25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Yay ilə qış arasında körpü olan qızıl payız günlərinin birində yolumuz abad kəndlərimizin sırasına qoşulan Şərur rayonunun Qarahəsənli kəndinə düşdü. Rayon mərkəzindən 10 kilometr aralıda yerləşən kəndə doğru irəlilədikcə təzəcə səngimiş yağışın Günəşin qızılı şüaları altında min bir rəngə çalan damcıları xəzan yarpaqları üzərində daha əsrarəngiz görünürdü. Təbiətin bu mənzərəsini seyr edə-edə kənd mərkəzinə çatdıq. Burada şəhərdən seçilməyən bir mənzərə ilə qarşılaşdıq.
Son illər muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində kompleks abadlaşan yaşayış məntəqələrindən biri də Qarahəsənli kəndidir. Hər tərəfi gül-çiçəklərlə əhatə olunmuş yaraşıqlı məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi bura xüsusi gözəllik bəxş edib.
2017-ci il oktyabrın 20-si uzun illər qarahəsənlilərin hafizəsindən silinməyəcək bir gün kimi yaddaşlarda qalacaq. Həmin gün kənddə bir neçə sosial obyekt istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: “Qarahəsənli muxtar respublikanın abad kəndlərinin sırasına qoşuldu. Kənddə müasir infrastruktur yaradılıb. Yol, məktəb binası və digər sosial obyektlər istifadəyə verilib, dayanıqlı elektrik, qaz, rabitə və internet xidmətinin göstərilməsi təmin olunub. Bu gün Azərbaycan dövləti ulu öndərin yolu ilə gedərək hərtərəfli inkişafa nail olmuşdur. Ölkə Prezidentinin ümummilli liderin yolunu davam etdirməsi və göstərdiyi səylər bütün yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Qısa müddətdə həyata keçirilən tədbirlər Qarahəsənlini də müasir Azərbaycan kəndinə çevirmişdir. Bütün bunlar dövlətimizin öz insanlarına qayğısının bir kəndin timsalında nümunəsidir. Yaradılan şərait sakinlərin rahat yaşayışına və təsərrüfatlarının daha da genişləndirilməsinə xidmət edir. Tikilənləri, qurulanları qoruyub saxlamaq, torpaqları əkmək və bol məhsul istehsal etmək isə sakinlərin qarşısında duran əsas vəzifələrdir”.

Onu da qeyd edək ki, müasir arxitektura üslubunda inşa olunan 2 mərtəbəli yeni məktəb binasında tədrisin tələblərinə uyğun şərait yaradılmış, əyani vəsaitlər və yeni texnologiyalarla təmin olunmuş fənn kabinələri istifadəyə verilmişdir. 234 yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, müəllimlər otağı, kompüter, psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəbin kitabxanasında 988-i dərslik və 1904-ü bədii ədəbiyyat olmaqla, 2 min 892 kitab vardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılmışdır.
İkimərtəbəli kənd mərkəzində yerli dövlət və qeyri-dövlət qurumlarının, mədəniyyət müəssisələrinin normal fəaliyyət göstərmələri üçün hər cür şərait vardır. Mərkəzdə ərazi icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, 44 yerlik iclas zalı, rabitə evi, polis və baytarlıq məntəqələri yerləşir.
Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsi kənd sakinlərinin sağlamlığına dövlət qayğısının daha bir təzahürüdür. Tibbi avadanlıqlarla təchiz olunan feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir.
Kənddəki daha bir quruculuq ünvanı olan xidmət mərkəzi isə kənd əhalisinin gündəlik məişət tələbatlarının ödənilməsinə xidmət edir. Mərkəzdə ərzaq, sənaye və təsərrüfat malları mağazaları, ət satışı dükanı, bərbərxana, gözəllik salonu olmaqla, 2 mağaza, 2 anbar və dərzi fəaliyyət göstərir. Mərkəzdə 6 nəfər işlə təmin olunub.
Aparılan kompleks quruculuq işləri zamanı 3 kilometrlik kənd yolu yenidən çəkilmiş, yolun yatağı genişləndirilmiş, asfalt örtük salınmış, ətrafdakı həyətlərin hasarları təzələnmiş, işıqlandırma sistemi qurulmuşdur. Kənddaxili yol da əsaslı şəkildə təmir edilmişdir.
Bütün bu işlərin nəticəsidir ki, Qara­həsənlidə şəhərlə kənd arasındakı fərq aradan qaldırılmış, insanların əsas problemləri öz həllini tapmışdır. Kənd əhalisi isə burada tikilib-qurulanlardan, onlar üçün yaradılan şəraitdən olduqca razıdır.
Kənddə sosial sahələrlə yanaşı, kənd təsərrüfatı da yüksək inkişaf yolundadır. Şərur rayonunun digər kəndləri kimi, bu kəndin də münbit torpaqları, işgüzar insanları var. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Ümumi ərazisi 445 hektar olan bu yaşayış məntəqəsində 1016 nəfər yaşayır və onlar 260 təsərrüfatda birləşiblər. Aqrar islahatlar zamanı əhalinin istifadəsinə 133 hektar torpaq sahəsi verilib, 288 hektar torpaq bələdiyyə, 24 hektar dövlət mülkiyyətində saxlanılıb. Kənd adamları torpağın hər qarışının qədrini bilir, ondan səmərəli istifadə etməyə çalışırlar. Təsərrüfatın müxtəlif sahələrinin inkişafı diqqət mərkəzində saxlanılır. Burada hər təsərrüfat ilində buğda, arpa, kartof, dənli və dənli-paxlalı, bostan və tərəvəz bitkiləri əkilib-becərilir.
İnzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Rəsul Abdullayev kənddə taxılçılığa daha çox önəm verildiyini bildirdi:
– Bu il 10 hektardan artıq sahənin məhsulu biçilmiş, 30 ton taxıl istehsal edilmişdir. Gələn ilin məhsulu üçün isə hələlik 4 hektar taxıl əkilib. Şum və səpin davam edir. Artıq erkən toxum səpilən və suvarılan sahələrdə normal cücərti alınıb.
Məlumdur ki, istənilən nəticəyə nail olmaq üçün torpaqların suvarma suyu ilə vaxtında təmin olunması başlıca şərtdir. Bunun üçün kənddə heç bir problem yoxdur. Sahələrin suvarılmasında kənd ərazisindən keçən Arpaçayın suyundan və 3 artezian quyusundan istifadə olunur.
Qarahəsənli həm də dadlı-tamlı meyvələri ilə tanınır. Həyətyanı və pay torpaqlarında salınmış meyvə bağlarından hər il bol məhsul götürülür.
Kənddə heyvandarlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Bunun üçün kifayət qədər əkin və örüş sahələri vardır. Hazırda fərdi təsərrüfatlarda, ümumilikdə, 500 baş iribuynuzlu mal-qara, 200 baş xırdabuynuzlu heyvan bəslənilir. Sahələrdə çoxillik yem bitkiləri əkilib. Heyvandarlıqla məşğul olanların sayı getdikcə artır. Heyvanların qışlaması üçün vaxtında kifayət qədər yem tədarükü də görülüb.
Kəndin qədirbilən insanları yaxşı başa düşürlər ki, torpağa bağlanmaq, onun qayğısını çəkmək xoş güzəranın təminatıdır. Ona görə də bu əvəzsiz nemətdən ikiəlli yapışıblar, onun qədrini bilir və bəhrəsini dadırlar.
İnanırıq ki, Qarahəsənli kəndinin sakinləri onların rahat yaşaması, güzəranının yaxşılaşdırılması üçün yaradılan şəraitdən düzgün istifadə edəcək, dövlətimizin inkişafına öz töhfələrini verəcəklər.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356640
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2833
19055
96214
404846
5356640

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter