25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Sənaye elə bir sahədir ki, bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı bir uğurdan söhbət gedə bilməz. Çünki sənaye cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən müəssisələrin ümumi məcmusunu təşkil edir və əsas vəzifəsi mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə təqdim etməyə hesablanıb. Bu isə məişətimizdə gündəlik istifadə etdiyimiz maddi və qeyri-maddi məhsulların həyatımızda necə mühüm bir yerə malik olmasını təsdiq edir. 

Məhz bu baxımdan ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin cari ilin ilk 9 ayı üçün açıqladığı hesabata nəzər yetirək. Əvvəlki illərdə olduğu kimi, bu il də muxtar respublikada sənaye məhsulu istehsalının həcmi iqtisadiyyatın digər sahələri ilə müqayisədə ön sıradadır. Məsələn, komitənin məlumatına görə, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 781 milyon 430 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyir. Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşür. Sənayenin dövlət sektorunda 35 milyon 488 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 745 milyon 941 min 700 manatlıq məhsul istehsal olunub. Bu isə istehsal edilən sənaye məhsulunun özəl sektor­da payını 95,5 faizə yüksəldib.
Digər rəqəmlərə diqqət edək. Son illərdə aparılmış məqsədyönlü tədbirlərin nəticəsi kimi muxtar respublikada ümumi daxili məhsul istehsalı 59, sənaye məhsulunun həcmi 103, kənd təsərrüfatının ümumi məhsulu 11 dəfə artıb. Rəqəmlərdən də göründüyü kimi baxmayaraq ki, muxtar respublika daha çox aqrar region potensialına malikdir, sənaye məhsulunun həcmində artım kənd təsərrüfatının ümumi məhsulundakı artımı, təxminən, 10 dəfə üstələyir. Sözsüz ki, sənaye məhsulu istehsalının ildən-ilə artması Naxçıvanda davamlı olaraq yaradılan yeni sənaye müəssisələrinin hesabına baş verir. Sahibkar­lığın inkişafında mühüm istiqamət kimi götürülmüş yerli məhsul istehsalı burada mühüm təşviqedici rol oynayır. Bunun nəticəsidir ki, ötən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisədə bu gün muxtar respublikada sənaye müəssisələrinin sayı 11 dəfə artaraq 442-yə çatıb. Nəticədə, bu müəssisələrin hesabına hazırda 371 növdə yerli məhsul istehsal edilir.
Təbii ki, sənayenin davamlı inkişafı, paralel olaraq, istehsal olunan məhsulun ixracı zərurətini ortaya qoyur. İxrac olunan məhsul isə həmin məhsulun xarici bazarda qəbul olunması anlamını daşıyır. Hazırda muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrindən 60-ı ixrac potensialına malikdir. Ancaq bu rəqəmin davamlı olaraq artdığı da məlumdur. Naxçıvan məhsullarının ixrac coğrafiyasının genişlənməsinin nəticəsidir ki, bu gün muxtar respublikadan Türkiyə, Gürcüstan, Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya kimi ölkələrə məhsul ixrac edilir. Sevindirici haldır ki, son illərdə Naxçıvanın ixrac əməliy­yatları apardığı ölkələr sırasında ərəb ölkələrinin sayı artmaqdadır. Ümid etmək olar ki, Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı statusunu daşıması muxtar respublikanın Yaxın Şərqin bir çox müsəlman ölkə­ləri ilə təkcə mədəni deyil, iqtisadi əlaqələrinin də genişlənməsinə imkan verəcək. Ümumilikdə isə Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 220 milyon 544 min 900 ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Naxçıvanın ixrac potensialını artıran növbəti addımlardan biri də qardaş Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında əldə olunmuş razılığa əsasən muxtar respublikaya güzəştli ticarət rejiminin tətbiqi barədə qəbul edilmiş qərardır. Həmin qərar muxtar respublikada istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının Türkiyənin istənilən bölgəsinə idxal rüsumları ödənilmədən ixracına şərait yaradır. Belə ki, əldə olunmuş razılığa əsasən Naxçıvan Muxtar Respublikasından illik 100 milyon ABŞ dolları həcmində məhsulun Türkiyə Respublikasına ixracı idxal rüsumlarından azad ediləcəkdir. Oktyabrın 28-də Türkiyənin İqdır şəhərində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan İş Forumunda hər iki ölkənin biznes nümayəndələri bu haqda məlumatlandırılıb. Qeyd edək ki, tətbiq ediləcək güzəştlər yalnız muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarına şamil ediləcəkdir.
Buradan isə o nəticəyə gəlmək mümkündür ki, tətbiq olunan güzəşt sənaye istehsalçılarının qarşısında yeni imkanlar açır. İndidən düşünmək olar ki, bu ixracatda sənaye məhsullarının payı çox olacaq. Bu isə ixrac potensialı olan sənaye müəssisələrinə öz məhsullarını tanıtmaq baxımından yeni fürsətlər qazandıracaq. Unutmaq olmaz ki, Türkiyə bazarı sənaye və kənd təsərrüfatı baxımından kifayət qədər inkişaf etmiş bazardır. Eyni zamanda bu bazarda avro seqmentinə uyğun niş bazarlar da tapmaq mümkündür. İstənilən halda əldə olunmuş bu razılaşma naxçıvanlı sahibkarlar, xüsusilə sənayeçi sahibkarlar qarşısında yeni yollar açır. Bunu isə muxtar respublikanın ixrac potensialında yeni mərhələnin başlanğıcı kimi qəbul ­etmək olar.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356408
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2601
19055
95982
404614
5356408

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter