektivi təbrik etməyə gəlib. Uzun illər pedaqoji fəaliyyət göstərən Aqiyə müəllimənin ürəyi sözlə doludur:

– Naxçıvanda quruculuq işlərindən söhbət gedəndə, ilk növbədə, məktəb tikintisi yada düşür. Son 20 ildən artıq bir müddətdə 200-dən artıq yeni məktəb binasının tikilməsi və ya yenidən qurulması kiçik iş deyil. Yaşımın bu çağında sevinirəm ki, Ələklidə belə gözəl məktəb binası istifadəyə verilib. Kəndin ziyalıları adından minnətdarlığımı bildirir, müəllim və şagirdləri təbrik edirəm. İnanıram ki, onlar yaradılmış bu şəraitə əməli işləri ilə cavab verəcəklər.
Məktəbin gənc müəllimi Gövhər İsmayılova: – Kənddə müasir məktəb binasının istifadəyə verilməsi təhsilin inkişafına göstərilən qayğının davamıdır və öz işimizə məsuliyyətimizi daha da artırıb. Elektron lövhəli siniflər, kompüter otağı, zəngin kitabxana, gənc­lərin sağlam böyüməsi üçün idman qurğuları istifadəmizə verilib. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edəcək, təhsilli gənclər yetişdirilməsi üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
Məlumat üçün bildirək ki, 3 mərtəbəli məktəb binası 234 şagird yerlikdir. Binada 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, müəllimlər otağı, şahmat sinfi, kompüter, psixoloq otaqları, kitabxana və idman zalı vardır.
Məktəbin kitabxanasında 3190 kitab müəllim və şagirdlərin istifadəsinə verilib, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Tədris prosesində yeni texnologiyaların tətbiqinə geniş yer verilməsi diqqətdə saxlanılaraq məktəbdə 19 kompüter dəsti quraşdırılıb və internetə qoşulub. Məktəb binasının istifadəyə verildiyi gün elektron lövhəli sinifdə muxtar respublikanın 201 ümumtəhsil məktəbi ilə Hüseyn Cavidin ev-muzeyi arasında keçilən distant dərs izlənilib.
Gövhər müəllimə Ələkli kəndinə, onun sakinlərinə göstərilən belə qayğıya görə minnətdarlığını bildirdi.
Kənddə yeni istifadəyə verilmiş musiqi məktəbinə də baş çəkirik. Məktəbin direktoru İbrahim Kazımov deyir ki, onların istifadəsinə 23 sinif, direktor, müəllimlər otaqları, konsert zalı, musiqi alətlərinin təmiri otağı, musiqi nəzəriyyəsi və ədəbiyyatına aid tədris vəsaitləri ilə zəngin kitabxana, 5 pianino verilib. Məktəbdə 108 şagirdin musiqi təhsili ilə 31 müəllim məşğul olur. Müəllimlərin böyük əksəriyyəti ilk musiqi təhsilini bu məktəbdə alıblar. Ətraf yaşayış məntəqələrindən də məktəbə şagirdlər qəbul edilib. Məktəbdə xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir, tar, kamança, fortepiano, qarmon, nağara və saz ixtisasları üzrə musiqiçi kadrlar hazırlanır. Burada xalq çalğı alətləri, sazçalanlar və nağaraçalanlar ansambl­ları, xor kollektivi və uşaqlardan ibarət həvəskar yallı qrupu da yaradılıb.
Məktəbdə 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçilir. Bu da musiqi təhsili alan uşaqların istedadının üzə çıxarılması və milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Afaq Kamalova musiqi məktəbinin saz ixtisası üzrə müəllimidir. Onun dediklərindən: – Muxtar respublikada bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da göstərilən diqqət və qayğı göz qabağındadır. Bütün yaşayış məntəqələrində müasir mədəniyyət müəssisələrinin, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Ələkli Kənd Uşaq Musiqi Məktəbi üçün müasir binanın inşa olunması kollektivimizin böyük sevincinə səbəb olub. Çalışacağıq ki, bizə göstərilən qayğıya əməli işimizlə cavab verək.
Müasirliyə qovuşmuş yaşayış məntəqəsində istifadəyə verilən obyektlərdən biri də kənd mərkəzidir. Mərkəzin birinci mərtəbəsində kitabxana, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri yerləşir. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, statistika otağı, mədəniyyət evi üçün otaqlar və 42 yerlik zal isə binanın ikinci mərtəbəsindədir. Əhalinin maariflənməsində və asudə vaxtın səmərəli təşkilində böyük rolu olan kənd kitabxanasında oxucular üçün lazımi şərait yaradılıb. Burada 7472 kitab vardır. Kənd mərkəzindəki rabitə evində poçt şöbəsinin fəaliyyəti təmin olunub, 512 yerlik yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb.
Ələkli kənd sakinlərinə göstərilən səhiyyə xidməti də razılıqla qarşılanır. Burada yaradılmış feldşer-mama məntəqəsi lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunub. Tibb işçiləri kənddə peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına ciddi diqqət yetirirlər. Digər bir qayğı isə burada inşa olunmuş xidmət mərkəzidir. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzin istifadəyə verilməsi həm də kənddə yeni iş yerlərinin açılmasına səbəb olub. Hazırda burada 6 nəfər daimi işlə təmin edilib.
Ələkli kənd sakinlərinin həyatında əlamətdar gün olan noyabr ayının 6-da burada həm də yeni mərasim evi istifadəyə verilib. Binaya su, elektrik və qaz xətləri çəkilib, mətbəx zəruri inventarla təchiz edilib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elşən Bayramovun sözlərinə görə, kompleks quruculuq tədbirləri çərçivəsində 5300 metrlik avtomobil yolunun hərəkət hissəsi genişləndirilərək asfalt örtük salınıb. Yolda tikinti işləri mühəndis-texniki tələblərə uyğun aparılıb, 125 su keçidi, 2 suötürücü qoyulub, 2230 metr uzunluğunda beton kanal çəkilib, bir sıra abadlıq işləri görülüb. Kənddə rabitə, elektrik, qaz və su xətləri yenilənib, 2310 metr fiber-optik kabel, 13 min 580 metr rabitə, 670 metr elektrik və 380 metr qaz xətti çəkilib, əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə 1 kilometrlik içməli su xətti bərpa olunub.
Öyrəndik ki, Ələklidə 439 təsərrüfatda 1523 sakin yaşayır. Kəndin ümumi sahəsi 338 hektardır. Burada əhali taxılçılıq, kartofçuluq, heyvandarlıq və digər təsərrüfat sahələri ilə məşğul olur. Muxtar respublikada ən dadlı kartof bu kənddə yetişdirilir. Başa çatmaqda olan təsərrüfat ilində kənd adamları 65 hektar sahədən 500 tona yaxın kartof tədarük ediblər. Digər əkinçilik sahələri üzrə də göstəricilər ürəkaçan olub. Hazırda kənd adamları gələn ilin məhsulu üçün taxıl əkini ilə məşğuldurlar. Təbii ki, kənddə aparılan kompleks quruculuq tədbirləri, kənd təsərrüfatını inkişaf etdirmək üçün yaradılan şərait sakinlərin də ürəyincədir. Onlarla söhbət zamanı buna bir daha əmin olduq.
Kənd sakini Hacı Abbasov deyir ki, aparılan quruculuq işləri və yaradılan müasir infrastruktur Ələkli kəndinə qəsəbə görkəmi verib. Kəndin bütün sosial problemləri həll olunub. Bu da kənd adamlarının təsərrüfatda çalışmalarına, məhsul bolluğu yaratmalarına stimul olub. Ələkli sakinləri, əsasən, əkinçiliklə məşğul olurlar. Onların istehsal etdikləri məhsullar bazar və yarmarkalarda özünəməxsus yer tutur. Bu da imkan verir ki, təsərrüfatları daha da genişləndirsinlər.
Müasir yaşayış məntəqəsinə çevrilən Ələklidə yeni obyektlərin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­deyib: “Kəndlərdə abadlıq-quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi insanlarda ölkəmizin sabahına inam yaradır. Bu gün Ələkli kəndində geniş quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi müstəqil Azərbaycan dövləti tərəfindən həyata keçirilib. Ələkli kəndi müasir Azərbaycan kəndinin nümunəsidir. Kənddə yaradılan şərait sakinlərin rahat yaşayışına xidmət edir. Ona görə də sakinlər uzun illər ərzində formalaşmış təsərrüfat ənənələrini davam etdirməli, torpaqları əkməli, Ələkli kəndinin bugünkü müasir görkəmini qoruyub saxlamalıdırlar”.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356354
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2547
19055
95928
404560
5356354

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter